Əsla deməli olmadığınız kəlmələr

Əsla deməli olmadığınız kəlmələr

Əsla deməli olmadığınız kəlmələr və əvəzində söyləyə biləcəyiniz  nələrdir?

“Yorğun görünürsünüz. Yaxşı görsənmirsiniz”- bu cür ifadələri işlətməyin. Əvəzində “hr şey yaxşıdı?’’deyə soruşa bilərsiniz. Çünki, “yorğun” kəlməsi insana neqativlik verir və qarşımızdakı insanı nəyin yorduğunu bilə bilmərik.

“Vay canına, 1 ton arıqlamısan” deməyin. Çünki təzəcə arıqlamış birinə əvvəllər çox pis göründüyünü xatırlada bilərsiniz. Bunun əvəzində “gözəl görünürsən’’ deyə bilərsiniz.

“Yaşına görə yaxşısan”- bu cür sərt kəlmədən heç kimin xoşu gəlməz.

“Əynindəkiləri heç vaxt geyinə bilməzdim” sözü qarşınızdakı insanın geyimini təhqir etdiyiniz anlamına gəlir. Bu kəlmənin əvəzində “Sənin kimi bədən quruluşum olmadığı üçün sən geyindiklərini geyinə bilmərəm” deyə bilərsiniz.

İş yerində bu sözləri heç vaxt işlətməyin – “bu, mənim işim deyil’’. Əgər rəhbəriniz sizdən hansısa işi etmənizi istəyirsə, bu kəlmənin əvəzində “bu işin məsuliyyətini daşımağa hazır deyiləm” deyə bilərsiniz.

Düşüncələrinizi heç vaxt təhqir kimi söyləməyin. “Səninlə danışmağa vaxtım yoxdu’’ kimi kobud cavab verməkdənsə əvəzində işiniz olduğunu, bitirdikdən sonra danışa biləcəyinizi söyləyin.

 İş görüşməsinə getdiyinizdə bunları deməyin – “Axırıncı müdirim pis adam idi’’, «Burda işləməkdən razı qalacam yəni?”, “İş vaxtları necədi?’’

 Ailəli qadından bunları soruşmayın. “Hamiləsən?” — bu sual qadına çəkisinin artdığını nəzərinə çatdırır. “Uşağına süd verməyi düşünürsən?” bu çox özəl sual olduğu üçün soruşmaq düzgün olmaz.

Sevgilisindən yeni ayrılmış şəxsə deməli olmadıqlarınız – “Onun üçün həddən çox yaxşı idin’’ demək əvəzinə ”O itirdi» deyə bilərsiniz. “ Ondan ayrıldığına sevindim, heç xoşum gəlmirdi ondan “ cümləsi əvəzinə «ondan daha yaxşısı ilə qarşılaşacaqsan’’ deyin. “Sənin kimi gözəl birinin tək qalması necə ola bilər?” kəlməsi heç düzgün qəbul edilmir.

Sevdiyiniz insanla dalaşarkən bunları deməyin – “Sən hər zaman...”, “Sən əsla...”, ”Sənin səhvindi”. “Əgər məni həqiqətən sevsəydin… edərdin” kəlməsi sevdiyiniz insanın sizi heç vaxt məmnun etmədiyi mənasına  gəlir. Əvəzində “əgər biz birlikdə ola bilsəydik, özümü daha yaxşı hiss edərdim’’ deməklə davadan uzaqlaşa bilərsiniz.     

 

Top