Necə sosiallaşaq?

Necə sosiallaşaq?

Əgər təkbaşına olmağı, hər işinizi tək görməyi xoşlayırsınızsa, cəmiyyət içərisində rahat olmursunuzsa və ya insanların toplu şəkildə olduğu yerlərdən uzaq durursunuzsa, sosial cəhətdən aktiv olmaq bir qədər çətin ola bilər.

İlk öncə sizin sosiallaşmağınıza əngəl olan amilləri müəyyənləşdirin. Daha sonra isə bu maneələri dəf etməyə çalışın. Gündəlik həyatınızda çox insanla ünsiyyət qurun. Salamlaşdıqdan sonra hal-əhval tutaraq, iş, hətta hava və ya digər mövzular barədə danışmaq olar. Nəticədə ünsiyyətdə olduğunuz insan ona diqqət göstərdiyinizin fərqində olacaq, həmçinin nəticədə söhbət də uzana bilər. İnsanlarla daha çox üzbəüz ünsiyyətə üstünlük verin. Çünki bu yolla bədən hərəkətləri və ya mimika, jestlərdən necə istifadə etməyi də öyrənə bilərsiniz.

İctimai yerlərdə, yığıncaqlarda olun. Qəzetlərdə və ya internetdə sosial tədbirlərin elanlarını izləyin, həmin tədbirlərdə iştirak etməyə çalışın. Bu yolla həm utancaqlığı bir kənara qoya, həm də yeni dostlar, yeni ideyalar qazana bilərsiniz. Bu cür tədbirlərə gedərkən kimisə sizinlə getməsi üçün dəvət edə bilərsiniz. Bu cür sosial tədbirlərdə iştirak edənlərlə söhbət edin və ortaq maraqlarınızı müzakirə edin. Məsələn, tanış olduğunuz biri əgər velosiped sürməyi xoşlayırsa və bu da sizin hobbinizdirsə və ya siz də bacarırsınızsa, onu hansısa başqa bir gün velosiped sürməyə və ya başqa bir tədbirdə sizinlə bərabər iştirak etməyə dəvət edə bilərsiniz.

Ailə üzvləri və ya dostlarla rahat ünsiyyət qura bildiyi halda yeni tanış olduğu insanlarla söhbətə başlamaq üçün bir çox insanlar hədsiz problem yaşayırlar. Hər kəsin bacarığı eyni dərəcədədir, amma heç də hər kəs bu bacarığı eyni dərəcədə istifadə etmir.

Tək sosial həyatda yox, öz gündəlik həyatınızda da aktiv ola bilərsiniz. Daha çox tətil, qeyri-iş günlərində əksər insanlar bekarçılıqdan şikayət edirlər. Əslində bu, bekarçılıq deyil, passiv həyat tərzidir, həyatı rəngləndirmək isə insanın özündən asılıdır. Necə? Aşağıdakı kimi:

— Yeni hobbi ilə məşğul olun, məsələn, arı saxlamaq, boyama və ya taxta işi, tikiş, ev heyvanı saxlamaq və s.

— İşə bir dəfə də olsa avtobus, metro və ya şəxsi maşınınızın əvəzinə velosipedlə gedin və sonra onun verdiyi zövqü dadın.

— Hazır çörək almayın, çörəyi evdə bişirin, ən azından bir neçə gün

— Təbiətin qoynunda gəzintiyə çıxın

— Otağınızı təmizləyin-“Bu sözlər yəqin ki sizə tanışdır.” Amma faktdır ki, ev işi fiziki cəhətdən aktiv olmağımıza kömək edir.

— Hər axşam 20-25 dəqiqəlik gəzintiyə çıxın

-Qonaq otağı və ya öz otağınızdakı mebellərin, əşyaların yerini dəyişdirin.

— Həftədə azı 1 dəfə muzey və ya teatra, qalereya və s. yerlərə gedin.

— Rəqs və ya hər hansı idman növü ilə məşğul olun.

Sosial mühitdə başqaları aktivlik edərkən buna sadəcə izləyici kimi baxaraq “mən edə bilmərəm” deməyin..Niyə də olmasın.

Başqalarının haqqınızda nə düşündüyünə fikir verməyin. Özünüzə inanın. Siz istəyin yetər! İstəyin və nail olun. Bu qədər bəsit…
Top