Uzun və firavan həyat keçirən məşhur psixoloq Karl Rodcers, özü haqqında bunları demişdi: Uşaq olanda mən zəif və xəstə uşaq idim. Atam bu səbəbdən deyirdi ki, mən çox gənc yaşda öləcəm. Bu həm yanlış, həm də düzgün fikir oldu — indi mənim 75 yaşım var. Lakin mən özümü çox gənc his edirəm və ümüd edirəm ki heç vaxt yaşlanmıyacağam.
Yəqin ki, siz də bəzən fiziki cəhətdən yaşlı, lakin daxilən çox gənc qalan insanlara rast gəlirsiniz. Xroniki yaş o qədər də önəml deyil, əsas insanın daxili yaşı önəm daşıyır. Bu səbəbdən sizin daxili yaşınızı təyin etmək üçün, sizə psixoloji test təqdim edəcəyik.
4 bal — siz fikirlə tamamilə razısınız
3bal — siz qismən razısınız
2bal — siz tam olaraq razı deyilsiniz
1 bal — tamamilə bu fikirə qarşısınız
— Fikrimcə, mənim çox yaxşı yumor hissim var.
— Mənim yaxşı intuisyam var, mən hər zaman başqa insanların nə nəzərdə tutduğunu anlayıram.
— Ümid edirəm ki, məni gələcəkdə gözəl şeylər gözləyir.
— Fikrimcə, mənimlə ünsiyyət qurmaq insanların xoşuna gəlir.
— Mənə bəzəməyən, mənimlə müqayisədə fikirləri, düşüncə tərzi fərqli olan insan belə, mənim xoşuma gələ bilər.
— Mən uşaqları sevirəm.
— Fərqli tapşırıqları yerinə yetirmək xoşuma gəlir.
— Hər hansısa bir işi yernə yetirərkən, mən onu yaxşı etmək üçün üsullar axtarıram.
— Fərqli hadisələrin səbəbləri ilə maraqlaıram.
— İşdən başqa mənim çoxlu və fərqli məşğuliyyətlərim var.
— İstənilən dəyişkliyi, yaxşı tərəfdən qəbul etməyə çalışram.
— Mənim işim insanlara xeyir verir.
— Mən bəzən arzu etməyi, xəyal qurmağı sevirəm.
— Sevdiyim musiqi mənim əhvalımı qaldırır.
— Yeni fikirləri maraqla qarşılayıram.
— Bir qayda olaraq mən çətinliklərlə və manelərlə qarşılaşanda təslim olmuram.
— Uğurlu zarafatlara ürəkdən gülə bilərəm.
— Məxfi fikirlərmi bölüşəcəyim insan var.
— Fiziki aktivlikdən həzz alıram.
— Yeni insanlarla tanış olmağı sevirəm.
— Bilmədiyim və bacarmadığım işlərlə məşğul olmaq istərdim.
— Mən hər zaman cazibədar görünməyə çalışıram və bu məndə alınır.
— Kiçik xoşagəlməz şeylərə imkan vermərəm ki, məni sıxıntıya qərq etsin.
— Yaşadığım dövran xoşuma gəlir.
— Düşünürəm ki, öz bacarığmı tam göstərmək üçün, daha çox şərait olacaq.
Əgər siz 75 bal toplamısınızsa, doğum tarixnizdən asılı olmayaraq, siz özünə inam və həyat gücü ilə dolusunuz. Siz ünsiyyətcil, optimist və xoşməramlı insansınız. Siz gec qocalacaqsınız.
50-75 bal. Müdrik olmanız üçün, siz bu yolda gəncliynizdən bir çox qurbanlar vermisiniz. Qayğı və stress sizin sevinmənizi azaldıb, lakin sizə ciddiliyi və məsuliyyəti öyrədib. Siz ortayaşlısınz. Lakin, biraz gümrahlıq və optimizim sizə mane olmaz.
Azı 30 bal. Bu qrup insanlar elə insanlardı ki, onlar hər şeyi görüb-götürüb, çox sınaqdan keçib və hər şeyin dəyərini bilirlər. Sizə elə gəlir ki, bu qayğı erkən formalaşıb? Axı həyatda daha çox şey görmək –götürmək, bilmək olar.
Tərcümə etdi: Orucova İlahə