İnsan tanımadığı bir insanlar ilk dəfə qarşılaşanda, qarşıdakı insana daha çox insan kimi baxmır. Eynilə heyvanlardakı kimi bioloji diqqətlə baxıb «mən onu yeyəcəm, yoxsa o məni yeyəcək?” kimi bir instinktiv sualla cavab axtardığımızı heç düşünmüsünüzmü?
İlk 7 saniyə ərzində gözümüz qarşımızdakı insanı tutub-tutmayacağına baxır, beynimiz isə buna qərar verir. Bu şüurlu sürətdə gedən bir prosses deyil, qeyri-şüuri olaraq, çox zaman da biz fərqində olmadan reallaşır. Bu zaman ortaya belə bir sual çıxır: „Bəlkə biz 2 saat söhbət edəsi olduq. 7 saniyəni heç 2 saatla müqayisə etmək olarmı?”
Burada maraqlı bir məqam var. İlk saniyələrdə müsahibimizin “yaxşı və ya pis” olmasına qərar veririk. Əgər qərarımız „pis”dirsə, ondan sonra saatlarla söhbət etsək də, beynimiz qarşımızdakı insanda “pis”ləri axtarmaqla məşğul olacaq və mütləq bir çox şey tapacaqdır.
Bəli, ilk təəssürat 7 saniyədə yaranır. 7 saniyəyə hədəfinizə çata bilərsinizmi? Əgər müsahibinizə yaxşı təsir etməyi bacarsanız, bu sizdə alınacaq. İlk təəssüratdan çox şey asılıdır. Əgər, ilk təəssüratınız yaxşı alınmasa, ikinci bir şansınızın yaranması çox çətindir. İlk baxışdan qaneedici təəssürat yarada bilsəniz, müsahibiniz sizi və təcrübələrinizi ciddi qəbul edəcək və sizə diqqət yetirəcəkdir.
İnsanlar ilk təəssüratı necə əldə edirlər? Araşdırmalar göstərir ki, bir adamla yeni tanışolursunuzsa, təəssüratın 93 %-i görünüş, bədən dili kimi səssiz informasiya əsasında formalaşır. İstifadə etdiyiniz sözlərin mənası, təəssüratın yalnız 7 %-ini əmələ gətirir. İlk görüş telefon vasitəsilə reallaşsa isə, yaranan təəssüratın 70 %-i səsinizin tonundan, 30 %-i isə sözlərin mənasından asılıdır, yəni, nə söylədiyiniz deyil, necə söylədiyiniz əsas rol oynayır.
İlk 12 sözünüzü diqqətlə seçməyiniz vacibdir. Tədqiqatlar, hər nə qədər təkbətək görüşlərdə sözlərinizin, insanların sizin haqqınızdakı düşüncələri üzərində 7 % təsiri olduğunu aşkar etsə də, siz yenə də işinizi etibarlı tutun. Görüşdüyünüz şəxslə tanışolduğunuz zaman istifadə etmək üçün, bir neçə təşəkkür cümləsi qurun. „Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm“ kimi… Siz ehtiram göstərdiyiniz insanlar da sizə hörmətlə yanaşarlar.
Müsahibinizin adını mütləq çəkin. Unutmayın ki, dünyada insana öz adından qulağa daha şirin gələn başqa bir səs yoxdur. İlk 7 saniyədə və ilk 12 sözünüzün içində həmmüsahibinizin adından istifadə etməniz, ona dəyər verməyiniz və fokuslanmağınız mesajını verəcəkdir. İnsanlara öz adıyla müraciət etmək qədər heç bir şey onların diqqətini çəkməz.
Saçınıza mütləq diqqət yetirin, çünki müsahibiniz də diqqət yetirəcək. Biriylə tanış olduğunuz vaxt, ilk mərhələdə xarici görünüşünüz, ələxsüsus da, saçınız və üzünüz diqqəti cəlb edəcəkdir. Heç kim, saçı stili səliqəli olmayan, dağınıq saçlı biriylə işləmək istəməz.
Ayaqqabılarınızın təmiz olmasına diqqət göstərin, çünki, insanlar üzünüzdən dərhal sonra ayaqlarınıza baxarlar. Ayaqqabılarınız təmiz deyilsə, müsahibiniz detallara əhəmiyyət vermədiyinizi düşünəcəkdir. Ayaqqabılarınız silinib-boyanmış və iş mühitinə uyğun olmalıdır. Ayaqqabınız qapıdan çıxarkən geydiyiniz ən son şey ola bilər, amma insanların ilk diqqət yetirdikləri şeylərdən biridir.
Yerişinizi sürətləndirin! Araşdırmalar göstərir ki, digərlərindən 10-20% daha yeyin gedən insanlar, başqaları tərəfindən əhəmiyyətli və enerjili qəbul olunurlar. Belələri isə, potensial işə götürənlərin axtardığı bir tiplərdir. Təsir gücünüzü artırmaq istəyirsinizsə, tempinizi artırın və sanki harasa tələsirmişsiniz kimi sürətli gedin.
Yaxşı əl sıxmağı öyrənin! Müsahibinizlə tanış olduğunuz zaman, birinci fiziki əməyiniz, əlinizi uzatmaqdır. Hər bir iş adamı bilir ki, gözəl salamlaşma özündən əmin olmağın əlamətidir. Ancaq təəssüf ki, görüş zamanı, insanlar „zəif” salamlaşırlar.Əgər uğurlu bir başlanğıca nail olmaq istəyirsinizsə, qarşınızdakının əlini tam olaraq ovuclamalı və özündən əmin bir şəkildə, amma yüngülcə sıxmalısınız. Beləcə, yaxşı bir iş əlaqəsinin bünövrəsini qoymuş olarsınız.
Bədən dilinizlə şifahi nitqinizi uyğunlaşdırın! Təbəssüm və ya məmnun bir ifadə, müsahibinizə orada olmaqdan məmnun olduğunuz mesajını verəcəkdir. Göz təması qurmaqla siz, deyilənlərə diqqət yetirdiyinizi və maraqlandığınızı bildirəcəksiniz. Müsahibinizə doğru əyilməniz, söhbətə daxil olduğunuzu göstərəcəkdir. Mövzuya maraq nümayiş etdirdiyinizi bildirmək üçün mümkün qədər çox işarə verməyiniz məsləhətdir.
Görüş üçün hər bir hərəkətinizi planlaşdıra bilərsiniz. Görüş təyin edər, hazırlanar və təqdimatınızı edərsiniz. Ancaq potensial və ikiayaqlı “pul kisələr” hər an hər yerdə qarşınıza çıxa bilərlər. Buna görə də,hər an mükəmməl bir təəssürat yaratmaq üçün hazır olun!
Mənbə: azadqadın.az