Lima Sindromu: Lima sindromu Stokolm sindromunun tam əsirlikdə güclü tərəfin zəif tərəfə simpatiyasıdır. Səbəbkar hadisə Limada(Peru) MRTA (Tupac Amaru İnqilabi Hərəkatın)-nın14 üzvünün yüzlərlə (içlərində diplomatlar, hərbçilər, dövlət işçiləri, həmçinin gələcək Peru prezidenti və mövcud prezidentin anası da olan) yığıncaq iştirakçısını əsir alması hadisəsi ilə bağlıdır.(17dekabr-22 aprel 1997)
Daha sonra əsirləri xilas edərkən dəstə üzvlərinin xilas etmə işlərinin lazımsızlığını göstərən reaksiyaları sindromun tərifini verir. Bir neçə aylıq müzakirələr və öldürülən birindən başqa digərləri azadlığa buraxılır.
Diogen sindromu: Məşhur yunan filosofu, şərab çəlləyində yaşamışdı və nihilizm və animalizm ideyalarını yaşa(y/d)ırdı. Əhvalata görə, Makedoniyalı İsgəndər ondan nə istədiyini soruşanda günəşin qabağından çəkilməyini cavabını verir.
Diogen sindromu daha çox sahibsizlik, özünə laqeyd münasibət hiss etmə hallarını təcəssüm etdirir. Daha çox yaşlı insanlarda müşahidə olunur. Diogenin səfil həyatı yaşayır, təmizliyinə necə riayət etməsi haqqında heç bir məlumat yoxdur.
Paris sindromu: Paris sindromu yapon turistlərinə və xalqına aid edilir. Hər il Parisi ziyarət edən yapon turistlər peşman şəkildə öz ölkələrinə qayıtmalı olurlar. Bu bir növ xəyal edilənlərin suya düşməsi prosesidir. Yaponiya səfirliyinin turistlər üçün qaynar xətti “mədəniyyət şoku” keçirən həmvətənlərinin 24 saat xidmətindədir.
Stendal sindromu: Psixosomatik xəstəlik olub, xüsusilə gözəl bir sənət əsərinə baxarkən ürək döyüntülərinin artması, qarabasma, çaşqınlıq və başgicəllənmə ilə müşayiət edilən prosesi ifadə edir. Sindromun adı kitabında Florensiyanı təsvir edərkən sindromu da yaşamış olan fransız yazıçısı Stendalın adı ilə bağlıdır.
Yerusəlim sindromu: Dini motivlərdən(daha çox xristian və yəhudilər üçün) dolayı psixolojik olaraq məşhur şəhəri ziyarət etmək həvəsinin yaratdığı psixoloji vəziyyətdir. Bu şəhərə gəldikdən sonra sanki bir xəstəlikdən canlarını qurtardıqlarını fikirləşirlər.