Bir dəfə Zanslı ravvin Xaim pəncərənin qabağında dayanıb küçəyə baxırdı. Yoldan keçən birini görüb şüşəni döydü və onun içəri gəlməsinə işarə etdi. O içəri girəndə ravvin Xaim soruşdu:
— De görüm qızıl kisəsi tapsan onu yiyəsinə qaytararsan?
— Ravvin, — yolçu cavab verdi, — əgər pulun yiyəsinin kim olduğunu bilsəm, düşünmədən qaytararam.
— Sən axmaqsan. – Zanslı ravvin dedi.
Sonra pəncərənin qabağına qayıtdı, daha bir yoldan keçəni çağırdı və eyni sualı verdi.
Yolçu cavab verdi:
— Mən o qədər axmaq deyiləm ki, tapdığım pul kisəsini qaytarım.
— Sən pissən, — Zanslı ravvin dedi və üçüncü yoldan keçəni çağırdı.
O suala belə cavab verdi:
— Ravvin, kisəni tapan vaxt necə olacağımı, özümü pis işdən çəkindirə biləcəyimi bilmirəm axı. Bəlkə tamah mənə güc gələcək və mənim olmayan şeyi özümünküləşdirəcəyəm. Bəlkə də Tanrı – O, xeyirxahdır – mənə kömək edəcək və mən tapdığımı qanuni yiyəsinə qaytaracağam.
– Bunlar yaxşı sözlərdir! – ravvin qışqırdı.
– Sən əsl müdriksən!
Yəhudi pritçası