Niyə şərh yazmırıq?

Niyə şərh yazmırıq?

İnsanlar bir yazını oxuduqdan sonra o mövzu haqqında niyə şərh yazmaq istəməz?
Əslində şərhlər bir yazının təməlidir. Şərhlər sayəsində yazı dəyər qazanar. Şərhlər olmadan yazının da bir mənası olmaz. Yazıya dəyər qatan o yazıya bildirilmiş olan şərhlər, o mövzu  ilə bağlı açıqlanmış olan düşüncələrdir. Şərhlər yazının daha yaxşı başa düşülməsini təmin etməklə yanaşı, həmçinin yazının inkişaf etdirilməsi məqsədini də daşıyır. Təəssüf ki, Azərbaycanda şərh yazma və iştirak etmək nisbəti çox aşağıdır.
Yaxşı, insanlar niyə şərh yazmaq istəmir?  Psixoloji baxımdan bunun səbəblərini  bu şəkildə sıralaya bilərik:
* İnsanlar ümumiyyətlə yalnız mövzuya fokuslanarlar. Yazıda istədiklərini tapdıqlarında daha çox zaman itirmək istəməzlər.
*Bu bir psixoloji haldır. Belə ki, müzakirə etməyin, mövzuya genişlik qazandırmanın özlərinə bir fayda verməyəcəklərini düşünərlər. Qısacası özlərini yormaq  istəməzlər. Ancaq şərhlər yazını oxuyan digər insanlara mütləq fayda verər.
*Əgər yazıdakı mövzu çox yaxşı izah edilmişsə, əlavə edəcək ya da razılaşmayacaq bir məqam tapa bilməzlər.  Amma hər yazının mütləq əskiklikləri vardır.
* Fikir ifadə etmək, bunun üçün vaxt ayırmaq, müzakirə etmək özlərinə çətin gəldiyi üçün şərh bildirmək  istəməzlər.
* Yazı şərh yazmaq üçün yaxşı bir yazı olmaya bilər. Hər yazıya şərh bildirmək kimi bir məcburiyyətimiz də yoxdur. Bəzi yazılar sırf şərhsizdir, yəni şərhə ehiyacı yoxdur. Amma bu yazılarda belə əməyi keçənlərə şərh yazaraq təşəkkür etmək onları başqa yazılar yazmağa, fəaliyyətdə olmağa və fayda verməyə təşviq etmək üçün şərh yazılması yaxşı olar. (Kayzendə bunu + — sistemi əvəz edir)
* Yazının hamısını oxumayan insanlar da vardır və ümumiyyətlə bundan ötəri şərh yazmaq ağıllarına belə gəlmədən yazıdan çıxarlar. Çünki Azərbaycanda oxuma vərdişi təəssüf ki, çox inkişaf etməmişdir. Bu vərdişin olmaması da şərh yazmamanın əsas səbəblərindəndir.
* Yenə Azəbaycanda ümumiyyətlə iştirakçı və təşəbbüskar olmadıqlarından ötəri şərh yazmağı zaman itkisi olaraq qiymətləndirənlər az deyil. Xəbər, məqalə və ya digər yazı növləri 100 dəfə oxunmasına baxmayaraq, bir dəfə də şərh bildirilməz.
Şərh yazmamağın səbəbləri tək bunlarla məhdudlaşmır. Daha çox səbəblər var. Bəzən insanlar bir neçə şərh görər və şərh yazmaq istəyərlər. Kütlə psixologiyasıdır bu. Təbii ki, heç şərh bildirmədiklərində də şərh əlavə etmənin mənasız olduğunu düşünərlər.
Şərh yazmaq mədəni bir davranışdır və həm yazıya, həm yazara, həm də digər ziyarətçilərə dəyər və fayda  verər. Bunun üçün qarşılaşdığınız hər yazıyla əlaqədar öz düşüncələrinizi şərh yazaraq ifadə etməniz çox əhəmiyyətlidir. 

Top