Fantom zəng sindromu

Fantom zəng sindromu

Son dövrlərdə insanların telefon zəngini hallüsinasiya şəklində  eşitməsi problemləri onları ciddi şəkildə narahat etdiyindən  Avstraliyalı alimlər  bu istiqamətdə tədqiqat aparmağı qarşıya məqsəd şəklində qoymuş və bu situasiyanı tədqiq etməyə başlamışlar.Aydın olmuşdur ki, şəxsi əşylardan, eləcə də telefon və onun zənglərindən asılı olan şəxslər əsasən neyro-psixoloji problemləri olan və dərin nevroz və stress yaşayan insanlarda rast gəlinir.Onlar olduqca həssas bir sinir gərginliyinə sahib olurlar ki, bu da adi həyati proseslərdə ən sadə halda narahatlıqla büruzə edir.

Vacib bir zəng gözləyən insanlar onları qəbul etdikdən sonra belə təəssüratlar izsiz ötüşmür.Fantom zəng sindromu istiqamətində tədqiqat aparan Sidney Universitetinin Psixologiya İnstitutunun  tələbələri 300 nəfəri dərindən incələmişlər.Məlum olmuşdur ki, onu əmələ gətirən ən birincili səbəb vacib zənglərin gözlənilməsidir.65% hallarda insanlar narahatlıq doğuran zəngləri gözləyir və hətta onları cavablaya bilməyəcəklərindən dolayı narahatlıq keçirirlər.Bu telefon vasitəsilə baş tutan dialoq bitdikdən sonra belə şəxslər onların yenidən gələcəyi gərginliyi ilə tez-tez və narahatlıq içində telefonları gələ biləcək zənglərdən dolayı yoxlayırlar.Bu vəziyyətdə onlarda adi kiçik bir vibrasiyadan belə aktivləşən sinir ucları beyinə bu reaksiyanı telefon zəngi xarakterində ötürdüyündən məhz verilən cavab da telefona istiqamətlənmiş olur.Təəssüflə bildirilir ki, 40%  halda bu izsiz ötüşmür.87%  sorğuda iştirak edənlər isə bu psixoloji anomaliyanın onları həftədə bir neçə dəfə narahat etdiyini bilririrlər.Digər 13%  isə  “yalançı zənglər”  seriyasının gün ərzində bir neçə dəfə təkrarlanmasından şikayətləniblər.

Fantom zənglər sindromu sinir gərginliyinin nəticəsidir.O ciddi sinir sistemi pozğunluğu ilə nəticələnə biləcək xəstəliklərin xəbərdarçısıdır.Əgər ilkin əlamətlərin meydana çıxmasından 5-7 gün ərzində aradan izsiz ötüşümürsə mütləq mütəxəssis ilə məsləhətləşməli olduğu bildirilir.

Top