1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil oldu. Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi.
«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet Sosialist Respublikası vahid əmək məktəblilərinin Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və dekretdə məktəblərdə təlimin ana dilində və pulsuz aparılması, zəhmətkeş balalarının üzünə açıq olması elan edildi» (F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B., «Nurlan», 2005, s.62).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi. Ali məktəblər açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin ali məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı.
1921-ci ildə orta məktəblərdə müxtəlif fənlər üzrə dərs deyəcək müəllim kadrları hazırlamaq üçün yeni bir ali təhsil müəssisəsi – APİ yaradıldı. 1931-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutu, 1936-cı ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu təsis edildi.
Azərbaycan Dövlət Universiteti isə hələ Azərbaycan Demokratik Respubli¬kasının vaxtında – 1919-cu ildə yara¬dıl-mış¬dı. Universitetdə yaradılan kafedralardan biri də psixologiya ka¬fed¬rası idi. Kafedraya görkəmli alim A.O.Mako¬velski rəhbərlik edirdi. Ali məktəblərdə ən böyük çətinliklərdən biri də ana dilində dərs aparan ixtisaslı kadrların çatışmaması ilə bağlı idi. Vəziyyətdən çıxış üçün dilləri Azərbaycan dilinə yaxın olan Krımdan, Kazandan, Türkiyədən yüksək ixtisaslı müəllimlər dəvət olunur. Onların sırasında A.O.Makovelski, X.Fikrət, M.Tofiq və başqaları var idi. Onlar həm psixologiyadan dərs deyir, həm də milli kadrların hazırlanmasına kömək edirdilər. A.O.Makovelskinin bu sahədə xidmətləri isə əvəzsizdir.
A.O.Makovelski 1920-ci ildə Azərbaycan Dövlət Univer¬sitetində işə dəvət olunur. O, 1920-ci ildən 1930-cu ilə qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir. 1921-ci ildə ADU-da «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1931-ci ildən 1940-cı ilədək AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır. 1948-ci ildə Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır və 1960-cı ilə qədər məntiq-psixologiya kafedrasına rəhbərlik edir. Mako¬velskinin yüksək ixtisaslı psixoloq kadrlarının hazırlan¬ma¬sında əvəzsiz xidmətləri olmuşdur. O, Ə.K.Zəkuyevin dok¬tor¬luq dissertasiyasının rəsmi opponenti, M.Məhərrəmov, M.Ab¬ba¬sov, M.Hacıyev, İ.Se¬yidov və başqalarının elmi rəh¬bəri olmuşdur.
Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış, Azər¬baycan şair və filosoflarının yaradıcılığının psixoloji təh-lilini vermişdir.
Azərbaycanda psixologiya elminin inkişafında, psixoloq kadrlarının hazırlanmasında B.B.Komarovskinin də (1899-1965) böyük xidmətləri olmuşdur. 1921-ci ildə Bakıya gələn Ko¬ma-rovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Univer¬si¬tetinin aspiranturasında oxuyur. 1927-ci ildə pedaqogika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il o, pro¬fes¬sor elmi adı alır. Komarovski ilk elmi məqaləsini 1914-cü il¬də, 15 yaşında yazmışdır. Çoxşaxəli yaradıcılığa malik olan Ko¬ma-rovski «Psixologiya cədvəlləri» (1923), «Uşaqlığın sosio¬lo-giyası» (1921), «Təkrarlama metoduna dair» (1940) və s. onlarla fundamental əsərlərin müəllifidir.
Azərbaycanda psixologiya elminin digər tanınmış bir nümayəndəsi F.Ə.İbrahimbəyovdur (1901-1988). O, respub¬lika-mızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təşkil etdiyi psixologiya laboratoriyasında çoxsaylı, müx¬təlif istiqa-mət¬li tədqiqatlar aparılmışdır.
F.İbrahimbəyov 1927-1949-cu illərdə V.İ.Lenin adına APİ-də, sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İn-stitutunda psixologiya kafedrasının müdiri olmuşdur.
F.İbrahimbəyov təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə bilinqvizm sahəsində uğurlu tədqiqatlar aparmışdır. Onun tədqi-qatları nəinki ittifaq miqyasında, eləcə də dünyanın bir sıra ölkələrində rəğbətlə qarşılanmışdır. O, ana dili və rus dillərinin mənimsənilməsinin psixoloji əsaslarını tədqiq etmişdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumittifaq və Beynəlxalq Konqreslərdə etdiyi çıxışlar bir qayda olaraq yüksək dəyər-ləndirilmişdir. Onun «İkidillilik, onun forması və fərdi fərqlərə görə təsnifatı», «Milli məktəblərdə rus dili təliminin psixoloji əsasları haqqında», «Nit¬qin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri təlim psixologiyası, nitq inkişafı sahəsində SSRİ-də aparılan ən uğurlu tədqiqatlardan hesab olunur.
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, psixoloji fikrin inkişafı və təşəkkülündə Əhməd Kərədi Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuşdur. O, 1921-ci ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə V.İ.Lenin adına APİ-də dərs demiş, müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmişdir. 1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə şöbəsində çalışmışdır.
1933-cü ildə V.İ. Lenin adına APİ-nin nəzdində aspirantura şöbəsi açılır. Bu şöbənin yaradılmasıyla psixologiya üzrə kadr hazırlığında da bir dönüş yaranır.
20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə¬lər-də olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-mikalar başladı. Qeyd etmək istərdik ki, SSRİ miqyasında gedən proseslər eynilə Azərbaycanda da baş verirdi. Bununla bağlı F. Rüstəmov yazır: «20-ci illərin əvvəllərində pedaqoji elmdə demokratik fikir güclü idi, əsasən qeyri-marksist mövqedə dayanan nəzəriyyələr üstün mövqeyə malik idi. Bu nəzəriyyələrin bir qismi Avropa¬dan türk pedaqoq və psixoloqlarının (X. Fikrət, Mühiddin, İ. Hik¬mət, T. Tofiq, N. İsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayı¬lır, digər qismi isə rus pedaqoji fikrindən tərcümə edilmiş əsərlərdən milli pedaqoji fikrə keçirdi.
İntellektual mübahisələr çox zaman bir-birinə qara yax-maqla başa çatırdı. Bu proses hər yerdə – mərkəzdə də, yerlərdə də gedirdi. Rusiya və Ukrayna üçün səciyyəvi olan yanlışlıqlar ey¬ni ilə Azərbaycanda da təkrar olunurdu. Moskvada A.P. Pin-ke¬viçin, P.P. Blonskinin başına gətirilənlər Bakıda B.B. Ko¬ma-rov¬ski, A.O. Makovelski, Ə. Seyidov, Ə. Zəkuzadə üçün təkrarlanır¬dı. Hədə, təhqir və yalanlara cavab vermənin fiziki cəhətdən məhvə səbəb olacağını dərk edən alimlər özlərini əsassız itihamlardan qorumaq üçün etiraf məktubları yazır, düzgün elmi mövqelərini tənqid etmək məcburiyyətində qalırdılar».
Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mü¬tə-xəs¬sislər arasında deyil, ixtisas sahibi olmayan, ancaq «əqidəli marksistlər» tərəfindən də keçirilir, təəssüf ki, çox vaxt məhz onlar «haqlı» çıxırdılar. Tənqid olunanlar sırasında adətən həqiqi elm fədailəri, görkəmli alimlər olurdu.
1931-ci ildə F.Ə.İbrahimbəyov testlər metodunun milli psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə da-nışmağa məcbur olur. Onun 1936-cı ildə nəşf etdirdiyi «Uşaqların əqli inkişafında zərərli nəzəriyyə» adlı məqaləsində pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu.
30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə gənc və istedadlı alimlər gəlir. Onların sırasından S. Hacıyev, M. Məhərrəmov, M. Abbasov və başqaları xüsusilə seçilirdilər.
1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnsti-tu¬tu fəaliyyətə başlayır. Fərəhli haldır ki, institutun nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da fəaliyyət göstərir. Təlim-tərbiyə prosesi ilə bağlı aparılan tədqiqatlar psixologiya elminin inkişafında xüsusi yer tutur. İnstitutda yara¬dılan şöbəyə M.R. Abbasov başçılıq edir. Bu institutda müxtəlif dövrlərdə F.Ə. İbrahimbəyov, A.O. Mako¬velski, S. Hacıyev, M. Hacıyev, Z.M. Mehdizadə, Ə.K. Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həm¬zəyev, Ə.S.Bay¬ra¬mov, Ə.Ə. Əlizadə və başqa görkəmli alimlər çalış¬mış, tədqiqat işləri aparmışlar.
Hazırda institut Təhsil Problemləri İnstitutu adı ilə fəaliy-yət göstərir. İnstitutun psixologiya və yaş fiziologiyası şö¬bə-sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.
Respublikamızda psixologiya elminin inkişafında APRDƏİ (hazırda Bakı Slavyan Universiteti), SSRİ-nin 50 illiyi adına APXDİ (hazırda Azərbaycan Dillər Universiteti), KDPİ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil müəssisələri də özünəməxsus rol oynamışdır.
1946-cı ildə ÜİK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-ci tədris ilindən başlayaraq orta məktəblərin buraxılış siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı qərar qəbul olunur. Qərara uyğun olaraq 1947/48-ci tədris ilində Azərbaycan Dövlət Universitetində məntiq-psixologiya kafedrası yaradılır. Kafedraya rəhbərlik A.O. Makovelskiyə tapşırılır. O, 1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir. 1960-cı ildən kafedra pedaqogika və psixologiya kafedrası adı ilə fəaliyyətini davam etdirir. 1960-1970-ci illərdə kafedraya M.C. Məhərrəmov, daha sonra professor Ə.S. Bayramov rəhbərlik edir. Hazırda kafedraya professor B.H. Əliyev rəhbər-lik edir.
M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrla¬rının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəz-siz xidmətlər göstərmişdir.
O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnsti¬tu¬tunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cü ildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonuna-dək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo-giya¬nın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psi-xolo¬giya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixolo¬giya» dərsliyi mühüm bir hadisə idi.
50-ci illərdən başlayaraq Azərbaycanda psixologiya elmi-nin yeni bir inkişaf mərhələsi başlayır. Bu dövrdə A.K. Ab¬dul-layev, Ş.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əli¬za-də, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fa-kül¬¬təsində təhsil almışdır.
İ.Ə. Seyidov, K.S. Əbilov, M.S. Nəcəfov, M.Ə. Həm-zəyev, M.M. Hacıyev 50-ci illərdə namizədlik dissertasiyaları müdafiə edirlər.
1963-64-cü tədris ilində V.İ. Lenin adına APİ-də psixo¬lo-giya kafedrası yenidən müstəqil fəaliyyətə başlayır. 1963-1975-ci illərdə kafedraya görkəmli psixoloq Ş.S. Ağayev rəhbərlik edir.
Ş.S. Ağayev 1954-cü ildə «Fikri məqsədin xarakterindən asılı olaraq görmə qavrayışının dinamikası» mövzusunda na¬mi-zədlik, 1967-ci ildə isə «Əmək, tərbiyə və inkişaf» möv¬¬zu¬sunda doktorluq dissertasiyası müdafiə etmişdir. Şəxsiyyət psi¬xologi-yası, təlim psixologiyası, tərbiyə psixologiyası və s. sahə¬lər üzrə tədqiqatlar aparmış, dərsliklərin hazırlanmasında, kadr¬ların yetişməsində önəmli rol oynamış professor Ş.S. Ağayev müəy-yən müddət V.İ. Lenin adına APİ-nin rektoru olmuşdur.
1960-70-ci illərdə sovet psixologiya elmində bir inkişaf mərhələsi başladı. Psixologiyanın müxtəlif sahələri üzrə təd¬qi-qat¬lar genişləndi.
Gənc və istedadlı psixoloqlar Ə.S. Bayramov, T.Ə. Mus-ta¬fayev, C.A. Təhmasib, İ.A. Fərəcov, A.U. Məmmədov, Q.E. Əzi¬mov, R.M. Rəsulov, M.Ş. Əbdülov və başqaları namizədlik dis¬ser¬tasiyaları müdafiə etdilər. Bu dissertasiyalar psixologi-yanın bir çox sahələrini əhatə etsə də əsas diqqət yaş və pedaqoji psixologiyaya yönəldilmişdi.
60-cı illərin sonu – 70-ci illərin əvvəlləri Azərbaycan psixologiya elmi üçün daha məhsuldar olmuşdur. Ə.S. Bay¬ra-mov, M.Ə. Həmzəyev, M.S. Nəcəfov, Ə.Ə. Qədirov, Ə.Ə. Əli¬-za¬də müxtəlif mövzularda doktorluq dissertasiyaları müdafiə etmişlər. Bundan sonra 20 il müddətində Azərbaycanda psixo-lo¬giya üzrə doktorluq dissertasiyaları müdafiə olunmamışdır. Yal¬nız 90-cı illərin ortalarından başlayaraq yenidən respublikada dok¬torluq dissertasiyaları müdafiə olunmağa başladı. Ə.T. Bax¬şəli¬yev, S.İ. Seyidov, B.H. Əliyev, İ.M. Novruzlu, R.İ.Əliyev, G.K.Məmmədova, İ.Ə.Məm¬mədova doktorluq dissertasiyaları müdafiə etdilər.
Azərbaycanda psixologiya elminin inkişafında 1947-48-ci tədris ilindən 1954-55-ci tədris ilinədək Azərbaycan Dövlət Universitetində təşkil olunmuş məntiq-psixologiya şöbəsinin müs¬¬təs¬na rolu olmuşdur. Bu müddət ərzində 150-dən artıq yük-sək ixtisaslı psixoloq kadrı oranın məzunu olmuşdur. Onların sıra¬sından Ə.S. Bayramov, Ə.Ə. Əlizadə, Ə.Ə. Qədirov, M.S. Nə¬cə¬fov, Q.E. Əzimov, M.Ş. Əbilov kimi tanınmış alimlər çıxmış¬lar. Məhz onların sayəsində Azərbaycan psixologiya elmi mü¬hüm inkişaf yolu keçmişdir.
1947-52-ci illərdə Azərbaycan Dövlət Universitetinin mən¬tiq-psixologiya şöbəsini bitirənlərdən biri də professor Ələd¬din Əhməd oğlu Qədirov (1929-2003) olmuşdur. Ə.Qə¬di-rov 1963-2001-ci illər ərzində Gəncə Dövlət Pedaqoji İnsti¬tu-tun¬da dosent, kafedra müdiri, prorektor, rektor vəzifələrində ça¬lış¬mışdır.
Ə. Qədirov 2001-2003-cü illərdə Təhsil Problemləri İn-stitu¬tun¬da aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
O, 1961-ci ildə «Kiçik məktəbyaşlı uşaqlarda mücərrəd təfək¬kürün inkişafı» mövzusunda namizədlik, 1974-cü ildə isə «Kiçikyaşlı məktəblilərdə mücərrədləşdirmənin inkişafı» möv-zu¬sunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ə.Qədirov təlim-tərbiyə psixologiyasına dair çoxsaylı əsərlərin müəllifidir. 2003-cü ildə nəşr etdirdiyi «Yaş psixologiyası» dərsliyi isə ümumən Azərbaycan psixologiya el¬minin nailiyyətlərindən hesab olunur.
Azərbaycan psixologiya elminin inkişafında əvəzsiz xidmətləri olan alimlərdən biri də professor Muxtar Əliş oğlu Həmzəyevdir (1929). O, 1952-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1956-cı ildə «İbtidai məktəbin II sinif şagirdlərində samitlər üzrə düzgün yazı vərdişlərinin təşəkkül et¬məsi və inkişafının psixoloji xüsusiyyətləri» möv¬zusunda na-mizədlik dissertasiyası müdafiə etmişdir. Bundan sonra M.Həm¬zəyevin təlim-tərbiyə məsələləri ilə bağlı əsərləri nəşr olunur. «Ailədə uşaqların oyunlarına rəhbərlik» (1965), «Yazı təliminin bəzi məsələləri» (1961), «Şagirdlərin düzgün yazı vərdişlərinə yi¬yələnmə xüsusiyyətləri» (1984) və onlarla digər kitablar M.Həm¬zəyevin qələminin məhsulu olsa da, ümumən Azər¬bay¬can psixologiya elminin nailiyyətləri hesab edilir. Onun «Peda¬qo¬ji psixologiya» (1991), «Yaş və pedaqoji psixologiyanın əsas¬ları» (2000-2003) və digər dərslikləri geniş istifadə olunan uğurlu dərs¬liklərdəndir. O, uzun müddət I sinif şagirdləri üçün «Ana dili» dərsliyinin müəlliflərindən biri olmuşdur.
M. Həmzəyevin fəaliyyətinin uzun və məhsuldar bir dövrü Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu ilə bağlı olmuşdur. O, 1956-74-cü illərdə baş elmi işçi, şöbə müdiri, psixo¬logiya laboratoriyasının müdiri işləmişdir. 1974-77-ci illərdə Azər¬baycan Dövlət Bədən Tərbiyəsi İns- titutunda kafedra müdiri olmuşdur.
1978-ci ildən M.Həmzəyevin elmi fəaliyyəti Azərbaycan Dövlət Dillər İnstitutu, indiki Dillər Universiteti ilə bağlanır. O, hazırda Azərbaycan Dil¬lər Universitetində psixologiya kafedrasının müdiri vəzifə¬sində çalışır.
M.Həmzəyev 1969-cu ildə «Azərbaycan dili orfoqrafiya və durğu işarələrinin mənimsənilməsi psixo¬logiyası» mövzu¬sun-da doktorluq dissertasiyası müdafiə etmişdir.
Respublikada elmi kadrların hazırlanmasında da M.Həm¬¬-zə¬yevin müstəsna rolu olmuşdur. Onun rəhbərliyi ilə onlarla aspi¬rant və dissertant namizədlik dissertasiyası müdafiə et¬miş-dir. Uzun müddət AAK Ekspert Şurasının üzvü olmuşdur.
Azərbaycan psixologiya elminin inkişafında əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramovun (1930) müs-təsna xidmətləri olmuşdur. Azərbaycan Dövlət Univer¬site¬tinin məntiq-psixologiya şöbəsini bitirdikdən sonra Ə.S. Bay¬ra¬mov çoxşaxəli elmi-pedaqoji fəaliyyətə başlayır. O, demək olar ki, Azərbaycanda psixologiya elminin bütün sahələri üzrə tədqi¬qat aparmış, elmi əsərlər yazmış, dərsliklər hazırlamışdır. O, pro¬fes-sor Ə.Ə. Əlizadə ilə birlikdə Azər¬baycanda sosial psixo¬lo-giyanın əsasını qoymuşdur. Hələ sovet hakimiyyəti illərində etno¬psi¬xologiyanın «qadağan olunduğu» vaxtlarda etnopsixolo-giya ilə bağlı fikir və ideyalarını irəli sürmüş, 1996-cı ildə isə «Etnik psixologiya məsələləri» əsərini nəşr etdirmişdir. Ə.S. Bayramov Azərbaycanda etnopsixologiyanın yaradıcısıdır. Onun çoxsaylı aspirant və dissertantları da etnopsixoloji məsə-lə¬lərə dair namizədlik dissertasiyası müdafiə etmişdir.
1959-cu ildə Ə.S. Bayramov «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III-IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik, 1967-ci ildə isə «Kiçik məktəbyaşlı şagirdlərdə əqli keyfiyyətlərin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
O, 1974-cü ildən SSRİ Psixologiya Cəmiyyəti Azərbaycan şöbəsinın sədri olmuşdur. Ə.S.Bay¬ra¬mov 1971-97-ci illərdə BDU-nun pedaqogika və psixologiya ka¬fed¬rasına rəhbərlik etmişdir. Uzun illər psixologiya üzrə ixti¬sas¬laş¬dırılmış müdafiə şurasının sədri kimi respublikada yüksək ixtisaslı psixoloq kadrların hazırlanmasına rəhbərlik etmişdir.
Hazırda Bakı Dövlət Universiteti psixologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi Azərbaycan psixologiya elminin inkişafına xidmət göstərir.
Respublikamızın görkəmli alimlərindən biri, Azərbay¬can Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının müdiri, professor Əbdül Əli oğlu Əlizadə (1932) Azərbaycanda psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmiş psixoloqlardandır. Ə.Əlizadə 1950-55-ci illərdə Azərbaycan Döv¬lət Universitetinin məntiq-psixo¬logiya şöbəsində təhsil almışdır. 1956-cı ildə ilk elmi məqaləsi çap olunur. 1957-ci ildə «Azərbaycan məktəbi» jurnalında işə başlayır. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olur. Sonrakı fəaliyyəti bu institutla bağlıdır.
1962-ci ildə «Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri» mövzusunda namizədlik, 1975-ci ildə isə «Cinsi dimorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri» mövzu-sun¬da doktorluq dissertasiyası müdafiə edir.
1976-cı ildən bu günədək Ə.Ə.Əlizadə ADPU-nun ümu-mi psixologiya kafedrasının müdiridir.
Ə.Ə.Əlizadənin fəaliyyətində dərsliklərin hazırlanması xüsusi yer tutur. O, hələ 60-cı illərdən dərsliklərin hazırlanma-sın¬da yaxından iştirak edir. Professor Y.Ş.Kərimovla birlikdə hazırladığı «İlk addımlar» dərs vəsaiti özünün psixoloji məzmununa görə diqqəti cəlb edir.
1964-cü ildə nəşr olunmuş «Psixologiya» dərsliyinin müəl¬¬lif¬lərindən biri də professor Ə.Ə.Əlizadədir. Professor Ə.Ə.Əli¬zadə professor Ə.S.Bayramovla birlikdə çox səmərəli fəaliyyət göstərmiş, Azərbaycan psixologiya elminin inkişafına önəmli xidmət etmişlər. «Psixologiya» (1989), «Sosial psixolo-gi¬yanun aktual məsələləri» (1986), «Sosial psixologiya» (1976), «Sosial psixologiya» (2003) və digər əsərlər onların birgə fəa¬liy-yətinin məhsuludur.
Ə.Ə.Əlizadənin yaradıcılığında ailə tərbiyəsi, ailə prob-lem¬ləri daha dolğun şəkildə araşdırılmışdır. Professor A.N.Ab-basovla birlikdə hazırladıqları «Ailə» dərsliyi pedaqoji ictimaiy-yət tərəfindən müstəsna xidməti olan əsər kimi qəbul olundu.
Ə.Ə.Əlizadənin psixoloq kadrlarının hazırlanmasında da əvəzsiz rolu olmuşdur. Onun aspirant və dissertantları müxtəlif istiqamətli mövzularda namizədlik dissertasiyaları müdafiə et-miş¬lər. Professor Ə.Ə.Əlizadə indi də fəaliyyətini uğurla davam etdirir.
80-ci illərin ortalarından başlayaraq SSRİ-də psixologi-yanın praktik istiqamətdə inkişafına xüsusi yer ayrıldı. Təbii ki, Azərbaycanda da bu istiqamətə diqqət yetirilməyə başlandı. 80-ci illərin sonuna yaxın məktəbə psixoloji xidmət sahəsində fəa-liy¬yətə başlandı. Aydındır ki, fəaliyyət üçün ixtisaslı psixoloq kadr¬larına ehtiyac yarandı. İlk dövrlər problem işləyən müəllim-lərin ixtisasdəyişməsi yolu ilə həll olundu. Respublikamız müs-tə¬qillik qazandıqdan sonra yük¬sək ixtisaslı psixoloq kadrlarının hazırlanması zərurəti yarandı.
90-cı illərin əvvəllərindən başlayaraq Bakı Dövlət Univer-site¬tində, Azərbaycan Dövlət Pedaqoji Univer¬sitetində, Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Univer¬siteti) psixologiya fakültələri fəaliyyətə başladı. Görülmüş işlər tədricən öz bəhrəsini verməyə başladı.
İndi Azərbaycanda həm elmi psixologiya, həm də praktik psixologiya özünün inkişafının yeni bir mərhələsinə qədəm qoyur.
20 ildən artıq bir müddətdə Azərbaycanda psixologiya üzrə doktorluq disser¬tasiyası müdafiə olunmadı. 1996-cı ildə Ərəs¬tun Təriş oğlu Baxşəliyev «XX əsrdə Azərbaycanda psi¬xo-loji fikrin inkişafı» mövzusunda doktorluq disser¬tasiyası mü¬da-fiə etdi. Azərbaycanda psixologiya tarixi üzrə görkəmli mütə-xəs¬sis Ə.Baxşəliyev 1973-cü ildə «Sovet Azərbaycanında psixo¬logi¬yanın inkişaf tarixindən» mövzusunda namizədlik disser¬ta¬siyası müdafiə etmişdir.
Ə.Baxşəliyev xüsusilə Azərbaycanda elmi psixologiyanın təşəkkül tapmasından sonrakı dövrün öyrənilməsinə diqqət yetirmiş, təhlillər aparmışdır. O hazırda ADPU-da yaş və peda-qoji psixologiya kafedrasına rəhbərlik edir.
Respublikamızın müstəqillik qazanmasıyla digər sahələr¬də olduğu kimi, elm və təhsil sahəsində də islahatlar aparılması zərurəti yarandı. Bu isə psixologiya elmində də yeni istiqamətli, praktik əhəmiyyət kəsb edən problemləri aktuallaşdırdı. Bu istiqamətdə ilk addım atan psixoloqların sırasında ilk növbədə professor Səməd İsmayıl oğlu Seyidovun adını qeyd etmək lazım¬dır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixo-logiya fakültəsini bitirən S.Seyidov 1989-cu ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyası müdafiə edir.
Hazırda Azərbaycan Dillər Universitetinin rektorudur.
S.İ.Seyidov təşkilati, ictimai işlərlə yanaşı, Azərbay¬can Respublikası üçün yeni bir sahə olan menecment psixologiyası üzrə aparılan ciddi tədqiqatların müəllifidir. Bununla yanaşı, o, kadr hazırlığı sahəsinə də önəmli yer verir. Onun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə edən gənc alimlər də tədqi-qatlarında daha çox menecment psixologiyası kimi vacib bir sahəyə diqqət yetirirlər.
Azərbaycan psixologiya elminin 80-ci illərdən sonrakı inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Həmzə oğlu Əliyevin özünə¬məx¬sus yeri və rolu vardır. O, Moskva Dövlət Universitetini bitirmiş azsaylı, yüksək ixtisaslı, peşəkar psixoloqlardandır. O, ilk növbədə, rus psixologiya elminin nailiyyətlərinə istinad et¬mək¬lə Azərbaycanda da yeni istiqamətli tədqiqatların aparıl¬masını zəruri hesab edən və bu yöndə əməli fəaliyyət göstərən psixoloqlardandır. 1983-cü ildə MDU-nu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində əmək fəaliyyətinə başlamış, 1989-cu ildə namizədlik dissertasiyası mü¬dafiə etmişdir. 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra daha ciddi şəkildə Azərbaycan psixologiya elminin inkişafına səy göstər¬miş¬dir.
B.H.Əliyev Azərbaycan elmi psixologiyası üçün çox əhə-miyyətli olan, lakin nisbətən az işlənmiş sosial psixologiya üzrə tədqiqatların aparılmasına, monoqrafiya və kitabların çap olun-ma¬sına çalışır və bu sahədə Azərbaycan elminə nailiyyətlər qazandırır. Onun hüquq psixologiyası sahəsindəki tədqiqatları xüsusilə əhəmiyyətlidir.
B.H.Əliyev onlarla aspirant və dissertanta rəhbərlik etmişdir. 2005-ci ilin iyun ayında isə B.H.Əliyevin rəhbərliyilə G.K.Məmmədova «Psixologiya və bədii ədə¬biyyatda şəxsiy-yətin tipologiyası problemi» mövzusunda doktorluq disser-tasiya¬sı müdafiə etmişdir.
B.H.Əliyev eyni zamanda 1999-cu ildən nəşr olunan «Psi¬xo¬¬logiya jurnalı»nın baş redaktoru, Bakı Dövlət Univer¬site-tinin nəz¬dindəki psixologiya üzrə dissertasiya şurasının sədri, psixo¬lo¬giya kafedrasının müdiridir.
2003-cü ildə Azərbaycan psixologiya elmində az işlənmiş bir sahə üzrə – dərinlik psixologiyası üzrə doktorluq disser¬ta-siyası müdafiə edən İ.M. Novruzlu həm özünün yaradıcılığında, həm də Azərbaycan psixologiya elmində uzun illər qadağan olun¬muş psixoanalizin yenidən tədqiqat obyektinə çevril¬mə-sində mühüm addım atdı. 1979-cu ildə Tbilisi şəhərində «Söz-dü¬zəldici prosesin psixoloji əsasları» mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra nitq inkişafı, rus dilinin mənimsənilməsi sahəsində maraqlı tədqiqatlar aparmışdır.
Azərbaycan psixologiya elminin inkişafında Təhsil Prblemləri İnstitutu Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri Ramiz İbrahim oğlu Əliyevin özünəməxsus rolu vardır. R.Əliyev 1985-ci ildə Kiyev şəhərində «Kiçik məktəbli şəxsiyyətinin formalaşmasında ictimai fəallığın rolu» mövzusunda namizədlik, 2004-cü ildə BDU-da «Şagird şəxsiyyətinin formalaşmasının etnopsixoloji əsasları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Pedaqoji psixologiya və etnopsixologiya üzrə tədqiqatlar aparır. «Şagird şəxsiyyətinin formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması» (1995), «Şəxsiyyət və onun formalaşmasının
etnopsixoloji əsasları» (2000) adlı monoqrafiyaları, Psixologiya (2003), «Psixologiya tarixi» (2006) dərs vəsaitləri çap olunmuşdur. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üz¬vüdür.
Azərbaycan psixologiya elminin inkişafında M.Ş. Əbdü-lov, R.M. Rə¬sulov, C.A. Təhmasib, T.Ə. Mustafayev, A.U. Məm¬¬¬¬mə¬dov və başqaları mühüm rol oynamışlar. T.Ə. Mustafayev ədəbi yaradıcılıq, M.Ş. Əbdülov nitq inkişafı, R.M. Rəsulov ikidilliliyin psixoloji xüsusiyyətləri, A.U. Məmmədov hafizə, təlim fəaliy¬yə¬ti sahəsində tədqiqatlar aparmış, əsərlər çap etdirmişlər.
Azərbaycan psixologiya elminin inkişafında Z.M. Meh¬di-zadə, İ.Ə. Seyidov və Q.E. Əziomvun xüsusi rolu olmuşdur.
Z. Mehdizadə daha çox məktəbəqədər yaşlı uşaqların psi-xo¬loji xüsusiyyətlərinin öyrənilməsinə, tədqiqinə diqqət yetir-miş¬dir. Onun 1982 və 1984-cü illərdə nəşr etdirdiyi «Uşaq psi-xo¬¬logiyası» (I və II hissə) dərslikləri bu sahədə yazılmış ən də-yər¬li əsərlərdəndir. Digər görkəmli Azərbaycan psixoloqu İ.Ə. Seyidov 1954-cü ildə namizədlik dissertasiyası müdafiə et¬miş, bundan sonra psixologiya elminin inkişafında məhsuldar və səmərəli fəaliyyət göstərmişdir.
İ.Ə. Seyidov 1959-cu ildən başlayaraq Zaqafqaziya psixo¬loq¬larının elmi-nəzəri konfranslarında, Ümumittifaq konfrans və simpoziumlarında Azərbaycan elmini uğurla təmsil etmişdir.
İ.Ə. Seyidov professorlar Ə.Ə. Əlizadə və M.Ə. Həmzə-yev¬lə birlikdə «Ümumi psixologiya» dərsliyini (Bakı, 1982) Azər¬bay¬can dilinə tərcümə etmişdir. 1976-cı ildə nəşr olunmuş «So¬sial psixologiya»nın müəlliflərindən biri də İ.Ə. Seyidov-dur.
Azərbaycan psixologiya elminin inkişafında Q.E. Əzimo-vun da özünəməxsus, əhəmiyyətli rolu olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin məntiq-psi¬xo¬logiya şöbəsini bitirən Q.E. Əzimov 1970-ci ildə namizədlik dissertasiyası müdafiə edir. O, 1987-1991-ci illərdə ADPU-da yaş və pedaqoji psixologiya kafedrasına rəhbərlik etmişdir. Q.E. Əzimovun «Psi¬xi inkişaf və tərbiyənin müasir problemləri» (Bakı, 2004) adlı tədris vəsaiti həm onun öz yaradıcılığında, həm də Azər¬baycan psixologiya elmində əlamətdar hadisə kimi qeyd olunur.
Azərbaycan psixologiya elmi özünün yeni, mühüm bir dövrünə qədəm qoymuşdur. Yaşlı nəslin nümayəndələri olan professor Ə.S. Bayramov, professor M.Ə. Həmzəyev, professor Ə.Ə. Əli¬zadə, gənc nəslin nümayəndələri – professor S.İ. Seyi-dov, B.H. Əliyev Azərbaycan psixologiya elminin yeni istiqa-mət¬lərini müəyyənləşdirməklə yanaşı, özləri də səmərəli şəkil¬də elmi axtarışlarını davam etdirir, gənc kadrların hazırlanma¬sın¬da iştirak edirlər.
Bu istiqamətlər içərisində etnopsixologiya məsələləri xüsusilə diqqəti cəlb edir. Uzun illər yasaq olunmuş bu istiqa-mət¬də aparılan tədqiqatlar içərisində professor Ə.S. Bayramovun «Etnik psixologiya məsələləri» (Bakı, 1996), ««Kitabi-Dədə Qor¬qud» dastanında etnik-psixoloji xüsusiyyətlərin inikası» (Ba¬kı, 2000), professor Ə.Ə. Əlizadənin «Azərbaycan etnopsixolo¬gi¬ya¬sına giriş» (Bakı, 2003), ««Xəm¬sə»də yaş və pedaqoji psixo¬lo¬giya məsələləri» əsərləri xüsusi yer tutur.
Müasir dövrdə təhsilin humanistləşdirilməsi və demokra-tikləş¬dirilməsi xüsusi aktuallıq kəsb edir. Bu sahədə professor M.Ə. Həmzəyevin «Yaş və pedaqoji psixologiyanın əsasları» (Bakı, 2000; 2003), «Pedaqoji psixologiya» (Bakı, 1991) dərslikləri, professor Ə.Ə. Əlizadənin «Yeni pedaqoji təfəkkür: ideyalar, problemlər. Psixopedaqoji araşdırmalar» (Bakı, 2001), «Müasir Azərbaycan məktəbinin psixoloji problemləri» (Bakı, 1998) əsərləri diqqəti cəlb edir.
Professor B.H. Əliyev sosial psixologiyanın aktual prob-lemləri, hüquq psixologiyası, professor S.İ.Seyidov menec¬ment psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləş¬dir¬mişlər.
Onların rəhbərliyi ilə bu sahələr üzrə axtarışlar davam etdirilir, gənc və perspektivli alimlər bu tədqiqatlara cəlb edilir.
Hələ həllini gözləyən çoxsaylı problemlər vardır ki, onların araşdırılması da zəruridir. Bunlar hərbi psixologiya, iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə edir. Hesab edirik ki, dünya psixologiya elminin öyrənilməsi sahəsindəki imkanlar Azərbaycan psixologiya elminin inkişafına əsaslı təsir göstərəcəkdir.
Azərbaycanda psixoloji fikrin, elmi psixologiyanın inkişaf tarixinin öyrənilməsi həm də xalqın həyat yolunun, ictimai-tarixi proseslərin, düşüncə və təfəkkür tərzinin inkişafı və for-malaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar isə milli şüurun, milli özünüdərkin formalaşması deməkdir.
Hələ vaxtilə Sokrat deyərdi: «Özünü dərk et!» Milli ink-işaf isə özünüdərkdən keçir.
Mənbə: Psixologiya (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik)
Dərslik müəllifləri:
Psixologiya elmləri doktoru, professor S.İ.Seyidov;
psixologiya elmləri doktoru, professor M.Ə.Həmzəye:;
psixologiya elmləri namizədi, professor T.Ə.Mustafayev;
psixologiya elmləri doktoru, R.İ.Əliyev;
psixologiya elmləri namizədi, dosent A.Ə.Quliyev;
psixologiya elmləri namizədi C.Q.Alıyev;
baş müəllim M.Y.Məmmədov;
baş müəllim S.F.Əmiraslanova;
baş müəllim Ş.İ.İslamova:;