İki keşiş yolda gedərkən, bir su yığınından qarşıya keçmək üçün gözləyən gənc bir qadını görərlər. Keşişlərdən biri, gənc qadını qucaqladı və suyun o biri qarşısına keçirdi. O biri keşiş yoldaşının bu davranışını başqa bir şəkildə şərh etdi və bu səbəbə görə də heç də xoş qarşılamadı. Təxminən bir kilometr sonra isə, özünü daha çox tuta bilmədi, yoldaşına bu davranışının səhv olduğunu izah etmək istədi:
"Belə bir şeyi necə edə bildin?" dedi.
O biri keşiş, yoldaşına belə cavab verdi:
"Mən o gənc qadını bir kilometr geridə buraxdım" dedi.
"Sən isə onu hələ daşıyırsan."