Sevdiyimiz meyvələr insanın xarakteri barədə məlumatlar verir. Əgər ən çox sevdiyiniz meyvə:
Portağal olarsa...
- Sonsuz səbr və iradəyə sahibsiniz.
- İşlərinizi yavaş-yavaş ancaq dərindən araşdırandan sonra edirsiniz.
- Çox işləməkdən əsla yorulmursunuz.
- Etibarlı və özü-sözü bir dostsunuz.
- Anlaşılmazlıqları nəyin bahasına olur-olsun aradan qaldırırsınız.
Alma olarsa..
- Sərt və əsəbi bir insansınız.
- Yaxşı təşkilatçı ola bilərsiniz.
- Tez qərar vermək qabiliyyətinə maliksiniz.
- Səyahət etməkdən xoşlanırsınız.
- Daxilinizdəki həyat eşqi heç vaxt sönmür.
Banan olarsa...
- Mülayim və şəfqətlisiniz.
- Utancaq bir insansınız.
- Tez-tez özünəgüvənməməyin qurbanı olursunuz.
- İnsanlar sizin ürəyiyumşaqlığınızdan sui istifadə edirlər.
Gilas olarsa...
- Həyat sizin üçün o qədər də ədalətli deyil.
- Enişli-yoxuşlu xarakterə sahibsiniz.
- Möhtəşəm xəyal gücünüz var.
- Yaradıcı işlərdən xoşlanırsınız.
- Sadiq və etibarlı dostsunuz, ancaq duyğularınızı dilə gətirməkdə çətinlik çəkirsiniz.
Üzüm olarsa...
- İncə ruhlu insansınız. Bəzən səbr kasanız daşır. Ancaq tez sakitləşməyi bacarırsınız.
- Gözəl olan hər şeyi sevirsiniz.
- İstiqanlı və sosiallaşamağı sevən insan olduğunuz üçün ətrafınızda çox populyarsınız.
- Gördüyünüz hər işdən zövq almağı bacarırsınız.
- İnsanlar sizinlə birlikdə olanda darıxmırlar.
Şaftalı olarsa...
- Həyat eşqi yüksək oan insansınız. Yaşamağı sevirsiniz.
- Dostluqlarınız həyatınızın ayrılmaz hissəsidir.
- Hadisələri böyütməyi sevmir, tez bağışlayırsınız.
- Açıqsözlüsünüz.
- İdeal sevgili olursunuz. Amma sevginizi başqalarının gözü qarşısında göstərməkdən xoşlanmırsınız.
Heyva olarsa...
- Təvazökar və mühafizəkar insansınız.
- Diqqətlisiniz.
- İşləriniz tez bazar etməyi xoşlamırsınız.
- İddialı insansınız. Rəqəmlərlə olan işlərdə daha uğurlusunuz.
- Həyat yoldaşı, dost seçərkən onun xarici görünüşündən çox ağlını qiymətləndirirsiniz.
Armud olarsa...
- Ağlınıza qoyduğunuz işi mütləq edirsiniz.
- Amma başladığınız işi bitirməkdə çətinlik çəkirsiniz. Çünki əməyinizin nəticəsini o dəqiqə görmək istəyirsiniz.
- Tənqidə açıqsınız.
- Tez ünsiyyət qura bilsəniz də, münasibətləri davam etdirməkdə çətinlik çəkirsiniz.
Əncir olaras...
- Ciddi, düşüncəli və həssasınız.
- Ünsiyyət qurmaqdan xoşlansanız da, daima arada pərdə saxlayırsınız.
- Açıqgözlü, tez öyrənənsiz.
- İnadcıl xarakterə sahibsiniz.
Qovun olarsa...
- Qorxusuz bir insan olub, hadisələrə soyuqqanlı yanaşa bilirsiniz.
- Əyləncəni sevən, comərd insansınız.
- İş həyatında tutduğunu qoparan, hər zaman doğru yerdə olmağı bacaransız.
- Yeni insanlarla tanış olmağı sevirsiniz.
- Qarşı cinsin üzərində ən yaxşı silahınız yumor hissinizdir.