Azərbaycan və Rusiya gənclərinin psixoloji vəziyyətləri arasındakı fərqlər…

Azərbaycan və Rusiya gənclərinin psixoloji vəziyyətləri arasındakı fərqlər…

Bir çox sosial elmlərdə gənclər haqqında mövzu xüsusi yer tutmaqdadır. Hətta bu mövzu nənələr, babalar üçün də ən sevimli mövzu olaraq qalır. Həqiqətən də bu mövzu nəzər çəkicidir və belə olmasının əsas səbəbi , gənclərin problemləri ayrı-ayri insanlara məxsus problem yox, bütövlükdə cəmiyyətə aid bir problem olmasıdırr.
Bu günkü gənclik 80-cı və ya 90-cı illərin gəncliyindən daha fərqlidir və nisbətdə daha intellektual görünürlər. Eyni zamanda bu günkü gəncliyin problemləri də ciddi şəkildə fərqlənir. Bu fərqlər isə ölkələrə uyğun olaraq dəyişir. İndi isə biz Rusiya və Azərbaycan gənclərinin psixoloji fərqlərini və bu fərqlərin yaranmasında problemlərin təsirini araşdıracağıq.

ÖZÜNƏ GÜVƏNMƏ
Rusiya gənclərinin həyat tərzinə diqqət yetirən zaman ilk öncə görünən budur ki, bu gənclərdə ozlərinə güvən daha çoxdur. Azərbaycanlı gənclərdə isə bunu müşahidə etmək çətindir. Rusiya gənclərinin çox böyük hissəsi hesab edirlərki özlərindən başqa heç kimə güvənmək olmaz. Lakin azərbaycanlı gənclərin dost, ana, ata (ailə) kimi qruplara güvənləri çoxdur və demək olar ki, bu güvən gənclərin iç dünyalarında narahatlıqların yaranmasına səbəb olur.

HƏYATA QARŞI TƏHLÜKƏSİZLİK 
Yəqin ki həyata qarşı təhlükəsizlik problemi bu günkü gəncləri həyəcanlandırır. Bu problem həmçinin Azərbaycan və Rusiya gəncləri üçün də  vacibdir. Həyata qarşı təhlükəsizliyin daxilində fiziki, həm də sosial təhlükəsizliklər var. Gənclərin bu problemləri böyük nəsillərdə də var və heç nəylə fərqlənmirlər. Sadəcə cavanlıqda hamı hər şeyi daha çox kəskin qəbul edirl, nəyinki yaşlanan zaman. Yenə də Rusiya gəncləri həyata qarşı təhlukəsizliyə naildirlər. Amma bu o demək deyilki onlar ozlərini daha rahat hiss edirlər və onların psixoloji durumu idealdır ve onlar çətinlik çəkmirlər. Bunu daha dərində izah etmək üçün aşağıdakı bəndə nəzər yetirək.

NARKOMANİYA
Rusiyanın müasir gənclərinin narkoloji problemləri çox kəskindir. Həddi-buluğa çatmamış, cavan oğlan və qızların narkotik maddələrdən istifadə etmələri təhlükəli sosial hadisələrin yaranmasına səbəb olur. 60-70 % bütün qanunu pozma və cinayət işlərinin torənməsində gənclər alkoqollu sərxoşluq vəziyyətində olurlar. Lakin bizim gənclərdə belə problemlərlə çox qarşılaşmırıq. Və bu demək olar ki, gənclərimizin psixoloji durumunda bir rahatlığın yaranmasına səbəb olur.

İCTİMAİ-İQTİSADİ PROBLEMLƏR 
Yeni nəsil sosial və iqtisadi durumu qismən müəyyən etməyə çalışır. Bizdən çox uzaq olmayan bir yaxın dövrdə bizim “nənələrimizin və babalarimizin dövründə” gəncləri, böyük nəsl tərbiyə edirdi.Amma indi əks tendensiya müşahidə olunur – gənclər cəmiyyəti “tərbiyə edir” öz baxışlarını həyata keçirirlər. Belə bir məsələdən təxmin etmək asandır ki, bu ataların və uşaqların münaqişələrinə gətirir, hansılar ki, hal-hazırda öz miqyaslarında tarixdə, ədəbiyyatda və incəsənətdə təsvir edilən bütün münaqişələri üstələyirlər. Yəqin, buna görə müasir gənclərdə çox ictimai-iqtisadi cəhətdən-psixoloji problemlər yaranır. Yenədə psixoloji durum Azərbaycan gənclərində daha gərgindir nəinki Rusiya gənclərində. Bildiyimiz və gördüyümüz kimi ictimai-iqtisadi problemlər ölkəmizdə daha gərgindir. Ancaq ictimai-iqtisadi cəhətdən muasir gənclərin psixoloji problemlərinin həllinə kömək etmək üçün xüsusi dövlət proqramı lazımdır, hansı ki, hələ nə Rusiyada nədəki Azərbaycanda buna ciddi yanaşma mövcud deyildir.

HARADA OXUMAQ?
Gəlirli peşədə işləmək ali təhsiliniz olmadan qeyri-mümkündür. Buna görə də orta məktəbin məzunları öz təhsilini davam etməyə çalışırlar. Bizim təhsilimizin vəziyyəti və bizim müəllimlərimizin maddi vəziyyəti xüsusi halda Rusiyanın təhsilindən daha aşağıdır və korrupsiyaya meyillidir. Yenədə Rusiya gəncləri üçün bitirdikləri ixtisas  üzrə çalışmaq daha asandır, nəinki Azərbaycan gəncləri üçün.

HARADA YAŞAMAQ? 
Gənclərin istədiyi müstəqilliyə sözsüz ki, şəxsi mənzil olmadan nail olmaq mümkünsüzdür. Çox təssüflər olsun ki, hazırda gənclər həmişə olduğu kimi yenə də cəmiyyətin maddi cəhətdən təmin edilməmiş hissəsi olaraq qalırlar.. Gənclər cəmiyyətin ayrı sinifidir, onlar yeni-yeni ailə heyatı ilə yaşamağa başlayırlar və öz valideynlərinin resurslarından daha çox miqdarda istifadə edirlər. Məsələn əgər Rusiya gəncləri evləndikdən sonra kirayə ev, və ya valdeyinlər tərəfindən onlara verilən mənzillərdə yaşamaq imkanlarına daha çox sahibdilər, nəinki Azərbaycan gəncləri. Bu səbəbdən də ailə daxili problemlərin yaranmasına bu hallar çox təsir edir.

NECƏ İSTİRAHƏT ETMƏLİ?
Gənclərin istirahət vaxtını, necə və harda keçirməsi bu gün əsas suallardan birini təşkil edir. Bu çox əhəmiyyətli məsələdir. Bir qayda olaraq qeyd etdiyimiz vaxt, insanın şəxsi həyatına təsir edən bir zamandır. Əhəmiyyətlidir ki, cavan insan bu zaman həqiqətən nə iləsə məşğul olsun. Çünki “heç nə etmək” səbəbindən lazımsız və dəyərsiz vərdişlər yaranır ki, buda sonda uğursuzluqla nəticələnə bilər. “Məşğul olmağa heç nə yoxdur “-bəhanəsi sonra sərxoşluğa, narkomaniyaya, dələduzluğa, davalara və başqa cinayətlərə gətirib çıxarır.
Bunun üçün mütləq gənclərə klublar, disko klublar, idman və mədəni mərkəzlər, kinoteatrlar yaradılmalıdr. Hazırda isə bunlar yox dərəcəsindədir.

NƏTİCƏ
Həqiqətəndə müasir gəncləri həyəcanlandıran problemlər müxtəlifdir. Bu günkü gənc insanlar 60-cı və ya 70-ci illərin öz yaşıdlarından daha çox daha böyük görünürlər. Amma bu eləcə də onu bildirir ki, bu günkü gənclər anlayır ki ozundən başqa heç kimə umid etmək olmaz. Unutmayaq ki, bu anlayış gəncləri etibarsızliq yoluna gətirib çıxarır və kimsə mübarizəyə inadla aparmağa gücü oldugu dərəcədə davam edir. Və kim ki, mübarizə aparmağa davam edir, məhz o şəxs həqiqi hörmətə layiqdir.
Amma, ümumilikdə isə, bizim bu günkü gənclərimiz ümidvericidirlər. Ən azından ona görə ki, gənclik həyatlarını yaşamağa , həyatdan zövq almağa və vacib problemləri həll etməyə yönəldə bilirlər.

Müəllif: Psixoloq Günel Paşayeva


Top