Hiperaktiv uşaqlar

Hiperaktiv uşaqlar

Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar bu və ya digər fiziki, psixi travmalarla, problemlərlə doğulur. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir. Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir. Reallıq budur ki, hazırda qiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar nə psixikası pozulmuş, nə də sağlam kateqoriyaya aid edilmirlər. Sanki aralıq mövqedə dayanaraq həm valideyinlər, həm də müəllimlər üçün pröblemlər yaradırlar.
Uşaqların belə davranışlarına adətən məktəbəqədər və kiçik məktəbli dövründə rast gəlinir. Bu uşaqlar müəllim və tərbiyəçi üçün çətin, rahat olmayan uşaq kimi, oxumaq, yazmaq nitqin inkişafı, qavrama qabiliyyəti və s. kimi işlərdə problemlər yaradır. Ancaq, bunları nevroloji və psixi xəstəliklərin əmələ gəlməsi hesab etmək olmaz. Son dövrə qədər psixoloqlar və nevropatoloqlar bu qeyri adi hərəkətlərin hansı səbəbdən yaranmasını öyrənə bilmirdilər. Ancaq, son illər məlum oldu ki, hiperaktiv uşaqların və bütün bu tip çətin uşaqların beyinləri prinsipcə normaldır. Amma, hərəkətləri diqqətini tənzimləməkdə bir qədər gecikir.

Valideyinlər üçün test


İndi isə uşağın qiperaktivliyini öyrənmək üçün valideyinlərə test təqdim edirik.
1. O həmişə hərəkətlidir, ancaq özünü idarə edə bilmir, yorulsa da yenə hərəkət edir. Bütün gücünü itirənə kimi ağlayır, qışqırır.
2. Tez tez və çox danışır, danışarkən sözləri yeyir, başqalarının sözünü kəsir, tapşırığa axıra qədər qulaq asmır. Miliyon dənə sual verir ancaq cox az hallarda cavaba qulaq asır.
3. Onu yatmağa məcbur etmək olmur. Yatanda isə çox narahat yatır, tez-tez ürəkbulanması olur. Qiperaktiv uşaqlar hər şeydən allergiya ola bilərlər.
4. Bu uşağı idarə etmək çətindir, çünki onlar heç vaxt qadağalara və sərhədlərə əhəmiyyət vermir.
5. Tez-tez konflikt yaradır, öz aqressiyalarına nəzarət etmir, başqa uşaqları dişləyir, itələyirlər hətta daşdan cubuqdan da istifadə edirlər.

Elə uşaqlar var ki, onların hərəkət aktivliyi çox biruzə verir. Məsələn uşaq dayanmadan hərəkətdə olur, başı üstə fırlanır və dayana bilmir. O aqressivdir əsəbi və yuxusuzluq problemi var. Bu halda uşağa dərman vermək məsləhət deyil. Məsləhətdir ki, evdə uşaq üçün bir idman küncü ayırasınız. Uşaq idman hərəkətləri edir və nəticədə 2 həftədən sonra normal uşağa oxşamağa başlayır. Əgər uşağın diqqəti zəifdirsə onu idarə etmək üçün bir çox ölkələrdə maraqlı bir üsuldan istifadə edilir. Diqqəti olmayan uşağın başına elektrodlardan papaq geyindirir və cizgi filmi göstərilir. Uşaq diqqətini yayındıranda cizgi filmi təsvirini itirir və nəticədə uşaq öz diqqətinin idarə edə bilir.

Məsələn əgər uşaqda bu siyahıda olan 6 keyfiyyət varsa, onda diqqət catışmamazlığı diaqnozu qoyulur.
1. Detallara heç vaxt diqqət yetirmir, işdə səhvlər edir.
2. İşdə və oyunda cətinliklə diqqətini cəmləyir.
3. Ona deyiləni eşitmir.
4. İnstruksiyaya əməl etməyi bacarmır.
5. Heç bir oyun və yaradıcılıq təşkil edə bilmir.
6. Tapşırıqları yerinə yetirməkdə cətinlik cəkir.
7. Tez tez əşyalarını itirir.
8. Tez və asantlıqla dıqqəti yayınır.
9. Unutqandır.
Bu sualların biz yarısının çox cəsarətlə öz uşağımızda olduğunu deyə blərik. Məsələn kim belə uşaq görüb ki, heş vaxt gördüyü işdə səhv etməsin, diqqəti yayınmasın, hər şeyi yadda saxlasın. Amma əşyalarını itirmək tapşırığı yerinə yetirərkən çətinlik çəkmək bu artıq xarakterik xüsusiyyətdir.
Eyni ilə həmin şeyləri qiperaktiv uşaqlar üçün də demək olar. Beləliklə bu diaqnozu təsdiq etmək ücün aşağıdakı 6 punktdan 5-i sizin uşağınızda olmalıdır.
1. Əlləri və ayaqları ilə həmişə hərəkətdədir.
2. Tez-tez öz yerini dəyişir.
3. Səssiz hərəkətsiz dayanmaq lazım olduğu anda həddən artıq fəal olur.
4. Sakit oyunlarda oynamaq istəmir.
5. Həddən artıq çox danışır.
6. Heç vaxt hərəkətsiz dayanmır.
Bəzən elə olur ki, bu diaqnozu çox kicik yaşında hətta aylıq uşaqlara qoyurlar. Mütəxəssislər isə bu diaqnozu 5-6 yaşdan yuxarı olan uşağa aid edirlər. Onların izahına görə qiperaktivliyin əsas kriteriyasından biri öyrətmənin çətinliyində özünü göstərir. Kiçik yaşlı uşaqlarda isə bu sərhəd məhduddur. İknci məqam isə ailə və cəmiyyətdə tərbiyə sisteminin norma yoxsa patalogiyadan asıllığıdır.

Valideyinlərə məsləhət


Əziz valideyinlər, əgər uşağınızda qiperaktiv diaqnozunu təsdiqlədinizsə onda ilk öncə sizə böyük səbir arzulayırıq və bu psixoloq məsləhəti məhz sizin ücündür.
1.Uşaqla münasibətdə pozitiv modelə üstünlük verin. Onu layiq olduğu hərhərəkətinə görə tərifləyin, uğurlarını vurğulayın. Bu uşaqda öz gücünə inam yaradacaq.
2. Yox, olmaz sözlərini təkrar etməkdən qaçın.
3. Onlarla sakit, yumşaq, təmkinlə danışın.
4. Ayrılmış müəyyən vaxtda uşağa elə iş tapşırın ki, o həmin işin öhdəsindən gələ bilsin.
5. Uşağı diqqətin mərkəzləşməsini tələb edən yaradıcılıq işlərinə yönəldin.
6.Evdə günün planını tutun. Qida qəbulu, ev işlərini görmək, yatmaq hamsı bu cədvələ uyğun olsun.
7.Oyun zamanı calışın ki, uşağın bir partnyoru olsun. Narahat səs küylü uşaqlardan qaçsın.
8.Uşağa imkan verin ki, öz enerjisini sərf edə bilsin.Ən faydalısı fiziki aktivlikdi. Bu təmiz havada uzunmüddətli gəzinti, qacmaq, idman hərəkətləri və s. ola bilər

Müəllimlərə məsləhət


Qiperaktiv uşaqlar öz müəllimlərinə də məsuliyyətli pol verirlər. Məktəblərdə qiperaktiv və diqqətsiz uşaqlara mənimsətmənin çətinliklərini nəzərə alaraq bu sahədə оnların müəllimlərinə bəzi məsləhətləri verməyi qərara aldıq.
1. Qiperaktiv uşaqlarla iş indivüdal qurulmalıdır. Bu vaxt əsas güc uşaqların diqqətinin mərkəzləşdirilməsinə və zəif yaradıcılıq sahəsinə yönəldilməlidir.
2. Dərs vaxtı calışmaq lazımdır ki, uşağın diqqətini yayındıran faktorlar minimuma endirilsin.Məsələn qiperaktiv uşağı orta cərgədə lövhənin önündə oturtmaq lazımdır. Uşağı müəllim özünə köməkçi kimi çətinlik yaranan kimi istifadə etməlidir.
3. Dərs məşğələlərini planla qurmaq lazımdır.
4. Qiperaktiv uşaqlara xüsusi gündəlik və kalendardan istifadə etməyi öyrətmək lazımdır.
5. Çox tapşırıq vermək olmaz.
6. Məktəbdə verilən tapşırığı bu uşağa lövhədə yazmaq tapşırılır.
Gördüyünüz kimi, qiperaktivlik, sadə göründüyü qədər də mürəkkəb və həlli çətin olan problemdir. Bu sahədə marifləndirmə işinin aparılması, uşaqlara fərdi yanaşma olduqca vacibdir.
Müəllif: Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı
Top