Dilin və nitqin təfəkkürlə əlaqəsi

Dilin və nitqin təfəkkürlə əlaqəsi

Təfəkkür və dil. Dünyanı dilsiz təsəvvür etsək o anlayışlarsız, mədəniyyətsiz olardı.­İnsan onlar arasında rabitə rolunu oynayır. Dil insanın fikirləşdiyi, qavradığı və yadda­saxla­dığı şeylərə təsir edir. Müvafiq olaraq təlim insanın sözlü (fikri) gücünü artırmaq məqsədi da­şıyır. Lakin fikri proseslər əksər hallarda sözsüz baş verir.
Dilin təfəkkürə təsiri psixologiyada çox mübahisəli məsələdir. Dilçi B.Uorf təsdiq etmək istəyirdi ki, dil təfəkkür üsu­lunu müəyyən edir. Uorfun linqvistik nisbilik nəzəriyyəsinə görə müxtəlif dillər gerçəkliyi müxtəlif cür qavramağa gətirib çıxarır. «Dil özü insanın əsas ideyasını formalaşdırır».  Uorf  təsdiq edir ki, xopi tayfasında felin keçmiş zaman forması yoxdur. Uorfa görə xopi tayfası asanlıqla keçmiş haqqında fikirləşə bilməz.
Uorfun nisbilik nəzəriyyəsi bir dildə danışan və dilin fikrin ötürücüsü kimi başa düşən insanlar üçün yaddır. Amma iki müxtəlif sistemli dillərdə danışan ingilis və yapon yəqin ki, müxtəlif dillərdə fərqli fikirləşir. İki dildə danışan bir çox insanlar hesab edir ki, istifadə etdikləri dildən asılı olaraq fərqli qavrayış nümayiş etdirirlər. Dili öyrənməklə mədəniyyət haqqında çox şey öyrənmək olur. Dili itirməklə dilə  bağlı olan təfəkkürü də itiririk.
Yeni qvineyalılar ingilis və ya fransız dillərindən istifadə etmədən forma və rəngi bildirən şeyləri qeyd edilən dillərin nümayəndələri kimi qavrayır. Lakin ingilis, fransız və ya forma və rəngi bildirən sözlərin olduğu dillərin sözləri insanın nə fikirləşdiyinə, nə haqda düşündüyünə təsir edir, ona görə söz seçimində insan çalışır ki, sözlər şeyləri dəqiq əks etdirsin.
Dilin təfəkkürə təsir etməsi qabiliyyəti söz ehtiyatının artırılması hesabına təhsilin əsas hissəsi üçün mühüm rol oynayır.
Dilin fikri formalaşdırmaq və ya ifadə etmək vasitəsi kimi qiymətləndirilməsi dilin idraki fəaliyyəti ilə bağlıdır. Dil ünsiyyət prosesində fikrin ifadə vasitəsi kimi həm də qarşılıqlı anlama üçün vasitədir. Dilin fikri ifadə etmək, ünsiyyəti yaratmaq, inikas vasitəsi, ətrafda baş verən hadisələri, şeylərin əlamət və xassələrini əks etdirmək keyfiyyəti vardır.
Eksperimental tədqiqatlara görə orta məktəbi bitirən şagird 80 minə qədər söz bilir, bu orta hesabla hər ilə 5000, gündəlik isə 13 sözün mənimsənilməsi deməkdir. Sintaksisin qanunauyğunluqlarını çətinliklə izah etmək mümkün olsa da, uşaq dili çox asanlıqla başa düşür və insanın dilə qabiliyyəti çoxlu suallar doğurur.
Uşaqlarda dilin inkişafı onun strukturu ilə bağlıdır. Körpə dilə yiyələnməyib (in fautis – danışmayan deməkdir), lakin 4 aylıq uşaq ananın dodaqlarından onun nə demək istədiyini seçir və səsləri tanımağa başlayır. Uşaq sifətə baxmaqla, tələffüz edilən səsləri ayırd etməyə çalışır və səslərin tələffüzü zamanı dodaqların vəziyyəti uşaq üçün həm də ona qarşı davranış tərzi kimi anlanılır.
3-4 aylıq uşağın qığıltıları, müxtəlif səslərlə müşayiət olunur və  ilk dövrlərdə o, dillə bağlı deyil. Uşağın dilə yiyələnməsi bir neçə mərhələ keçir. Bir  sözlü mərhələ 1 yaşdan 2 yaşa qədər olan dövrdür. Cüttərkibli mərhələ isə 2 yaşdan sonra başlayır, əsasən uşaq iki sözdən ibarət cümlələr ifadə etməyə başlayır. Universal qrammatika artıq ifadə olunmağa başlayır.
Uşaqların dilə yiyələnməsində səs və intonasiyanın ailədəki mərhələsi çərçivəsində baş verir. 10 aylıq uşağın qığıltıları ana üçün artıq aydın səs rolunu oynayır. Ana dilinin fonem səslərinə uyğun olmayan səslər yoxa çıxır, uşaq eşitmədiyi səslərin fərqləndirmək qabiliyyətinə malik olmur.
Səsli dil fonemdüzəldən tərkibə malikdir, əl hərəkət və formaları ilə müəyyənləşir, uşaq qığıltılarında nitq səsləri ayrılmağa başlayır (4 aylıq), 10 aylığında ana dili səsləri və s. inkişaf edir.
Dilə yiyələnmə anadangəlmə və yaratma olmaqla aşağıdakı mərhələlərdən ibarətdir, irsi amil, nitqin anlanılmasına cavab verən mexanizmlərin quruluşuna, dil mühiti inkişafına davranış isə ana dilini mənimsəməyə kömək edir.

Təfəkkür və nitq. Nitq fikrin mövcudluq formasıdır. Nitq və təfəkkür arasında vahidlik var. Lakin bu vahidlikdir, eyniyyət deyil, çünki fikrin ilkin formaları qrammatik xarakterə malik olduğundan nitq müvafiq sayda sözlərin köməyi ilə onu dəqiq, düzgün, tam bütöv şəkildə ifadə edə bilmir. Ona görə də nitqlə təfəkkür arasında bərabərlik qoymaq mümkün deyil.
Nitq o zaman nitq forması alır ki, onun dərk edilmiş mənası olsun. Söz, əyani obrazlar kimi səslə və ya görmə, öz-özlüyündə nitqi təşkil etmir. Nitqi yaradan hərəkətlər sistemi, bütöv nitq prosesi söz və məna arsındakı anlam münasibətləri ilə tənzim olunur. Nitq intellektual əməliyyatdır. Təfəkkürü nitqlə eyniləşdirmək və onlar arasında bərabərlik işarəsi qoymaq olmaz, ona görə ki, nitqin nitq kimi mövcud olması onun təfəkkürə münasibəti ilə bağlıdır.
Lakin təfəkkürü və nitqi bir-birindən ayırmaq olmaz. Nitq – fikrin xarici görkəmi deyil, onu dəyişməklə fikri dəyişmək olmaz. Nitqlə fikir formalaşır, lakin fikri formalaşdıraraq, onun özü də formalaşır. Bu ideya  Moskva psixoloqları tərəfindən və müasir rus psixolinqvistləri tərəfindən geniş işıqlandırılmışdır. Nitq fikrin xarici vasitəsidir, söz təfəkkür proseslərinə forma kimi, onun məzmunu ilə bağlı olan bir hadisə kimi daxil olur. Nitq formasını yaradaraq təfəkkür özü formalaşır. Təfəkkür və nitq eyniləşdirilməyərək eyni prosesin vahidliyinin təminatçısıdırlar. Təfəkkür nitqdə nəinki ifadə olunur, həm də onda təkmilləşir, tamamlanır, icra olunur.
Təfəkkürdə icra olunan obrazlar, nitq funksiyası daşıyır və bu obrazlar təfəkkürdə anlamın məzmununun hissi əsasını təşkil edir. Nitq formasını yaradan təfəkkürün özü formalaşır.
Təfəkkürdə obrazlar nitqin funksiyasını yerinə yetirirlər. Obrazların hissi məzmunu təfəkkürdə anlamın məzmununun daşıyıcıları kimi çıxış edir.
Nitqin strukturu təfəkkürün strukturuna uyğun gəlmir, qrammatika nitqin strukturunu ifadə edir, məntiq isə təfəkkürün strukturunu ifadə edir. Nitq fikirdən arxaikdir və arxaik formaları təbiətinə uyğun olaraq saxlayır.

Top