Aşağıda verilən cümlələri diqqətlə oxuyun və özünüzü hiss etmənizə görə müvafiq olan rəqəmi dairəyə alın.Suallar üzərində çox fikirləşməyin çünki,düzgün və düzgün olmayan cavab yoxdur. 1 - Heç bir zaman 2 - Bəzən 3 - Tez-tez 4 - Daima
1. Mən ruhdan düşmüşəm. 1 2 3 4 2. Səhərlər mən özümü çox yaxşı hiss edirəm. 1 2 3 4 3. Mənim ağlar günlərim olur. 1 2 3 4 4. Mənim gecə yuxum çox pisdir. 1 2 3 4 5. Adətən işdahım çox yaxşıdır. 1 2 3 4 6. Maraqlı insanlara baxmaq,onlarla söhbət etmək,onların yanında olmaq mənə xoşdur. 1 2 3 4 7. Mən öz çəkimi itirdikdə bunu hiss edirəm. 1 2 3 4 8. Məni qəbizlik halları narahat edir. 1 2 3 4 9. Ürəyim tez-tez döyünür. 1 2 3 4 10. Kifayət qədər səbəb olmadan tez yoruluram. 1 2 3 4 11. Hər şeyi aydın dərk edirəm.
1 2 3 4 12. Bacardığım işi görmək mənə çox asandır. 1 2 3 4 13. Çox narahatam bir yerdə otura bilmirəm. 1 2 3 4 14. Mənim gələcəyə çox böyük ümidlərim var. 1 2 3 4 15. Mən həmişə olduğumdan indi daha çox əsəbiyəm. 1 2 3 4 16. Qərar qəbul etmək mənim üçün çox asandır. 1 2 3 4 17. Hiss edirəm ki,mən çox lazımlı adamam. 1 2 3 4 18. Mən çox xoşbəxtəm. 1 2 3 4 19. Mən hiss edirəm ki,əgər ölsəm başqa adamlara yaxşı olar. 1 2 3 4 20. Hər kiçik bir işdən zövq alıram,hər bir şey məni sevindirə bilər. 1 2 3 4 Açar Depresiya səviyyəsi (DS) aşağıdakı formul üzrə hesablanır. DS = ∑B + ∑Ə ∑B - 1,3,4,7,8,9,10,13,15,19 cümlələrin qarşısındakı olan dairəyə alınmış rəqəmlərin cəmidir. ∑Ə – 2,5,6,11,12,14,16,17,18,20 cümlələrin qarşısında olan dairəyə alınmış rəqəmlərin əksidir. Qeyd: 1-in əksi 4 , 4-ün əksi 1-dir. 2-nin əksi 3 , 3-ün əksi isə 2-dir.
Nəticə DS- 20 və 80 bal arasında təzahür edə bilər.Əgər DS-50 baldan çox deyilsə o zaman depressiv vəziyyətin olmadığı diaqnozlaşdırılır.Əgər DS-50 və 59 bal arasındadırsa o zaman yüngül depressiv vəziyyətin olduğu diaqnozlaşdırılır.Buna situativ depressiya da deyirlər.Əgər DS-60-69 ballar arasında olarsa subdepressiv vəziyyət diaqnozlaşdırılır.Həqiqi depressiv vəziyyət DS-70 baldan çox olanda diaqnozlaşdırılır.