Psixi vəziyyətin qiymətləndirilməsi testi (Ayzenqə görə). Sizə müxtəlif psixi vəziyyətlərin təsviri təqdim olunur.
Əgər bu vəziyyət Sizə daha çox xasdırsa(uyğundursa) - 2 bal,
əgər hərdən bir olursa(o qədər də uyğun deyil) 1 bal,
heç uyğun gəlmirsə 0 balla qiymətləndirin.
1. Özümdə əminlik hiss etmirəm.
2. Çox vaxt heç nədən üzüm qızarır
3. Narahat yatıram
4. Tez ruhdan düşürəm
5. Fikrimə gətirdiyim xoşagəlməzliklərdən
narahat oluram
6. Çətinliklər məni qorxudur
7. Qüsurlarımı çək-çevir etməyi sevirəm
8. Məni inandırmaq asandır
9. Bədgümanam, hər şeydən şübhələnirəm
10. Gözləmək mənə ağır gəlir
11. Həllini tapmaq mümkün olan vəziyyətlər çox vaxt mənə çıxılmaz gəlir
12. Xoşagəlməz hadisələr məni məyus edir,
ruhdan düşürəm
13. Böyük xoşagəlməzliklər zamanı kifayət qədər əsas olmadan özümü günahlandırmağa meylliyəm
14. Bədbəxtlik və uğursuzluqlar mənə heç nə öyrətmir
15. Çox vaxt mübarizədən imtina edirəm, çünki mənası yoxdur.
16. Çox vaxt özümü köməksiz hiss edirəm
17. Hərdən məyus oluram
18. Çətinliklər qarşısında özümü itirirəm, çaşqınlıq hiss edirəm
19. Həyatımın çətin anlarında hərdən özümü uşaq kimi aparıram ki, mənə rəhmləri gəlsin
20. Hesab edirəm ki, xarakterimdəki qüsurlar düzələn deyil
21. Son söz söyləmək haqqını özümdə saxlayıram
22. Çox vaxt söhbət zamanı müsahibimin sözünü kəsirəm
23. Məni qəzəbləndirmək asandır
24. Başqalarına irad tutmağı sevirəm
25. Başqaları üçün avtoritet olmaq istəyirəm
26. Aza qane olmuram, daha çox istəyirəm
27. Qəzəblənəndə özümü çətin ələ alıram
28. İdarə etməyi tabe olmaqdan üstün tuturam
29. Jestlərim (hərəkətlərim) kəskin və kobuddur
30. İntiqam alanam
31. Vərdişlərimi dəyişmək mənim üçün çətindir
32. Diqqətimi bir işdən başqasına yönəltmək asan deyil
33. Hər bir yeniliyə ehtiyatla yanaşıram
34. Məni fikrimdən döndərmək çətindir
35. Azad olunması gərəkən fikirlər
çox vaxt beynimdən çıxmır
36. İnsanlarla ünsiyyət qurmaq asan olmur
37. Planın hətta əhəmiyyətsiz dərəcədə pozulması məni məyus edir
38. Çox vaxt inadkarlıq göstərirəm
39. Riskə həvəslə getmirəm
40. Qəbul etdiyim gün rejimindən kənara çıxmalar mənə kəskin təsir göstərir
Nəticələrin işlənilməsi:
Hər qrup suallar üçün balları hesablayın.
1. (1-10) – həyəcanlılıq
2. (11-20) – frustrasiya
3. (21-30) – aqressivlik
4. (31-40) – rigidlik
Balların qiymətləndirilməsi və interpretasiyası.
1. Həyəcanlılıq: 0-7 bal – həyəcanlılıq yoxdur, 8-14 bal – orta həyəcanlılıq, 15-20 bal – həddən ziyadə həyəcanlılıq.
2. Frustrasiya: 0-7 bal – yüksək özünüqiymətləndirməyə malik deyil, uğursuzluqlara davamlıdır, çətinliklərdən qorxmur, 8-14 bal – orta səviyyə, frustrasiyanın yeri var; 15-20 bal – özünüqiymətləndirmə aşağıdır, çətinliklərdən qaçırsınız, uğursuzluqlardan qorxursunuz, frustrasiyadasınız.
3. Aqressivlik: 0-7 bal – Siz sakit və təmkinlisiniz, 8-14 bal aqressivliyin orta həddi, 15-20 bal – Siz aqressivsiniz, təmkinli deyilsiniz, insanlarla işəməkdə və ünsiyyət qurmaqda çətinliklər var.
4. Rigidlik: 0-7 bal – rigidlik yoxdur, bir işdən digərinə asan keçir, 8-14 bal – orta səviyyə, 15-20 bal – parlaq ifadə olunmuş rigidlik, davranışın, baxışların və inancların hətta onlar real şəraitə, həyata uyğun gəlmədiyi halda belə dəyişməzliyi. Sizə iş və ailədə həyatınızda dəyişikliklər etmək olmaz.
yoxsa