Fizioqnomika haqqında

Fizioqnomika haqqında

Uzun illər insanlar, xüsusilə çinlilər bədən quruluşu ilə insan psixologiyası arasındakı əlaqəni araşdırmağa çalışıblar. Nəticədə onlar üz oxuma sənəti olan «fizionomiya»nı yaradıblar. Burada alın, burun, çənə, qaş, göz və dodaqlar əsas alınaraq müəyyən nəticələr çıxarılır.

ALIN
İnsanın düşüncələri haqqında məlumat verir. Böyük alın güclü xəyal gücü və intelektuallığı göstərir.
Dar alın isə insanın diqqətli, zamana önəm verən, riyazi qabiliyyətinin yüksək olduğuna işarə edir.

GÖZLƏR
Həyata baxışı və stresə davamlılığı göstərir. Gözləri çuxur şəklində olan insanlar ciddi və sirli, gözləri bir birinə yaxın olanlar səliqəli, qərarlı və detallara varmağı sevən, böyük gözləri olanlar açıq sözlü, nəzakətli və sözünə güvənilən, kiçik gözlərin sahibi isə asanlıqla diqqətini cəmləyən və özünə qapanıq olurlar.
Gözləri aşağı doğru meylli olanlar həyata nikbin baxmağı bir o qədər də xoşlamırlar, qabarıq şəkilli gözləri olan insanlar isə həyata qarşı daha həvəsli və tez inciyən olurlar.

BURUN
Bu bədən üzvü iş həyatını və pula baxışın rəmzi hesab edilir. Geniş burun özünə güvəni və sosial münasibətləri, dar burun nəzarət etməyi və zəmanət verməyi, böyük burun ideallığı və lider olmaq istəyini, yuvarlaq burun isə pul qazanmaq sahəsində uğuru və qənaətcilliyi göstərir.

DODAQLAR
Düşüncələri ifadə etməyi və cinsi münasibətlərin simvoludur. Geniş və aşağı meylli dodaqlar sahibinin comərd, şəxsi həyatına rəng qatmağı sevən, nazik dodaqlar az, lakin dəyərli danışmağı sevən, mühafizəkar, böyük alt dodaq isə sahibinin tənbəl olduğunu anladır.

ÇƏNƏ
Özünü müdafiə səviyyəsini müəyyənləşdirir. Geniş çənə qəddarlığı, enerjili olmağı, sivri çənə tez hirsənən xarakteri nümayiş etdirir. İkiyə ayrılmış çənə qərarsızlığın, yuvarlaq çənə tələskənliyin, irəliyə doğru çıxan çənə tərsliyin simvoludur.

QAŞLAR
Həyatla bağlı önəmli qərarların necə verildiyi haqqında məlumat verir. Aşağı doğru əyilən qaşlar münasibətlərə ciddi yanaşmağın, yuxarı olan qaşlar sahibinin inadkar və asan hisrlənməyin, uzun qaşlar güclü və mübariz, nazik qaşlar iddialardan tez əl çəkməyin, yumşaq xasiyyətliliyin, birləşmiş qaşlar macəranı sevməyin, düz qaşlar isə xoşniyyətli olmağın rəmzidir.

QULAQLAR
İnsanın ətraf mühitin təsiri altına nə dərəcədə tez düşdüyünü göstərir. Böyük qulaqlar musiqi qabiliyyətini, normal ölçülü qulaqlar ciddiyəti, başa yapışmış formada olan qulaqlar qaydalara bağlılığı, böyük və şəlpə qulaqlar isə sahibinin çox danışmağı sevdiyini göstərir.

ÜZ ŞƏKLİ
İnsanın zehni səviyyəsini və həssasalığını müəyyən etməyə kömək edir. Çox uzun üzə sahib insanlar kinli, paxıl olurlar, kök üz sahibinin maddiyyata önəm verdiyini, əyləncəni, rahatlığı sevdiyini göstərir. Üzünün forması sümüklü olan şəxslər işləməyi sevirlər, lakin bir az ürkək olurlar. İncə üz isə sahibinin isə dərin düşüncəli və diqqətli olduğunun göstəricisidir.

Mənbə: «Milliyət» qəzeti Tərcümə: ANS PRESS
Top