Şəxsiyyət haqqında anlayış. Müasir psixologiyada şəxsiyyət problemi. "Şəxsiyyət" anlayışının mürəkkəb anlayış olması. "Şəxsiyyət" anlayışının adekvat şəkildə anlaşılmasına təsir edən amillər. İnsan şəxsiyyəti onun birbaşa və dolayı mənada sifəti, siması kimi. Şəxsiyyətin fərdin özünü cəmiyyətdə eyniləşdirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmusundan ibarət olması. Şəxsiyyət bioloji, sosial və psixoloji keyfiyyətləri inteqrasiya edərək fərdin özünəməxsus simasının yaradılıması prosesidir.
İnsan, fərd, şəxsiyyət və fərdiyyət. İnsan anlayışının xarakteristikası: fərd, fərdiyyət və şəxsiyyət anlayışlarını fərqləndirən xüsusiyyətlər. Bir fərd kimi doğulmuş insanın tədricən ictimai münasibətlər qovşağında, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilməsi.
Şəxsiyyət haqqında əsas nəzəriyyələr. Azərbaycan psixoloqlarının şəxsiyyət nəzəriyyələri. (Porofessor B.H.Əliyev, Professor S.İ.Seyidov). Şəxsiyyət haqqında klassik nəzəriyyələr: Z.Freydin psixoanalitik, K.Yunqun analitik nəzəriyyəsi. K.Xorninin, E.Frommun konsepsiyaları.
Temperament haqqında anlayış. Temperament şəxsiyyətin fərdi-psixi xassəsi kimi. Temperament insanın psixi fəaliyyətinin intensivliyini, dinamikasını, emosionallıq və müvazinətlik dərəcəsini şərtləndirən fərdi özünəməxsus xassələr kimi.
Temperament haqqında təlimlər tarixindən. İnsanların psixi fəaliyyətlərinin dinamikliyinin hələ qədim zamanlardan diqqəti cəlb etməsi. Temperament haqqında humoral nəzəriyyənin banisi kimi Hippokratın xidmətləri. Temperament haqqında somatik və sinir sistemi nəzəriyyələrinin mahiyyəti.
Temperament tipləri. Temperament tipləri və onların xassələri -sanqvinik, xolerik, fleqmatik, melanxolik temperament tipləri və onları fərqləndirən xüsusiyyətlər. Təmiz temperament tipinin olmaması, insanların əksəriyyətində qarışıq temperament tipinin mövcudluğu.
Xarakter haqqında anlayış. Xarakterin tərifi. Xarakter həyatda qazanılmış davranış forması kimi. Xarakter şəxsiyyətin mühüm və davamlı fərdi psixi xüsusiyyətlərinin məcmusu kimi.
Xarakterin quruluşu. Xarakter əlamətləri və onların qarşılıqlı əlaqəsi. Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri. İnsanın başqa adamlara, özünə, əməyə, əşyalara münasibətini ifadə edən xarakter əlamətləri.
Xarakterin aksentuasiyası. K.Leonqard və A.E.Liçkonun xarakterin aksentuasiyası barədə konsepsiyaları. Psixopatiya.
Qabiliyyətlər haqqında anlayış. Qabiliyyətlər və onların insan həyatında rolu. Qabiliyyət insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassə kimi. Qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə vəhdəti. Qabiliyyət və istedad.
Qabiliyyətlərin keyfiyyət və kəmiyyət xarakteristikası. Qabiliyyətlərin keyfiyyət xarakteristikası, onun əsas göstəriciləri. Qabiliyyətlərin kəmiyyət baxımından xarakteristikası və ölçülməsi. Xronoloji yaş və ağıl yaşı.
Qabiliyyətlərin quruluşu. Qabiliyyətlər və fəaliyyət. Ümumi və xüsusi qabiliyyətlər. Talant qabiliyyətin yüksək inkişaf mərhələsi kimi. Talant və dahilik.
Qabiliyyət və talantın təbii şərtləri. Təbii imkanlar və qabiliyyət. Qabiliyyət və irsilik.
Qabiliyyətlərin formalaşması və inkişafı. Qabiliyyətlər və təlim. Qabiliyyətlər və maraqlar. Qabiliyyətlərin inkişafı.
Psixoloji xidmət anlayışı. Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri. Məktəbə psixoloji xidmətin zəruriliyi. Məktəbə psixoloji xidmətin aktual və perspektiv istiqamətləri.
Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət işləri. Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən diaqnostik işlər. Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək yardımçı işlər. Məktəbə psixoloji hazırlığın diaqnostikası. Ailədə psixoloji xidmət və məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.