Temperamentin növləri

Temperamentin növləri

Psixoloqlar insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər.Bir sözlə insanın xarakterini,xasiyyətini,onun hansı temperamentə malik olmasını müəyyənləşdirirlər.Temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımı qarşılıqlı nisbəti" deməkdir.Temperament insana irsən xas olan davamlı xüsusiyyətlər toplusudur.Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi,tərbiyə ciddi təsir göstərir.Xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə daha çox məruz qalırıq.
Psixoloqların fikrincə 4 temperament tipi var:sanqvinik,xolerik,fleqmatik,melanxolik.

Sanqvinik

Bu tipə aid insanlar zirək və diribaş olurlar.Həmişə hara isə tələsirlər,gedirlər, gəlirlər.Oturaq iş onlarlıq deyil.Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır.Hər şeyə maraq göstərirlər,və onların maraq obyektləri tez-tez dəyişir.Psixoloqların təbirincə desək sanqviniklərin maraqları davamsız və qeyri stabildir.Elə ona görə də böyük həvəslə və coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə  də əl çəkirlər.Heç bir tip sanqvinik qədər istənilən şəraitə vəziyyətə tez uyğunlaşa bilmir.Son dərəcə emosional olsalar da yaddaşları zəifdir.Onlar üçün sanki hər şey bir anlıqdır;tez sevinib tez də kədərlənirlər.Sanqvinik tiplər üçün   yalnız  bu gün, bu saat, bu an var.Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər.Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına bəziləri isə bunun tam əksinə olaraq intizamlıdır.

Xolerik

Onların son dərəcə coşğun xarakteri var.Kəmhövsələdirlər.Həmişə istənilən məsələyə  birinci reaksiya verənlər  arasındadırlər.Bu xasiyyətləri ucbatından xoılerik tipli insanlar ətraf ilə asanlıqla yola getmir tez-tez  münaqişəyə girirlər.Ona  görə  də xoleriki adətən səbirsiz, tündməcaz,insan kimi tanıyırlar.İnadkardırlar sanqvinikdən  fərqli olaraq maraqları sabit və davamlıdır.Başladıqları işə bir qayda olaraq sona çatdırırlar.İstənilən problemlə üzləşdikdə özlərini itirmir,asanlıqla vəziyyətdən çıxış yolu tapırlar.Xolerik tipə aid olan insanlar sadiqdirlər, ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir.Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

Fleqmatik

Bu tip insanlar qaradinməz sakit təmkinli olurlar.Söhbətcil deyillər.Çox çətinliklə söhbətə qoşulurlar.Heç bir tip fleqmatik  qədər təmkinli deyil.Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək  elə də asan məsələ deyil.Bu tip istənilən halda  hamıdan gec reaksiya verir.Bu xüsusiyyətlərinə baxmayaraq psixoloqların fikrincə fleqmatik tip insanlar mehriban istiqanlıdırlar.Sadəcə onları  yaxından tanımaq üçün vaxt lazımdır,vaxt keçdikcə alışdığı  insanlara qarşı  diqqətli və mehriban olurlar.Həmişə rəfiqələrini dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar.

Melanxolik

Bu tip insanlar sakit ancaq həssasdırlar.Onlar heç nəyə biganə qalmırlar.Elə bu səbəbdən onlara münasibətdə ən kiçik  diqqətsizlikdən belə tez inciyirlər.Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər.Dönə-dönə bu hadisəni xatırlayırlar,kədərlənirlər,öz aləmlərində ölçüb-biçirlər.Heç bir tip onlar qədər "yüz ölç bir biç"məsləhətinə riayət etmir.Bu dünyada ən çox özlərindən narazıdırlar.Özlərinin heç bir bacarığını dəyərləndirmirlər.Özlərinə tənqidi yanaşırlar.Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər.Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq başladıqları iş yarımçıq qalır.


Psixoloqların bir fikrini də nəzərdən qaçırmayaq." Heç bir tipi nə yaxşı nə də pis adlandırmaq olmaz" Hər bir tipin müsbət  və mənfi tərəfləri var.Hər bir insanın özünü daha yaxından tanımaq ən asan tərbiyə eləmək üçün temperament tipləri ilə  tanış olmaq vacibdir.Psixoloqların fikrincə  şəxsiyyətin  kamililiyi ilk növbədə onun özünü daha yaxından tanımasında qərarlaşır.
İnsan özünü nə qədər yaxından  və yaxşı tanıyarsa  bir o qədər  mətin, məğlubedilməz, və böyük olur.Təsadüfi deyil ki, dünyanın ən məşhur dahi yaradıcı insanları arasında hər bir tipin nümayəndəsi var.
Həmçinin bax: Temperament, temperamentin növləriTemperament və insan xarakteri

Top