1. Şəxsiyyətin inkişafının hərəkətverici qüvvələri.
1-ci sual. Müasir psixoloji təsəvvürlərə görə insan özü
nü tənzim edən və özünü təkmilləşdirən sistemdir. Hər bir sistemin mühüm bir xüsusiyyəti vardır: o bir qayda olaraq, özünün sabitliyini saxlamağa cəhd göstərir. 2-ci sual. Uşaqda psixikanın inkişafı onun ətraf aləmi əksetdirmə fəaliyyətinin dəyişməsindən, varlığın daha dərindən inkişafından ibarətdir. Bu prosesdə uşağın idrak fəaliyyəti tədricən mürəkkəbləşir: varlığın xarici cəhətlərini əks etdirmədən onun mahiyyətini əks etdirməyə, maddi olandan ideal olana keçir. Yaş mərhələlərində kəmiyyət dəyişmələrindən keyfiyyət dəyişmələrinə keçid özünü daha aydın göstərir. Psixi inkişaf sayəsində uşaqda onu əhatə edənlərə və özünə qarşı münasibət də dəyişir, onun fəaliyyəti, davranışı get-gedə təkmilləşir. Bu dövr üçün fəaliyyətin aparıcı növü yaşlılarla bilavasitə emosional ünsiyyətdir. Çağa anası ilə vasitəsiz emosional ünsiyyətdə normal inkişaf edir, xəstələndikdə daha tez sağalmağa başlayır. Əksinə, uşaq anadan ayrıldıqda, «ana həsrəti», «ana xiffəti» çağanın psixi sağlamlığına mənfi təsir göstərir. Uşaq anasının qucağında onun nəvazişini duyur və bundan rahat, məst olur, əhval-ruhiyyəsi yaxşılaşır. Bu ünsiyyət daxilində və onun fonunda görmə, eşitmə, əzələ-hərəkət və başqa duyğu və qavrayışlarla tənzim olunan hərəkətlər təşəkkül tapır. Bu yaşın ən mühüm nəzərə çarpan cəhəti başqaları ilə ünsiyyətə olan tələbatın və onlara müəyyən emosional münasibətin formalaşmasıdır. Həmin dövr üçün aparıcı fəaliyyət - əşyavi manipulyativ fəaliyyətdir. Əşyavi - manipulyativ fəaliyyət zamanı uşaqda əşyalarla manipulyasiya ön plana keçir, uşaq öz oyuncaqlarını, ona verilən şeyləri (oyuncaqları) əlilə yoxlayır, söküb dağıdır, qırıb sındırır, bir-birinə calayır. Beləliklə, onların xüsusiyyətlərini dərk edib inkişaf edir, başqa sözlə, onların idrak tələbatı ödənir, uşaq ətraf aləmi dərk edir. Onun səciyyəvi halı uşaqda nitqin təşəkkül etməsi, əşyaların mənaca adlandırılması, yaşlılarla ünsiyyət zamanı uşağın cəmiyyət tərəfindən işlənib hazırlanmış hərəkət tərzlərinə yiyələnməsidir. Bu dövrdə diqqəti cəlb edən digər cəhət - nitq və əyani-əməli təfəkkürün inkişaf etməsi, şüurun təzahürü, başqaları üçün uşaq «Mən»in formalaşmasıdır. Bu dövr üçün aparıcı fəaliyyət rollu oyunlardır. Uşaq rollu oyunlarda bilavasitə insani münasibətləri mənimsəyir və tədricən cəmiyyətin gələcək üzvü kimi formalaşır. Beləliklə, məktəbəqədər yaşlı uşaqlarda rollu oyunlar əsas yer tutmaqla şəxsiyyətlərarası münasibətlər mənimsənilir. Mənimsəmə prosesində uşaq özünəməxsus istiqaməti, xüsusiyyəti, düşüncə tərzi olan şəxsiyyət kimi təzahür edir. Bu zaman uşaqda təxəyyül və simvolik funksiyalar formalaşır, insani münasibətlərə və işlərə ümumi fikir, bələdləşmə əmələ gəlir, tabeçilik və idarəetməyə şüurlu münasibət təşəkkül tapır. Həmin dövrdə ictimai baxımdan əhəmiyyətli və qiymətləndirilən fəaliyyət uşağın artıq məktəb həyatına hazır olmasına dəlalət edir. Həmin dövrdə aparıcı fəaliyyət - təlimdir. Təlim fəaliyyətində uşaq ictimai təcrübəni mənimsəyir, bilik, bacarıq, vərdişlərə yiyələnir və bu prosesdə təbii olaraq, onun özü də inkişaf edir, həm də təlim aparıcı fəaliyyətə çevrilir. Təlim prosesində niyyətli hafizə təşəkkül tapır, insani münasibətlər, ətraf aləmin cisim və hadisələri haqqında biliklər mənimsənilir, məktəblidə nəzəri şüur və təfəkkür təzahür edir, bunlar üzrə müvafiq tərz və qaydalar (refleksiya, analiz, fikrən planlaşdırma) inkişaf edir, təlim tələbatı, motivləri yaranır, bilik sahələrinə maraq əmələ gəlir. Həmin yaş dövrünün nəzərə çarpan cəhətlər-psixi hadisələrin ixtiyariliyi, hərəkətlərin daxili plana malik olması, yəni interiorizasiyanın meydana gəlməsidir. Aparıcı fəaliyyət - ictimai faydalı fəaliyyətdir. Ona daxildir: əmək, tədris, ictimai-təşkilati işlər, şəxsi ünsiyyət, idman və bədii fəaliyyət. Şəxsi ünsiyyət zamanı uşaqda şəxsi münasibətlər dəyişir, ondayeni keyfiyyətlər, mənlik şüuru formalaşır. Yeniyetmə ünsiyyət prosesində müxtəlif şəraitdə ünsiyyət tərzlərinə yiyələnir. Bu dövrdə nəzəri cəlb edən cəhətlər özünüqiymətləndirmə, ətrafdakı adamlara tənqidi münasibət, müstəqillik və «yaşlılığa meyl», kollektiv həyat normalarına tabe olmaq bacarığından ibarətdir. Onların xüsusi fəallığı nəzərə çarpır və meylləri geniş olur. Həmin dövrdə aparıcı fəaliyyət kimi tədris, peşə fəaliyyəti çıxış edir, əməyə tələbat, idrak maraqları, tədqiqatçılıq bacarığı ünsürləri, həyat planları, şəxsiyyətin ideya-əxlaqi, vətəndaşlığı kimi keyfiyyətləri formalaşır, özünü şüurlu surətdə tənzim edir. Yaşın başlıca törəmələri dünyagörüşü, peşə maraqları, özünüdərketmə, arzu və ideallardan ibarətdir. Tədris peşə fəaliyyəti zamanı gənc nəsil peşə təlimi sahəsinə istiqamət alır, özünə sənət seçmək iddiasında olur. 3-cü sual. Psixoloji tədqiqatlar göstərirdi ki, psixi inkişafın hər hansı bir mərhələsində fəaliyyətin bütün növləri eyni dərəcədə əhəmiyyət kəsb etmir.
2. İnsanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri.
3. Aparıcı fəaliyyət və şəxsiyyətin ontogenetik inkişafında onun rolu.
Amerika fizioloqu U.Nilson 1929-cu ildə bu faktları ümumiləşdirərək hemostaz sistemini yaratdı. Hemostaz prinsipinə görə orqanizm sistem üçün təhlükəli olan dəyişikliklər haqqında siqnal olan kimi özünü tənzimetmə mexanizmi vasitəsilə özünün əvvəlki müvazinətini bərpa etməyə başlayır.
Müxtəlif psixoloji cərəyanlar insan həyatını izah etmək üçün hemostaz prinsipindən istifadə etməyə başladılar. Şəxsiyyət psixologiyasında (K.Levoni və b.) da bu sahədə mühüm addımlar atılırdı. Şəxsiyyətin özünü tənzim edən sistem kimi xarakterizə olunması psixologiya elminin böyük nailiyyəti idi. Bu təsəvvürlərə görə şəxsiyyətin sabitliyi onun başlıca xarakteristikalarından biridir. Lakin daxili və xarici amillərin təsiri ilə şəxsiyyətin müvazinəti pozulur. Bu öz əksini onda tapır ki, şəxsiyyətin bir çox tələbatları onun üçün əhəmiyyətini itirir, onda yeni tələbatlar, motivlər əmələ gəlir. O, özünü tənzimetmə mexanizmi vasitəsilə öz müvazinətini bərpa etməyə çalışır. Şəxsiyyət guya bu yolla inkişaf edir. Hemostaz modeli şəxsiyyətin fəallığının bütün formalarını əhatə etmir. Həmin model fəallığını əsasən bir formasının - ətraf mühitdə əmələ gələn situativ dəyişikliklərə inamın verdiyi cavab reaksiyalarını aydınlaşdırma imkanı verir. Halbuki şəxsiyyət səviyyəsində insan hər hansı bir situasiyadan bilavasitə asılı deyildir. Şəxsiyyət necə inkişaf edir?
Şəxsiyyətin təşəkkülü onun sosiallaşmasını, uşağın əməli, idraki fəaliyyətini, iradi-emosional sahəsini, fərdi psixoloji xüsusiyyətlərini, ictimai münasibətlərini əhatə edən mürəkkəb və çoxcəhətli prosesdir. Bu inkişaf elmin obyektiv, ümumi qanunlarına uyğun şəkildə cərəyan edir.İnkişaf özünü - dönməzlik (ilk vəziyyətə qayıtmamaq), qanunauyğunluq və dəyişkənliyin müəyyən istiqamətdə cərəyanı formasında biruzə verir və o, köhnənin məhv olması, yeninin meydana gəlməsi, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, sadədən mürəkkəbə, asandan çətinə doğru spiral xətt boyunca hərəkətdən, yüksəlişdən ibarətdir. Bu cür inkişafın əsasını öz hərəkəti, fəallığı, ziddiyyətlərin mübarizəsi təşkil edir. Lakin hər cür ziddiyyət şəxsiyyəti inkişaf etdirmir. Şəxsiyyəti onun fəallığının mənbəyi olan tələbatların ödənilməsi prosesində əmələ gələn ziddiyyətlər inkişaf etdirir və bu ziddiyyət şəxsiyyətin inkişafının hərəkətverici mexanizmini təşkil edir.
Psixologiyada inkişafın yaş dövrləri, xüsusiyyətləri aşağıdakı kimi səciyyələndirilir:1. Yeni doğulmuş uşaq: 1-2aydan 1ilə.
2. Çağalıq dövrü: uşağın anadan olduğu andan 1 yaşadək.
3. Körpəlik dövrü: 1 yaşdan 3 yaşadək.
4. Məktəbəqədər yas dövrü: 3 yaşdan 6 yaşadək.
5. Kiçik məktəb yas dövrü: 6-10 yaş
6. Yeniyetməlik dövrü: 10,11- 14, 15 yaş.
7. Gənclik dövrü: 15 - 25 yaş
8. Yetginlik yaşı: 21 - 60 yaş.
9. Yaşlı adam: 60 - 70 yaş.
10. Qocalıq yaşı: 75 - 90 yaş.
11. Uzunömürlülülər: 90-dan daha çox.
Psixi inkişafın bir mərhələsində fəaliyyətin bir növü aparıcı (əsas) rol oynayır və şəxsiyyətin inkişafında böyük əhəmiyyətə malik olur. Fəaliyyətin digər növləri isə həmin mərhələdə az əhəmiyyətli olur.
Çağalıq dövründə uşağın psixi inkişafı vasitəsiz emosional ünsiyyətlə bağlıdır. Emosional sahə nəinki uşağın idrak qabiliyyətlərinin formalaşmasına, həm də onun fiziki inkişafına böyük təsir göstərir. Çağa hətta xəstələndikdə belə anası ilə ünsiyyət şəraitində daha tez sağalır.
Körpəlik yaşında uşaq əşyavi əməliyyatlara keçir. Bu prosesdə yaşlılar yenə də əhəmiyyətli rol oynayır. Lakin vasitəsiz emosional ünsiyyət arxa plana, praktik işlər isə ön plana keçir. Bu mərhələdə özünəməxsus "əşya fetişizmi" meydana çıxır: uşaq əşyaların arxasında sanki yaşlı adamı görmür.
Məktəbəqədər yaş dövründə isə rollu oyunlar aparıcı fəaliyyətə çevrilir. Rollu oyunlar özünəməxsus uşaq teatrıdır: onun müəllifi də, rejissoru da, aktyoru da uşağın özüdür. Rollu oyunlar insan münasibətlərinin mənimsənilməsində, əks edilməsində mühüm vasitədir.
Uşaqların yaşı artdıqca onların həyatında qaydalı oyunlar daha mühüm yer tutmağa başlayır. Psixoloji baxımdan bunun əhəmiyyəti vardır. Rollu oyunlarda uşağı nəticə deyil, proses maraqlandırır. Qaydalı oyunlarda isə nəticə ən başlıca cəhətə çevrilir.
Təlim kiçik məktəbli yaşı dövründə aparıcı fəaliyyətdir. 6-10 yaşlarında uşağın bütün psixi proses və xassələrinin formalaşması bilavasitə təlim fəaliyyəti ilə bağlıdır.
Kiçik yeniyetməlik yaşı dövründə isə ünsiyyət daha mühüm rol oynamağa başlayır. Əvvəlki yaş dövründən fərqli olaraq kiçik yeniyetmənin öz həmyaşıdları ilə münasibətləri mürəkkəbləşir, çoxcəhətli məzmun alır. Onun həyatında həmyaşıd yoldaş və dost xüsusi yer tutur.
Ünsiyyət fəaliyyətində mənlik şüuru formalaşır. Bunun da sayəsində fəaliyyətin vəzifə və motivləri dəyişilir, o, gələcəyə yönəlməyə başlayır və peşə-təlim xarakteri kəsb edir.