Ayaqqabıçı, yeni gətirdiyi malları vitrinə yerləşdirərkən, küçədəki bir uşaq onu izləməkdə idi. Məktəblər bağlanmaq üzrə olduğundan, idman ayaqqabılarına rəğbət çox idi. Hərçənd mallar lüks sayılmazdı amma, kiçik bir dükan üçün kafi idi. Onların ən gözəlini ön tərəfə qoyunca, uşaq vitrinə doğru bir az daha yaxınlaşdı. Lakin bir qoltuqağacı istifadə etməkdə idi. Həm də çətinliklə... Adam ona bir daha nəzər saldı. Üstündəki şalvarın sağ qismi, dizinin alt qisimindən sonra boş idi. Buna görə də sağa sola uçuşurdu. Uşağın baxdığı ayaqqabılar, sanki onu özündən keçirmişdi. Bir müddət elə dayandı. Daldığı xülyadan ayılıb yola qoyulduğunda, adam dükandan çölə atılıb:
- Balacaa! deyə səsləndi. Ayaqqabı almağı düşündünmü? Bu ilki modellər çox gözəldir! Uşaq, ona dönərək:
- Həqiqətən çox gözəllər!- deyə təbəssüm etdi. Amma mənim bir qıçım doğuşdan əskikdir.
- Məncə əhəmiyyətli deyil!.- deyə, irəli gəldi adam. Bu dünyada hər şeyiylə tam insan yoxdur ki! Kiminin əli əskik, kiminin də qıçı. Kiminin də ağılı ya da ınancı!
Kiçik uşaq, bir şey söyləmirdi. Adam isə danışmağı davam etdirdi:
- Kaş ki, ınancımız əskik olacağına, ayaqlarımız əskik olsa idi.
Uşağın başı yaxşıca qarışmış idi. Bu səfər adama doğru yaxınlaşıb:
Anlaya bilmədim!- dedi. Niyə elə olsun ki?
Çox sadə!- dedi, adam. Əgər inancımız yoxsa, cənnətə girə bilmərik. Amma ayaqlar yoxsa, problem deyil. Onsuz da orada bütün əskiklər tamamlanacaq. Hətta şikəst insanlar, sağlamlara nisbətlə, daha çox mükafat görəcəklər...
Kiçik uşaq, təbəssüm etdi. O günə qədər çəkdiyi ağrılar, yüngülləşmiş kimi idi. Adam, vitrinə işarə edərək:
- Baxdığın ayaqqabı, sənə yaraşar!- dedi. Geyinib yoxlamaq istəyərsənmi?
Uşaq, başını yanlara yelləyib:
-Üzərində 30 lirə yazılıb, dedi. Almam mümkün deyil ki!
Endirim mövsümünü, sənin üçün bir az önə alaram!- dedi adam. Bu vəziyyətdə 20 lirəyə düşər. Onsuz da sən təkini götürəcəksən, o da 10 lirə edər. Uşaq bir az düşünüb:
Ayaqqabının digər təki işə yaramaz!- dedi. Onu kim alacaq ki?
Amma uzatdın haa! deyə güldü adam. Onu da, sağ ayağı əskik olan bir uşağa sataram.
Kiçik uşağın ağılı, bu sözlərə yatmışdı. Adam, davam edərək:
- Üstəlik də şagirdsən deyilmi?- deyə soruşdu.
- İkiyə gedirəm!- deyə atıldı uşaq. Üçə keçdim sayılar.
- Lap yaxşı! -dedi adam. 5 Lirə də şagird endirimi etsək, geri qalar 5 lirə. O da bazarlıq payı olar. Belə isə ayaqqabı sənindir, satdım getdi!
Ayaqqabıçı, uşağın çaşmış baxışları arasında dükana girdi. İçəridəki rəflər onun bəyəndiyi modelin eynisiylə dolu idi. Amma adam, vitrində olanı çıxartdı. Bir stul götürüb döndükdən sonra, uşağı oturdub yeni ayaqqabısını geydirdi. Və çıxartdığı köhnəni göstərərək:
- Mənim satış əməliyyatım bitdi!- dedi. Sən də mənə, bunu satsan məmnun olaram.
- Zarafatmı edirsiniz? deyə kəkələdi uşaq. Onun dabanı deşilmək üzrədir. Köhnə bir ayaqqabı, pul edərmi?
Sən çox cahil qalmısane, ay dost... - dedi adam. Antikvar əşyalardan xəbərin yox hər halda. Bir antikvar nə qədər köhnə isə, o qədər çox pul edər. Buna görə ayaqqabın, məncə ən az 30- 40 lirə edər.
Kiçik uşaq, bir-birinin ardı ilə yaşadığı şokları üzərindən ata bilməmişdi. Mütləq bir yuxuda olmalı idi. Həm də həyatındakı ən gözəl yuxu. Adamın, həyəcandan tərləyən ovuclarına sıxışdırdığı kağız pullara göz gəzdirdikdən sonra, 10 lirəni geri verərək:
- Mənə görə 20 lirə kafi.. -dedi. Endirim mövsümünü başlatdınız axı!..
Adam onu qıra bilməyib pulu götürdü. Və bu arada yanağına bir öpüş qondurdu. Nədənsə içi içinə sığmırdı. Əgər bütün mallarını bir gündə satsaydı da belə bir xoşbəxtliyi tapa bilməzdi.
Uşaq, yavaşca yerindən qalxdı. Sanki qoltuqağacına ehtiyac duymurdu. İsti bir təbəssümlə təşəkkür edib:
Atam haqlı imış!- dedi. "Şikəst olduğum üçün, kədərlənməmə heç ehtiyac yoxdur!" demişdi.