Əmanət saxlamaq haqqında

Əmanət saxlamaq haqqında

Belə eşitmişəm ki,bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir:"Mənimlə hamama getmək istəyirsənmi?" Yoldaşı deyir:"Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm,lakin hamama gedə bilmərəm,işim var". Hamamın yaxınlığına qədər bir yerdə gedirlər.Yolayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb,başqa tərəfə gedir.Təsadüfən,bir oğru da həmin kişinin dalısınca öz oğurluq işləri üçün hamama gedirmiş.
oğru,Birdən kişi geri baxır,oğrunu görür,lakin hələ ala-qaranlıq olduğundan onu dostu təsəvvür edir,qurşağından dəsmala bağlanmış yüz dinarı çıxardır,həmən oğruya verir və deyir:"Al qardaş,bu əmanətdir,al,mən hamamdan çıxandan sonra qaytararsan".Oğru qızılı alır,kişi hamamdan çıxana qədər heç yerə getməyib,orada gözləyir.Oğru onu çağırıb deyir:"Ey cavanmərd,qızılını geri al,sonra get,sənin əmanətin üzündən bu gün mən də işimdən avara oldum".Kişi deyir:"bu nədir,əmanət nədir,sən kimsən?" Oğru deyir:"Mən oğru bir adamam,sən isə hamamdan çıxana qədər bu qızılı mənə tapşıran adam".
Kişi deyir:"Oğrusansa,bəs nə üçün mənim qızıllarımı aparmayıbsan?"
Oğru deyir:"Əgər öz peşəmlə ələ keçirsəydim,min dinar olsaydı,sənə yazığım gəlməzdi,bir arpa da sənə qaytarmazdım.Lakin sən bunu mənə əmanət olaraq veribsən,insafsızlıq olar ki,sən alicənablıq edib mənə əmanət verəsən,mən də nanəciblik göstərib ona xəyanət edəm".

Mənbə-Qabusnamə kitabı.
Top