Kiçik qızın atası İspaniyanın ən ağır siyasi cəzalarının verildiyi bir həbsxanada məhkum idi. Fürsət tapdığı
hər həftəsonu atasını ziyarət üçün anasıyla birlikdə həbsxabaya gedərdi. Yenə bir ziyarətə gedərkən atası üçün çəkdiyi rəsmi yanında apardı, ancaq həbsxana qaydalarına görə azadlığı xatırladan hər cür şeyin məhkumlara verilməsi qadağan idi.
Bu səbəblə kağıza çəkdiyi quş şəkilini qəbul etməmiş və oradaca cırmışdılar...
Çox kədərlənmişdi kiçik qız... Atasına söylədi bunu, o da "kədərlənmə qızım, yenə çəkərsən; bu dəfə çəkdiklərinə diqqət yetirərsən olarmı?" dedi.
Kiçik qız digər ziyarətində atasına yeni bir şəkil çəkib apardı. Bu dəfə quş yerinə bir ağac və üzərinə qara kiçik xallar çəkmişdi. Atası şəkilə baxdı və soruşdu: "Hmmm! Nə gözəl bir ağacdır bu! Üzərindəki xallar nədir? Portağaldır?
Kiçik qız atasına əyilərək, səssizcə: Hşşşşt! O xallar ağacın içində gizlənən quşların gözləridir!..