Maraqlı bir hekayə

Maraqlı bir hekayə

Bir Zen hekayəsi:
Bir vaxtlar bir-birinə rəqib iki tayfa yaşayırdı. Bu tayfaların ustadları (onlar yalançı ustaddırlar) öz müridlərinə tapşırmışdılar ki, digər tayfanın bölgəsinə belə baxmasınlar.
Bu iki rahibin də hərəsinin bir uşaq xidmətçisi var idi. Onların bütün işlərini bu uşaqlar görürdülər. Birinci tayfanın rahibi öz uşaq köməkçisinə tapşırdı ki; “Heç vaxt digər tayfanın insanları ilə danışma, çünki onlar təhlükəlidirlər”.
Amma uşaq, onsuz da uşaqdır. Yolda bir- birilə qarşılaşanda birinci tayfanın uşağı digərindən soruşub: “Hara gedirsən?”
Digəri cavab verib:Zen buddizm, “Külək məni hara aparsa ora gedəcəm”. Yəqin ki, o, tayfada danışılan ağıllı Zen söhbətlərini dinləyib. Deyir ki; “Külək məni hara aparsa ora gedəcəm”. Möhtəşəm bir cümlədir bu. Saf Tao.
Amma ilk uşaq çox utanıb, bu cavaba qarşılıq verə bilməyib. Çox hirslənmişdi və təhqir olunduğunu düşünürdü. “Ustam bu insanlarla danışmamağımı əmr etmişdi. Bu insanlar həqiqətən təhlükəlidirlər. Bu nə cavabdır verir mənə? Məni təhqir elədi”.
Uşaq ustadının yanına gedib baş verənləri danışar: “Onunla danışdığım üçün üzr istəyirəm. Siz haqlıydınız, o insanlar həqiqətən çox təhlükəlidirlər. Bu necə cavabdır? Ondan hara getdiyini soruşdum. Bəsit, rəsmi bir sual verdim. Onun mən hara gedirəmsə ora - bazara getdiyini bilirdim. Amma o: “Külək məni hara aparsa ora gedəcəm” dedi.
Ustad hər şeyi xidmətçisinə başa salıb: “Səni xəbərdar eləmişdim, amma məni dinləmədin. Mənə qulaq as, sabah eyni yerdə onu gözlə. O gələndə hara getdiyini soruş. Sənə: “Külək məni hara aparsa ora gedirəm deyəcək”. Onda sənin ondan daha fəlsəfi cümlə qurmağın lazımdır. “Ayaqların yoxmu?” deyə soruşarsan. Çünki ruh bədənsizdir və külək ruhu heç bir yerə apara bilməz. Buna nə deyirsən?” deyə soruşmuş.
Uşaq tamamilə hazır olmaq istəyirdi. Bütün gecə bu cavabı öz-özünə təkrarladı. Ertəsi gün dan söküləndə eyni yerə gəldi və gözləməyə başladı. Digər uşaq düz vaxtında gəldi. Çox sevinmişdi, indi ona həqiqi fəlsəfənin nə olduğunu göstərəcəkdi. “Hara gedirsən?” deyə soruşdu və gözləməyə başladı.
Amma digər uşaq: “Bazardan təzə göyərti alacam” dedi. İndi bütün günü öyrəndiyi fəlsəfəni neyləyəcəkdi?
Həyat belədir. Ona hazırlaşmaq mümkün deyil. O spontandır və məhz buna görə gözəldir, mənalıdır. Səni hər zaman çaşdırır, sürprizlərlə qarşılaşdırır. Əgər gözlərin varsa, hər anın sürprizlərlə dolu olduğunu və öncədən heç bir şeyin planlaşdırılmadığını anlayacaqsan.

P.S. Fikirlərinizi bölüşməyi əsirgəməyin!
Top