İnsanın ömrünün bütün zamanı kəramətdir. Çünki Allah Təala kəramət əsasında dünyanı xəlq etmişdir. Bu dünyanın xəlifələri isə kəramətli insanlardır. Bu, doğrudur ki, neft və qaz yerdən çıxır, ancaq bizim ruzimiz neft və qaz deyildir, Allahın da buyurduğu kimi, səmadan enəndir. “Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) – göydədir”. (“Zariyat” 22).
O ruzi – kəramət və insanlıqdır. Əgər səma ruzisi olan kəramət olmasaydı, heç kəs qaz və neftə malik olaraq kəramət əldə edə bilməzdi.Allah Təala Qurani-Kərimdə buyurur ki, Mən insanı kərim xəlq etmişəm. Ona xəlifəlik məqamını bəxş etmişəm.İnsan Allahın xəlifəsi olduğu üçün kəramət nemətindən bəhrə aparar.
İmam Rza (ə) buyurur: “O zaman ki, mömin iman yükü ilə yüklənər və Allahın sünnətinə və Allahın yoluna malik olar – o, Allahın bəndəsi olar. Nə zaman Allahın qulu olar – parlamağa başlayar.
Əgər kəraməti görmək istəyirsinizsə, gərək sizdə Allahın nişanələri olsun. Sizin nurani olmağınız mümkündür”.İnsan hansı peşə sahibi olursa-olsun, başqaları üçün parlayan çıraq ola bilər. Nurani insan yolunu azmaz və insanlara Allahın yolunu göstərər. Hamı üçün yolu açar və heç bir zaman bağlamaz.Ona görə də insanın ilk yaradılışı kəramətlə olmuşdur. Ancaq bu kəramət zati deyildir. Kəraməti ömrü boyu əməlləri ilə əldə edər və nurani olar. Əgər kəramət sahibidirsə, deməli Allah bu bəndəsini sevdiyi üçün ona belə böyük neməti əta etmişdir. (Həvzəh)
“Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir”. (“Ənam” 122).
Mənbə: Deyerler.org