Əfəndimiz (s.a.v.) kimi dua edək!

Əfəndimiz (s.a.v.) kimi dua edək!

Peyğəmbərimizin (s) ibadət həyatı özünəməxsus gözəlliyi, ülviliyi ilə seçilmişdir. Səhabələr hər bir şeydə, o cümlədən ibadət həyatında da ona (s) oxşamağa çalışardılar. Allahın rəsulu, dua xüsusunda da səhabələri və onlardan sonra gələn nəsillər üçün nümunə olmuşdur. Demək olar ki, onun (s) etdiyi bütün dualar bizə gəlib çatıb. Həmin duaların bəziləri:

Allahım, mənə doğru yol göstər, öz fəzilətindən mənə də  bəxş et, lütfünü əsirgəmə və mənə  bərəkət nazil et!

Allahım, mən acizəm, mənə güc ver. Mən zəlil bir adamam, Sən məni gücləndir. Mən kasıbam, məni varlı et, ey rəhimlilərin Rəhimlisi!

Allahım, mən Sənin qulunam, qulun və kənizinin oğluyam. Taleyim Sənin əlindədir. Mənim üçün qoyduğun hökm keçərlidir, haqqımdakı qəzavü-qədərin ədalətlidir. Sənə aid olan, Sənin özünə verdiyin ad və ya kitabında endirdiyin yaxud xəlq etdiklərindən hər hansısa birinə bildirdiyin, dərgahında - qeyb aləmində özünə aid etdiyin bir adla Səndən Quranın qəlbimin baharı,  üzüntümün cilası, qəm və kədərimin aradan qaldırılması üçün vəsilə olmasını istəyirəm.

Allahım, Mən Sənin pak, gözəl və mübarək, uca dərgahında Sənə  sevimli olan, onunla dua edildiyi zamann  dərhal cavab verdiyin, onunla Səndən istənildiyi zaman dərhal verdiyin, onunla rəhmin tələb olunduğu zaman mərhəmətini əsirgəmədiyin, onunla Səndən nicat  istənildiyi  zaman nicat verdiyin adınla Səndən istəyirəm.

Allahım, mənim üçün dilədiyin hər şeyin sonunun  xoş olmasını Səndən istəyirəm. Sənin mərhəmətini diləyirəm, ey mərhəmətlilərin Mərhəmətlisi!

Allahım, cəhənnəm və qəbir əzabından, Məsih Dəccalın, həyat və ölümün fitnəsindən Sənə sığınıram.
Allahım, cənnəti, cənnətə  aparacaq  söz və əməlləri Səndən diləyir, cəhənnəmdən, cəhənnəmə aparacaq söz və hərəkətlərdən Sənə sığınıram.

Allahım, indi və gələcəkdə bildiyim və bilmədiyim bütün yaxşılıqları Səndən diləyir, indi və gələcəkdə bildiyim və bilmədiyim söz və davranışlardan Sənə sığınıram.

Allahım, qulun və rəsulun Məhəmmədin Səndən istədiyi xeyir və yaxşılıqları Səndən istəyir, onun sənə sığınıb uzaqlaşdığı hər bir şeydən Sənə sığınıram.

Allahım, Qurani-Kərim hörmətinə mənə rəhm et, onu mənə iman, nur, hidayət və lütf vəsiləsi et! Allahım, Qurani-Kərimdən unutduğum bir şey olarsa, onu mənə xatırlat, başa düşmədiyim bir şey olarsa başa duşməyimə kömək et! Gecə-gündüz Quran oxumağı mənə nəsib edib onu lehimə şahid eylə, ey aləmlərin rəbbi!

Allahım, peyğəmbərin Məhəmmədin, dostun İbrahimin, sirdaşın Musanın, kəlmə və ruhundan olan İsanın, Musaya endirdiyin Tövratın, İsaya endirdiyin İncilin, Davuda endirdiyin Zəburun, Məhəmmədə endirdiyin Quranın, bütün peyğəmbərlərinə verdiyin vəhyın, yaratdıqların üzərində qəza və qədərin, səndən istədiklərində verdiyin kəslərin, kasıb etdiyin varlılar və varlı etdiyin kasıbların, hidayət verdiyin şəxslərin, Musaya bildirdiklərinin, üzərində qullarının ruzisini böldüyün Yerin, sakit saxladığın hərəkətsiz dağların, əzəmətli ərşini daşıtdığın  adlarının, Qurani-Kərimdə  nazil etdiyin Əhəd, Səməd, Tahir adlarının, gündüzləri işıqlandırıb gecələri qaranlıq edən adın, böyük əzəmətinin və nurlu simanın hörmətinə qüdrətin və qüvvətinlə Qurani-Kərimi oxuyub başa düşməyi və onu bütün  varlığıma sirayət etdirməni və bütün davranışlarımın ona uyğun olmasını Səndən istəyirəm. Güc və qüdrət ancaq Səndədir, ey rəhimlilərin Rəhimlisi!

Allahım, bildiyimiz və bilmədiyimiz bütün yaxşılıqları bizə nəsib et, bildiyimiz və bilmədiyimiz bütün pisliklərdən bizi qoru, hər bir işimizin sonunu xeyirli edib bizi dünya və axirət əzabından qoru!

Bizi dostlarınla dostluq, düşmənlərinlə düşmənlik edib səbr və şükür edənlərdən et!

Ey Əbədi və Əzəli olan Allahım! Bütün işlərimi yoluna qoymağını,  bir an olsun belə, məni başı-başına buraxmamanı mərhəmətinə sığınaraq Səndən istəyirəm.

Allahım, qulağıma və gözümə sağlıq ver! Küfrə düşməkdən, kasıblıq və qəbir əzabından, zülm etmək və zülm olunmaqdan Sənə sığınıram.

Ey rəbbim! Bizə dünyada və axirətdə gözəl şeylər nəsib eylə, bizi cəhənnəm əzbından qoru.

Ey rəbbim! Faydasısız elmdən, qəbul olunmayacaq ibadətdən və duadan, acizlik və tənbəllikdən, qorxaqlıq və xəsislikdən, hər cür xəstəlik, gecə və gündüz üz verəcək pisliklərdən, narahatlıqdan, pis dost və xeyirsiz qonşudan sənə sığınıram

 

Top