Əfəndimizin (s.a.v.) şəfqəti və mərhəməti

Əfəndimizin (s.a.v.) şəfqəti və mərhəməti

Allah Rəsulunun rəhmət və şəvqəti də Onun fətanətinin bir ölçüsünü təşkil edir.Onun şəfqət və rəhmətində,eyni zamanda möhtəşəm bir qavrayışın ayrı bir dərinliyi saxlanmışdır.Bəli,Əfəndimiz (s.a.v.) Cənabi-Haqqın rəhm və mərhəmətinin yer üzündəki tək nümayəndəsi olaraq bu iki mübarək  sifətin təsirindən bir iksir kimi istifadə etmiş və bütün könüllərdə taxt qurmuşdur.Onsuz da şəfqət,mərhəmət,yumşaqlıq,ürəkdən və səmimi olmaq qədər insanı cəmiyyətlərə qəbul etdirən ikinci bir səbəb yoxdur.Bəli,Allah Rəsulu iç incəliyi,fövqəladə qabiliyyəti və zehin açıqlığı ilə,mərhəmət və şəfqəti fətanətinin ayrı bir ölçüsü kimi çox yaxşı qiymətləndirmişdir.Bunu da Onun peyğəmbərliyinin başqa bir dəlili hesab etmək olar.

Allah (c.c.) Onu bütün aləmlərə mərhəmət təcəssümü  olaraq göndərmişdir.Quranda onun haqqında belə buyrulur: "(Ta Ha 20/1-2), (Ey Rəsulum!) Sənə Quranı çətinlik çəkəsən deyə endirmədik." Bəli,O tərtəmiz Haqq mərhəmətini əks etdirir.Sanki O,çöl ortasında bir su mənməyi,bir kövsər hovuzudur.Qabını  əlinə alıb gələn hər kəs o hovuzun başına çatdığı zaman həm qabını doldurmuş,həm də doyunca içmişdir.Bəli,O,mərhəməti çərçivəsində hər kəsə açıq bir kövsər qaynağı kimidir..Kim istəyirsə,Ondan istifadə edə bilər.

Hz.Məhəmməd Mustafa (s.a.v.), bütün insanlığı və bütün varlığı içinə alan bir sevgi ilə insanları qucaqlamışdır. "Sən bağışlama yolunu tut,yaxşı işlər görməyi əmr et və cahillərə fikir vermə." (Əraf  7/199) Bu ayə ilə Cənabi-Haqq Ona əfv və dözüm yolunu tutmasını buyururdu.Rəvayətə görə bu ayə nazil olunca Cəbrayil (ə) gəldi.Əfəndimiz:

  • - Ey Cəbrayil bu ayənin mənası nədir?-deyə soruşdu.Cəbrayil:
  • - Soruşum,-dedi və getdi.Biraz sonra gəldi və:
  • - Ey Məhəmməd! Allah-Təala sənə səninlə qohumluq əlaqəsini kəsəni ziyarət etməyini,səni məhrum edənə verməyini,sənə zülm edəni bağışlamağı əmr edir,-dedi.(Təbəri,6/154)

Ancaq Onun bu böyük şəfqəti və dərin mərhəməti,bu məsələləri istismar edənlərin sevgi və şəfqət anlayışlarında olduğu kimi,yalnız bir düşüncəolaraq və kitab səhifələrində qalmamışdı.Əksinə,ən qısa zamanda həyata təbiq edilmiş və bütün dərinlikləriylə təmsil edilmişdir.Bu mənada Əfəndimizin tətbiq edilməyən heç bir düşüncəsi yoxdur.O,təmamilə bir dinamizm insanıdır.

 

O,bəzən ağlayan bir uşaq görsə,oturar,,onunla ağlar,inləyən ananın iztirabını vicdanında duyardı.Bəli,yenə Əbu Hüreyrənin rəvayət etdiyi bir hədis  və Onun dillərə dəstan şəfqəti: "Mən namaza durur və onu uzun qılmaq istəyirəm.Sonra bir uşağın ağlamağını eşidirəm.Anasının ona duyacağı həyəcanı bildiyim üçün dərhal namazı sürətli qılıb bitirirəm".(Buhari,1/250;Müslim,1/342;Ebu Davud,1/269)

Hələ,Onun Öz uşaqlarına qarşı şəfqəti təmamilə fərqli idi.Çox vaxt oğlu İbrahimin süd əmdiyi ailənin yanına gələr,onu qucağına alar və uzun müddət əzizləyərdi.Vəfat etdiyi zaman da İbrahimin ardından gözyaşları tökmüşdü.(Müslim,22/630)

 

Allah Rəsulu,qohumlarına qarşı olduğu kimi,yaxın-uzaq dostlarına da dərin məhəbbət və mərhəmət duyğusu bəsləyərdi.

 

O,yalnız insanlara deyil,heyvanlara qarşı da şəfqətli idi.Bir qadının aclığa məhkum etdiyi bir pişik üzündən cəhənnəmə girdiyini xəbər vermiş;(Müslim,4/2023) o biri tərəfdə əxlaqsız bir qadının susuzluqdan əldən düşmüş bir itə si içirməsi ilə cənnətə girdiyini müjdələmişdir.(Buhari,3/1206)

 

Allah Rəsulu,daşıdığı qılıncın ucuyla cənnətə gedən yolları açırdı.Bu da Onun aləmlərə mərhəmət təcəssümü  olmasının ayrı bir ölçüsü........

 

Əfəndimizin şəfqəti və mərhəməti axirət günündə üzərimizə olsun.Amin!

 

Top