Hz.Peyğəmbər (s.a.v.) həmişə eyni cür paltar geyinməzdi.Ümumiyyətlə,geyindiyi paltar , köynək və şalvarı əvəz edən bir paltar idi.Corab geyinmə adəti yox idi.Amma Nəcaşinin göndərdiyi qara corabı geyinmişdi.Rəvayətə diqqət edildiyində,o corabın dəridən olduğu anlaşılır.Sarığının ucu bəzən mübarək sinəsinə,bəzən də çiyinlərinin arasına düşərdi.Sarığı çox vaxt qara rəngdə olardı.Sarığının altında başına qoyduğu təkkə olardı.Ucu şiş təkkədən heç vaxt istifadə etməzdi.Bizi müşriklərdən fərqli göstərən,sarığın altına təkkə taxmağımızdır-deyə buyururdu.
Peyğəmbərimizin "kamis"deyilən qiyafətdən xoşu gəlirdi.Kamis başdan aşağıya qədər uzanan bir köynəkdir."Rida " və "izar" kimi iki parça olmalıyıb bütün vücudu örtdüyünə görə,Peyğəmbərimizin bu qiyafətdən xoşu gəldiyi rəvayət edilir.Kamisəsasən pamblq parçadan tikilir.Peyğəmbərimizin köynəyinin qolları biləyinə qədər uzanardı. Ən çox xətli parçalardan tikilmiş geyimləri sevərdi.Ərəbcə bunun adı "Xibarə"dir.Xibarə adı verilən bu parça Yəmənə məxsus yaşıl rəngli bir parçadır.Cənnət əhlinin geyinəcəyi libaslar yaşıl rəngli olduğuna görə,Kainatın Əfəndisi yaşıl rəngi paltarı çox sevirdi.Bəzən də Şam əntarisi (kişilərin geyindiyi uzun,düz üst paltarı) geyinirdi.Qolları çox dar olduğundan dəstamaz alanda qollarını çirmələmək çətin olurdu.Bunun üçün qollarını çıxarmaq məcburriyyətində qalırdı. Peyğəmbərimiz təzə bir paltar geyinəndə o paltar üçün Allaha (c.c) dua edərdi.Bir sarıq taxsa:"Allaha həmd olsun ki,sarığı bizə nəsib etdi," Bir köynək geyinsə:"Allaha həmd olsun ki,köynəyi bizə libas etdi," və ya bir rida(yun parça) üçün "Allaha həmd olsun ki,ribanı bizə libas etdi",şəklində dua edərdi. Rəvayətlərdə bildirdiyinə görə,Hz.Peyğəmbər (s.a.v.) qırmızı paltar da geyinmişdi.Qırmızı,al rəng mənasına gəldiyindən hədisçilərin çoxu bu ümumi anlamı qəbul etmişlər.Amma İbn Qayyım ,Hz.Peyğəmbərin (s.a.v.) heç vaxt qırmızı paltar geyinmədiyini və kişilərin də qırmızı paltar geyinməklərini uyğun görmədiyini bildirmişdir.Fərqli rəvayətlərdən anlaşılır ki,Hz.Peyğəmbər (s.a.v.) qara,qırmızı,yaşıl,sarı-qısaca desək hər rəng paltar geyinmişdir.Ancaq ən çox sevdiyi ağ rəng paltar idi. Əfəndimizin (s.a.v.) dəbdəbədən heç xoşu gəlməzdi.Ancaq bəzən dəyərli və gözəl görünən libaslar geyinirdi.Abdullah İbn Abbas (r.a) Həruriyyəyə elçi gedəndə Yəmənin ən qiymətli parçalarından tikilmiş bir paltar geyinib gedir.Həruriyyə: -Ey İbn Abbas,bu nə paltardır geyinmisən?-deyəndə İbn Abbas: -Bu geyimimə qarşımı çıxırsan?-Mən Peyğəmbəri (s.a.v.) ən gözəl libaslar içində gördüm-deyə cəvab verdi. Düşündüm ki Əfəndimizin (s.a.v.) geyim tərzi sizə maraqlı olar onun üçün bu mövzuya toxundum.Əslində hər bir müsəlman peyğəmbərini yaxından tanımalı onun haqqında bilmədiklərini öyrənməlidir.Əfəndimizin (s.a.v.) şəfaəti üzərimizə olsun.