Atanın oğula məktubu.
Heç nə vaxtsa düşünmüsənmi ki, hər səhər məktəbə yollananda səninlə eyni vaxtda neçə ölkədə, neçə milyon uşaq məktəbə gedir? Şəhər küçələrində, kənd yollarında, dənizlərin, göllərin sahillərində, səhralarda, dağlarda, qarlı və dumanlı vadilərdə milyonlarla uşaq, qoltuqlarında kitab daşıyaraq və yaxud da çiyinləri ya da əllərində çantalarıyla məktəbə gedirlər.
Edmundo de Amikis “Uşaq Ürəyi” əsərindən
Əziz balam Enriko!
Ananın dediyinə görə dərs oxumaq sənə çox çətin gəlirmiş. Mən hələ görməmişəm ki, sən məktəbə sevinərək gedəsən və sənin bu həvəssizliyin məni məyus edir. Azca düşün. Tutaq ki, sən məktəbə getmədin və bütün gününü həyətdə oynadın. Düz bir həftədən sonra isə bu sənə çox bezdirici gələcək. İnan ki, sən sevinclə məktəbə gedən uşaqları gördüyün zaman özün özündən utanacaqsan və gəlib bizə yalvaracaqsan ki, biz səni məktəbə yollayaq.
Əzizim Enriko, hamı işləyir. Boş gəzən ancaq dəlilər və avaralardır. Düşün, bütün günü işləyib, sonar da, gecə məktəbinə yollanan fəhlələri düşün. Qadınları, qızları düşün, hansı ki, bütün həftə boyu işləyib, sonra da bazar günləri məktəbə gedirlər. Əsgərləri düşün, o əsgərləri ki, təlimlərdən yorğun qayıdır və sonar da, əllərinə kitab dəftər alırlar. Sən gözləri görməyən, qulaqları eşitməyən uşaqları düşün, onlar belə oxumağa çalışırlar. Məhbusları göz önünə gətir. Məhbuslar da oxuyub-yazmağı öyrənməyə çalışırlar.
Bir az düşün. Sənin də qatıldığın yüzlərlə ölkənin uşaqları Rusiyadan Afrikaya qədər milyonlarla uşaq ayrı-ayrı yollardan, eyni şeyi öyrənməkçün gedirlər. Düşün ki, bu hərəkət dayansa insanlar cahillik vaxtına geri dönərlər.
Bu səbəbdən də ey, böyük bir ordunun kiçik əsgəri, cəsarətli ol! Sənin silahların məhz kitablarındır, bölüyün məktəbin, düşmənin isə tənbəllik və cəhalətdir. Bütün yer üzü isə müharibə meydanı.
Unutma əziz Enriko, qorxaq və tənbəl bir əsgər heç vaxt zəfər qazana bilməz.
Səni sevən və sənə inanan atan.