Məlum olduğu kimi dil iki formada mövcuddur yazılı və şifahi. hər hansı bir dildə düzgün danışmaq, yanaşı, düzgün yazmağı da bacarmaq lazımdır. Düzgün yazı
orfoqrafiya da deyilir. hər dilin özünə məxsus orfoqrafiya qaydaları vardır. Rus dilinin orfoqrafiyası da düzgün yazılış qaydalarının vahid sistemidir. Bu norma və qaydalar rusca yazıların hamısı üçün məcburidir. həmin norma və yazı qaydalarını pozmaq—böyük səhv buraxmaq deməkdir.
Rus dilinə yiyələnmədə orfoqrafiyanın böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, savadlı yazmaq olduqca vacib bir işdir. Məktəbdə sizin rusca nə dərəcədə bilməyiniz, savadlılığınız düzgün yazmaq bacarığınız ilə sıx surətdə bağlıdır.
Rus dilinin yazı qaydalarının əsasını üç prinsip təşkil edir: morfoloji, fonetik və ənənəvi. Rusca yazıda ən aparıcı prinsip morfoloji prinsipdir. Bu prinsip ondan ibarətdir ki, sözün bu və ya digər mənalı hissələri bütün hallarda, tələffüzdən asılı olmayaraq, eyni cür yazılır. Misal üçün, вод kökü onun işləndiyi bütün sözlərdə o ilə yazılır, lakin gah o səsi ilə (məsələn, воды), gah da a səsi ilə (məsələn вада), hətta bəzi hallarda ы səsinə yaxın bir səslə tələffüz olunur. Başqa bir misal: зуб sözünün sonluğunda п tələffüz olunur. Lakin bütün hallarda bu söz б ilə yazılır (məsələn, зуб-зубы-зуба-зубные və s). Onu da nəzərə almaq lazımdır ki, rusca sözlərin əksər yazılışı bu prinsipə əsaslanır.
Fonetik prinsip ondan ibarətdir ki, sözlər (və ya onun ayrı-ayrı hissələri) necə tələffüz edilirsə, elə də yazılır. Rus dilində з ilə bitən pristavkaların (sözenlərinin) yazılışı buna misal ola bilər (низ-без-через-чрез və s).
Ənənəvi və ya tarixi prinsipə əsasən yazılan sözlər isə rus dilində demək olar ki, azdır. Lakin çoxlarına bu çətinlik törədir. Buraya o yazılışlar daxildir ki, onun (hərf və ya işarənin) qədimdə müəyyən məna əhəmiyyəti vardı, bizim dövrümüzdə isə, yəni müasir orfoqrafiyada isə ənənəyə görə saxlanılıb. Misal üçün, qadın cinsli isimlərdə incəlik işarəsinin («myaqkiy znak»ın) yazılışı bu qəbildəndir (həmin işarə bəzi zərflərdən də sonra yazılır).
Düzgünyazmaq üçün hansı şərtləri bilmək lazımdır?
Birinci şərt odur ki, yazılası sözdəki səslər və səs birləşmələri düzgün tələffüz edilməlidir. Düzgün olmayan tələffüz əksər hallarda düzgün olmayan səhv yazılışa gətirib çıxarır. Misal üçün, ы əvəzinə и tələffüz edib yazırlar: сын yazmaq əvəzinə син, сыр yazmaq əvəzinə сир, посылка əvəzinə посилка, дыни əvəzinə дини, рыба yerinə риба, часы yerinə часи və s. yazmaq olmaz.
Ikinci şərt: siz, sözlərin mənasını başa düşərək yazmalısınız. Bunsuz düzgün yazı mümkün deyildir. Sözün düzgün anlanmaması, başa düşülməməsi səhv tələffüzə gətirib çıxarır, beləliklə də söz düzgün yazılmır, ümumiyyətlə o, (söz) bütünlüklə təhrif edilmiş olur. Siz belə hallarda müəlliminizə müraciət etməli, həmin sözün mənasını öyrənməlisiniz. Lüğətlər isə bu xüsusda sizin əsas köməkçinizdir. Rus dilinin orfoqrafiya lüğətindən həmişə istifadə etməyə çalışmaq lazımdır.
Üçüncü şərt: sözlərin cümlədə düzgün əlaqəsidir. Siz qrammatik formaları, qayda və qanunları əməli şəkildə, nitqinizdə düzgün işlətməlisiniz. Misal üçün, весенним və весеннем sözləri tələffüzcə bir-birinə yaxındır, lakin formaca müxtəlifdir. Birinci söz rus dilində yerlik halda, ikinci söz isə çıxışlıq halda işlənmişdir. Əgər sifətin hallara görə dəyişməsiki yaxşı bilməsəniz, yazıda səhv etmiş olarsınız.