Sifət və onun növləri

Sifət və onun növləri

İstər rus, istərsə də Azərbaycan dillərində sözlərin böyük bir qrupu əşyanın əlamət və keyfiyyətini bildirir. Belə sözlər sifət (имя прилагательное) adlanır. Lakin Azərbaycan və rus dillərində sifətlərin isimlərlə, yəni əşya, şey bildirən sözlərlə əlaqəsi müxtəlifdir. Məlum olduğu kimi, dilimizdə isimlərlə sifətlər arasında sintaktik əlaqə yanaşmadır. Rus dilində isə sifətlər əlamətini bildirdikləri isimlərin cinsindən, tək-cəmindən və halından asılıdır; başqa sözlə desək, rus dilində sifətlər isimlərlə uzlaşır. Misal üçün, настроение (hal, əhval, əhval-ruhiyyə) sözünü götürək. Qrammatik cəhətdən bu söz isimdir, adlıq haldadır və orta cinsdir. Əgər bu sözə biz, deyək ki, хорошее sifətini artırsaq, söz birləşməsi yaratsaq, onda gərək belə işlədək: хорошее настроение; isim orta cins olduğundan sifət də orta cins sonluqla (ое, ее) işlənmişdir. Isim kişi cins olarsa (məsələn, дом, человек) onda sifət -ый, -ий, -ой (большой, хороший, красивый) sonluqlarından biri ilə, qa-dın cins olarsa -ая, -яя, (хорошая, синяя) şəkilçisi ilə işlədilməlidir. Cəm halda isə sifətlər ые, ие sonluqlarını qəbul edir: хорошие дома, богатые колхозы, прилежные ученики, талантливые дети, великие дела və s. Cümlədə sifətlər əsasən təyin və xəbər olurlar.
Məna və qrammatik xüsusiyyətlərinə görə sifətlər üç yerə bölünür:
keyfiyyət bildirən sifətlər (качественные), nisbi sifətlər (относительные) mənsubiyyət sifətləri (притяжательные).

Keyfiyyət sifətləri elə əlamət bildirir ki, bu əlamət hər hansı bir əşyada çox və ya az dərəcədə müşahidə olunur. Misal üçün:
интересная играигра стала интереснее—интереснейшая игра. Keyfiyyət sifətləri rəng, ölçü, temperatur; dad, güc, səslənmə, insanın və ümumiyyətlə canlı aləmin daxili keyfiyyətlərini bildirir və buna görə də belə sifətlər, bir qayda olaraq, müqayisə dərəcələri olur. Məsələn: стены белые, а потолки еще белее. Лиса хитрая, а охотник хитрее. Волга— длиннейшая из рек Европы (sifətin dərəcələri haqqında gələn dərsimizdə danışacağıq). Keyfiyyət bildirən sifətlərin bir çoxu qısa formada da işlənə bilir: снег бел, дорога длинна.

Nisbi sifətlər elə sifətlərdir ki, əşyanın hansı materialdan düzəldiyini, habelə yer, zaman və s. bildirir. Məsələn: фарфоровая (çini) чашка; серебряная ложка; письменный стол; директорское кресло; утренний туман. Nisbi sifətlərin qısa forması və müqayisə dərəcələri yoxdur. Məcazi mənada işlənərkəi nisbi sifətlər keyfiyyət mənasında ola bilər. Məsələn: каменные стены (nisbi)—каменные сердца (keyfiyyət), золотая ложка (nisbi)—золотой человек, характер (keyfiyyət) və s. Nisbi sifətlər xüsusi ан (ян), -ск, -ов (ев) suffiksləri vasitəsilə əmələ gəlir: кожаный, городской, сосновый və s. Keyfiyyət bildirən və nisbi sifətlər eyni şəkilçi qəbul edir, eyni tip hallanmaya malikdirlər: красивый деревянный дом; красивая деревянная изба; красивые деревянные избы; нового деревянного дома; новую деревянную избу.

Rus dilindəki sifətlərin üçüncü növü mənsubiyyət sifətləridir (притяжательные прилагательные). Adından göründüyü kimi, bu sifətlər əşyanın hər hansı bir canlı varlığa mənsubiyyətini bildirir və чей? чья? чьё? чьи? suallarına cavab verir. Mənsubiyyət sifətləri iki qrupa ayrılır:
1) -ий, -ья, -ье, -ьи sonluqları ilə düzələnlər: заячий хвост; заячья лапа; заячье ухо; заячьи следы.
2) -ов, -евин suffiksləri ilə əmələ gələnlər:  отцов дом; Андреев велосипед; Поладин карандаш; мамин платок.

Yuxarıda qeyd etmişdik ki, keyfiyyət sifətlərinin bütöv (полный) və qısa (краткий) formaları mövcuddur. Qısa şəkilli sifətlər (краткие прилагательные) hallara görə dəyişmir, onlar tək-cəmə, o cümlədən tək halda cinslərə görə dəyişə bilir. Məsələn: дом красив; изба красива; здание красиво; дома, избы, здания красивы. Cümlədə qısa hallanmayan sifətlər xəbərin tərkibinə daxil olurlar. Məsələn: Воздух чист; ясно утро; ночь была темна. Yadda saxlamaq lazımdır ki, bütöv sifətlər hallanır və isimlərlə uzlaşır. Rus dilində раддолжен sözləri yalnız qısa sifət kimi yazılı və şifahi nitqdə işlənir: Он должен принести мне книгу; должна принести мне книгу; задание должно быть выполнено; ученики должны придти на занятие кружка və s.
Qısa sifətlərin axırında fışıltılı samitlərdən sonra ь yazılmaz: жгуч мороз трескучий; танкист горяч в работе və s.

Istər bütöv, istərsə də qısa sifətləri nitqdə düzgün işlətmək üçün isimlərin hansı cinsə aid olduğunu yaxşı bilmək lazımdır, çünki sifətin halı, cinsi, tək və ya cəm forması əlaqələndiyi isimdən asılıdır. Qısa sifətlər bütöv keyfiyyət bildirən sifətlərdən əmələ gəlir, bunun üçün kişi cins sifətin sonluğu atılır və ona heç bir sonluq əlavə olunmur; красивый (дом)—красив. Qadın cins sifətlərdə а я (-яя) sonluğu atılır və а əlavə olunur. красивая (картина) — красива. Orta cins sifətlərdə isə -o (-e) əlavə edilir: красивое (озеро)—красиво. Cəm halda isə bütün cins sifətlər üçün sonluq eynidir: -ы (-и); красивые (дома, картины, озера) — красивы və s.

Top