Bu məqalədə sizin diqqətinizi rus dilini öyrənməyinizlə əlaqədar olaraq, bəzi mühüm məsələlərə cəlb etmək istəyirəm.
Birincisi,
ь və
ъ hərflərini düzgün işlətmir və həmin hərflərin olduğu sözləri düzgün tələffüz etmirlər. Məsələn:
шью yerinə
шју (bəzən də
шију),
съел əvəzinə
sel və ya,
siyеl, syеl işlədirlər və s. Ikincisi, sözlərin hansında
ь və hansında
ъ yazmaqda çətinlik çəkirlər. Misal üçün,
подъезд sözünü
подезд, подијезд kimi yazırlar.
Üçüncüsü, sonu ь, ilə bitən isimlərin bir qismi kişi cinsinə, digərləri isə qadın cinsinə aid olduğu üçün şagirdlər həmin isimlərin cümlədəki başqa sözlərlə uzlaşmasında səhvə yol verirlər. Məsələn, день kişi cinsə aid olduğu halda, тень sözü qadın cinsli isimdir. Теплый день—düzgündür, lakin пробежал тень desək və yazsaq səhvə yol vermiş olarıq. Пробежала тень deyilməli və yazılmalıdır. Bu qayda конь (kişi cinsi), лошадь (qadın cinsi) isimlərinə də aiddir. Dördüncüsü, fel formalarında ь müxtəlif hallarda yazılır. Misal üçün: Он трудится.—Ему надо трудиться.
Yuxarıda qeyd etdiyimiz məsələlərlə əlaqədar olaraq aşağıdakıları bilmək lazımdır:
1. Əgər ь səsi saitlə samit səs arasında tələffüz edilirsə (məsələn: şyu, syel, muravyi), bu halda yazıda hər üç səsin birləşməsi xüsusi qayda ilə təsvir olunur: samit hərfdən sonra е, ё, ю, я, и-dən əvvəl ь və ya ъ yazılır. Onlar da (yəni ь və ъ) bölüşdürücü işarələr (hərflər) (разделительные) adlanır. ъ hərfi, е, ё, ю, я-dan əvvəl iki halda yazılır:
a) sonu samit səslə bitən pristavkaların (sözönlərin) axırında: подъем, предъюбилейный, объявление, подъезд;
b) двух, трех, четырех saylarından düzəlmiş mürəkkəb sözlərdə: двухъярусный və s.
2. Sozün qalan hissəsində ь, е, ё, ю, я və habelə и hərflərin-dən əvvəl yazılır. Məsələn: шьёт, обезьяна, воробьи, вышьёт. Başqa dillərdən alınma sözlərin əvvəlində və axırında saitdən sonra к (я) əvəzinə ью yazılır: гор. Нью-Йорк, е (ё) əvəzinə isə alınma sozlərin çoxunda ьo yazılır: батальон, бульон, медальон və s.
Ay adlarından düzəlmiş aşağıdakı sifətlərdə ск suffiksindən qabaq da ь (мягкий знак) yazılır: (сентябрьский, ноябрьский, декабрьский, июньский, июльский, февральский, апрельский, habelə деньской (день—деньской—bütün günü), январский sözü ь-sız yazılır.
Felin məsdər forması (инфинитив) əksər hallarda ь-la bitir; читать, беречь, течь, рассказать, уважать, рисовать, одеваться və s. Saitlərdən sonra qayıdış fellərində ь yazılır: одевать, радуюсь və s. Indiki və sadə gələcək zamanın ikinci şəxsin təki də ь-la yazılır: рассказываешь, читаешь, напишешь, принесешь və s.
Felin üçüncü şəxsinin təki və cəmi qalın tələffüz olunur və ь-sız yazılır. Məsələn: Арзу читает и смотрит. Полад умывается. Lakin məsdər formanı felin üçüncü şəxsindən fərqləndirmək lazımdır. Fel məsdər formada что делать? və что сделать? suallarına cavab olur və ь-la yazılır. Müqayisə edək: Расим трудится и Расиму надо трудиться. Он пишет и Ему надо писать və s. Fel üçüncü şəxsdə что делает? və что сделает? suallarına cavab verir, özü də ь-sız yazılır. Əgər felin əmr forması samit səslə bitərsə bu samitdən sonra ь yazılır: кинь, киньте (at, tulla, atın, tullayın), брось, бросьте və s.