Bildiyiniz kimi, Azərbaycan dilində saylarla isimlər arasındakı sintaktik əlaqə yanaşmadır. Bundan fərqli olaraq rus dilində sayların bəzi növləri (sıra saylarının hamısı, miqdar saylarının bəziləri) isimlərlə uzlaşır (əlbəttə, söhbət adlıq haldan gedir). Digər qrup saylardan (məsələn,
два, три, четыре) sonra isimlərin yiyəlik halı tələb olunur,
пять və ondan sonra gələn saylar isimlərin yiyəlik halının cəmi ilə işlənir (məsələn:
пять—сорок—сто учеников, подруг, книг, парт və s).
Istər rus, istərsə Azərbaycan dilində saylar əsasən əşyanın miqdarını və sırasını bildirir. Lakin kəsr və toplu saylar da vardır. Məna və qrammatik xüsusiyyətlərinə görə saylar dörd yerə bölünür:
1) miqdar
(один, два, тысяча, миллион, миллиард, сто, сорокvə s.);
2) sıra (
первый, второй, сотый, сороковой, шестой və s);
3) toplu (
двое, четверо, семеро, трое, шестеро və s);Onların sayı cəmi doqquzdur—
от двое до десятеро).
4) kəsr saylar (
две девятых, одна четвёртая və s).
Rus dilində один, одна, одно, miqdar sayları isimlərlə cinsə görə uzlaşır. Məsələn, belə demək lazımdır: один карандаш; одна сумка; одно перо və s. Cəm halda одни işlənir. Məsələn: одни сани; одни чернила və s. Bu sayla isim hallanarkən də sifət kimi dəyişir və həmin sözlə (isimlə) uzlaşır: одного ученика, одному ученику; одной сумкой, одним пером və s.
Bundan əvvəl qeyd etdiyimiz kimi, два, три, четыре saylarından sonra isimlər yiyəlik halın təkində işlədilməlidir. Hallanarkən isə həm say, həm də isim dəyişir və sintaktik əlaqə uzlaşma olur: два, три, четыре ученика; двух, трех, четырех учеников və s.
Yadda saxlamaq lazımdır ki, rus dilindəki тысяча, миллион, миллиард miqdar sayları kişi cinsli isimlər kimi hallanır. Сорок, девяносто, сто miqdar sayları adlıq və təsirlik hallarından başqa qalan (yiyəlik, yönlük, yerlik çıxışlıq) hallarda а sonluğu qəbul edir. Bəs belə olan halda həmin sayların hansı halda olduğu necə müəyyən edilir? Sayın (isimlə birlikdə) halı sualla müəyyənləşdirilir. Məsələn: вижу кого?—сорока студентов, учеников (təsirlik hal): доволен кем?—сорока студентами, учениками (yerlik hal).
Toplu saylar (собирательные числительные) buйlardır: двое, трое, четверо, пятеро, шестеро, семеро, восьмеро, девятеро, десятеро. Toplu saylar birgəlik, topluluq bildirir və əsasən danışıq nitqində, özü də bir qayda olaraq kişi cinsli isimlərlə işlənir. Məsələn: четверо учеников; но четыре дочери (четверо дочери demək düzgün deyil). Bu sayların hal şəkilçiləri sifətlərin cəmdə qəbul etdikləri hal şəkilçiləri ilə eynidir; смеро мужчин (и. п.); семерых мужчин (р. п.); семерым мужчинам (д. п.) və s.
Kəsr saylar (дробные числительные) müəyyən ölçü vahidinin və ya ümumi miqdarın hissəsidir. Məsələn: одна вторая пути və s. Adlıq halından savayı qalan hallarda kəsr sayların və müvafiq olaraq isimlərin hal şəkilçiləri dəyişir, трёх пятых (р. п.); трем пятым (д. и.); тремя пятыми (т. п.) və s.
Sıra sayları (порядковые числительные) miqdar saylarından əmələ gəlir və sifətlər kimi isimlərlə uzlaşır, hallanır (пятый—пятого ученика; пятому ученику və s).
Niyə belə deyirik?
qədimdə yeddi (семь) rəqəminə sehirli, ovsunlu rəqəm kimi baxırlarmış. Bu onunla izah edilirdi ki, insan ətraf aləmin hadisələrini, yəni, işığı, iyi, dadı başındakı yeddi «çıxışla», «gözlə» qavrayırdı: iki köz, iki qulaq, iki burun deşiyi və ağız. «Yeddi» rəqəmi bir çox rus atalar sözlərində təkrar olunur. Öz qərarını tez-tez dəyişən, gün-də bir avaz oxuyan, gündə bir fikrə düşən adama семь пятниц на неделе deyirlər. «Yeddi» sözü ilə daha bir neçə ifadəyə nəzər salaq.
Семь пядей во лбу—ağıl dəryası;
семь верст до небес—atıb-tutma;
семь потов сошло-с кого?—yeddi qat dəridən çıxıb; qan-tər hesabına; alın təri ilə.