Vurğu haqqında

Vurğu haqqında

Rus dilində sözlərin düzgün tələffüzü vurğudan (ударение) asılıdır. Vurğu nəyə deyilir? Vurğu, bildiyiniz kimi, sözdəki hecalardan birinin başqalarına nisbətən yüksək intonasiya ilə deyilməsidir. Bəzi dillərdə sözlər daimi vurğuya malik olur. Yəni bütün sözlərdə vurğu müəyyən bir he-ça üzərində olur. Misal üçün, vurğu ingilis və alman dillərində əksər hallarda birinci hecada, fransız dilində axırıncı heçada, polyak dilində isə axırıncıdan əvvəlki hecada olur. Rus dilində isə vurğu sözlərdə müxtəlif hecalara düşə bilər. Başqa sözlə desək, rus dilində vurğu müstəqildir, onun bu və ya digər hecaya düşməsi xüsusi qanunlarla müəyyənləşmir. Məsələn, hərəsi üç hecadan ibarət olan:
золото sözündə vurğu birinci hecaya,
дорога sözündə ikinci,
молоток sözündə isə üçüncü hecaya düşür. Rus dilində vurğunun bir xüsusiyyəti də ondan ibarətdir ki, eyni mənalı sözlərdə qrammatik formanın tələbinə görə vurğu bir hecadan başqa hecaya keçə bilər. Bu vurğunun yerdəyişməsidir. Müqayisə edək, гора sözündə vurğu sonluğa düşür, bu söz adlıq halın təkindədir; горы—sözündə isə vurğu birinci hecadadır, adlıq və təsirlik halların cəm şəklidir; eləcə də город—adlıq halın təki, горада—adlıq hal və təsirlik hallarının çəmidir. Vurğunun bu xüsusiyyəti rus dilinin daha çevik daha rəvan, səlis və ahəngdar olmasına sübutdur. Vurğunun belə sərbəstliyi və dəyişkənliyi şairlərə ahəngdarlığı ilə fərqlənən müxtəlif qafiyəli və rədifli şeirlər yaratmağa imkan verir.

Vurğu bir hecadan başqa hecaya keçərkən sözün mənası da dəyişə bilər. Belə sözlər omonim sözlərdir. Omonim sözlər— şəkilcə eyni, mənaca müxtəlif sözlərə deyilir. Məsələn, замок (qala, saray, qəsr), замок (kilid, qıfıl), мука (əzab, əziyyət, işgəncə)—мука (un), атлас (coğrafiyada)—атлас (atlas parça) və s.
Adətən vurğu birhecalı köməkçi sözlərin üzərinə düşmür. Lakin bəzən bir hecalı predloqlar (önşəkilçilər) və не ədatı vurğu ilə tələffüz olunur. Bu halda həmin predloq və ya ədatdan sonra gələn müstəqil söz öz vurğusunu itirir. Məsələn, сестры не было дома. Брат не дал мне книги. Учитель дал задание на дом. Мать взяла ребенка на руки.
Rus dilində sözün tərkibində ё varsa, həmişə vurğuludur və vurğu işarəsi bu hərfin üzərinə qoyulmur.
Bəzən sözlər iki cür vurğu ilə tələffüz oluna bilər: далеко—далёко, звезда—звёзды.
Gördüyünüz kimi, rusca tələffüzdə vurğunun böyük rolu vardır. Siz verilmiş sözləri düzgün tələffüz etmək üçün həmin sözlərin üzərində qoyulmuş vurğuya əsaslanmalısınız. Rusca şifahi nitq vərdişlərinə yiyələnməkdə vurğunun yerli-yerində işlədilməsi əsasdır. Bəs qalan sözlərin düzgün tələffüzünü haradan öyrənməli? hər şeydən əvvəl, çalışın ki, sizdə bu lüğətlər olsun: «Русско-азербайджанский словарь», словари русского языка, орфографические словари, словари правильного произношения слов. Sözlərin düzgün yazılışında və tələffüzündə orfoqrafiyaya dair lüğətlərin müstəsna əhəmiyyəti var. Bunlardan müntəzəm istifadə edilməlidir.
Top