Zərflər
(наречия) müxtəlif nitq hissələrindən əmələ gəlmiş və gəlməkdədir. Bəzi zərflər lap çoxdan yaranmış, sonralar yox olmuş, bəziləri isə bu yaxınlarda başqa nitq hissələrindən düzəlmiş və hazırda rus dilində işlədilir. Misal üçün,
по-вражески zərfi
вражеский sifətindən düzəlmişdir. Müxtəlif nitq hissələrinə məxsus olan bəzi sözlər də zərflərə keçərək öz əvvəlki leksik mənalarını və qrammatik xüsusiyyətlərini itirmiş, yeni, zərflərə xas olan əlamətlər qəbul etmişlər. Aşağıdakı iki cümləyə diqqət yetirək:
1) вошел в темную комнату. 2) Нельзя действовать втемную.
Birinci cümlədəki
темную sözü sifət olub
комнату sözü ilə uzlaşaq tək-cəmə, cinsə və hala görə dəyişir (burada
темную təsirlik halda işlədilib). Bu sözün leksik mənası «işığı olmayan, qaranlıq» deməkdir. Ikinci cümlədəki
втемную sözü isə zərfdir: o, dəyişmir, özü də
действовать felinə aiddir. Bu sözün leksik mənası «görmədən, bilmədən, kor-koranə, bəxtəbəxt» deməkdir.
Əmələ gəlmə (düzəlmə) xüsusiyyətlərinə görə zərflər on qrupa bölünür.
1.Ismin vasitəli hallarından predloqsuz və predloqla yaranan zərflər: издали, снизу, посередине, вверх, наспех, вдали, накануне; бегом, кругом, ужас.
2.Qısa sifətlərdən müxtəlif predloqlarla düzəlmiş zərflər. Bu zərflər rus dilində hələ qısa sifətlərin hallanması dövründə yaranmışdır: справа, сослепу, досуха, издавна, поровну, заново, вскоре, навеселе.
3.Predloqlar vasitəsilə bütün qadın cinsi sifətlərinin təsirlik halında törəmə zərflər: вкрутую (bərk), впустую, наудалую (düşünmədən, cəsarətlə), зачастую (çox vaxt, tez-tez).
4.Xüsusi suffiks (специальные суффиксы) və pristavkalar vasitəsilə sifətdən düzələn zərflər;
4.1.о və е suffiksləri ilə yaranan zərflər; странно (от «странный»), красиво (от «красивый»), хорошо (от «хороший), искренне (от «искренний»), излишне (от «излишний») və s.
4.2.и suffiksi və по pristavkası ilə düzələn zərflər: русский—по-русски, волчий—по-волчьи, дружеский—по-дружески;
4.3.по pristavkası və ому-ему suffiksləri ilə yaranan zərflər: по-военному, по-весеннему.
5.Miqdar, sıra və toplu (собирательные) saylarından əmələ gələn zərflər: однажды, дважды; впервые, во-первых, во-вторых; вдвое, втрое, вшестеро və s.
6.Əvəzliyin müxtəlif vasitəli hallarından predloqla və predloqsuz düzələn zərflər: потому, затем, совсем, потом;
7.Tərz və zaman mənalarını itirmiş fel formasının feli bağlamanın (деепричастие) zərfə keçməsi: зря (boş yerə, hədər), нехотя (istəməyərək, bilmədən, qəsdsiz), немедля (cəld, tez, dərhal, təxirsiz).
8. мя suffiksi ilə fel köklərindən əmələ gələn zərflər i həmin kökdən olan fellərin mənalarını gücləndirmək məqsədi ilə işlədilir: ревмя ревет (şivən qoparır, hönkürtü ilə ağlayır), ливмя льёт (yağış sel kimi yağır, yağış bərk yağır)
9.Başqa zərflərdən törəyib predloqlu isim mənalarında işlənən zərflər: докуда (haraya kimi, harayacan), навсегда, намного, послезавтра, донельзя (son dərəcə).
10.Qədim mənşəli əvəzlikli zərflər: где, куда, когда, как, там, туда, так.
- Zərflərin axırında fışıltılı samitlərdən (шипящие согласные) sonra vurğu altında о, vurğusuz isə е yazılır: хорошо, свежо, горячо, но; певуче, искренне, излишне və s.
- о və е suffiksləri vasitəsilə tərkibində н olan suffikslərdən əmələ gəlmiş zərflərdə də н yazılır: искусственый—искусственно, взволнованный—взволнованно.
- Ismin və ya sifətin vasitəli hallarından əmələ gəlmiş zərflərdə həmin halların sonluqları saxlanılır: втайне, вначале, сначала, впустую.
- Buna görə də orta cins qısa sifətlərin yiyəlik halının təkindən (от родительного падежа единственного числа среднего рода кратких прилагательных) с, из, до predloqları ilə düzələn zərflərin sonunda а yazılır: слева, справа, издавна, досуха və s. Orta cins təsirlik halının təkindən, в, на, за predloqları ilə düzələn zərflərin axırında isə о yazılır: вправо, налево, заново, (смолоду, сослепу, сдуру zərfləri müstəsnalıq təşkil edir).
- Fışıltılı samitlə bitən zərflərin sonunda ь yazılır: вскачь (çaparaq, derdayaq), настежь (taybatay), наотмашь (qulaylanıb, qulaylanaraq).
- по pristavkası və ски, -цки, -и, -ому, -ему suffiksləri ilə yaranmış zərflər defislə yazılır: по-прежнему, по-пустому, по-немецки. Sıra saylarından düzəlmiş və ara söz sifəti ilə işlənən zərflər da defislə yazılır: во-первых, в-третьих, в-седьмых və s.
- Eyni sözün təkrarı ilə əmələ gəlmiş zərflər, habelə sinonim zərf sözlər də defislə yazılır: еле-еле, чуть-чуть, мало-по-малу, давным-давно; нежданно-негаданно və s.
- То, -либо, -нибудь, -кое ədatları ilə düzəlmiş qeyri-müəyyən əvəzlikli zərflər: где-то, когда-либо, куда-нибудь, кое-как və s.
- Не və ни ədatları inkar əvəzlikli zərflərdə pristavka olub sözlə bir yerdə yazılır, həm də vurğu ilə не, vurğusuz isə ни yazılır: негде, некуда, некогда, никуда, нигде, никогда, və s. Qeyri-müəyyən əvəzlikli zərflər не ilə bir yerdə yazılır: некогда (когда-то) и несколько (отчасти).