Rus dilində adam bəzən elə ifadələrlə rastlaşır ki, bunlardakı fikir onu təşkil edən sözlərin hər birinin ayrıca mənası ilə izah olunmur, yalnız bütün tərkib və ya ifadə birlikdə bir məna verir. Rus dilində belə frazeoloji ifadələr, sabit söz birləşmələri, zərb-məsəllər az deyildir. Belə ifadələri danışıqda, ədəbi dildə işlətməklə, biz öz nitqimizi daha sərrast, obrazlı, emosional və təsirli etmiş oluruq.
Əvvəlki dərslərimizdə frazeoloji birləşmələrə, zərb-məsəllərə dair kiçik lüğətlər dərc etmişik. Indi isə sizə .onlardan bəzilərinin əmələ gəlməsi və işlənməsi barədə qısaca məlumat verəcəyik.
Бить баклуши—bu frazeoloji ifadənin mənası «daban döymək», «ayaq döymək», «veyl-veyl gəzmək «veyllənmək» «boş şeylə məşğul olmaq» deməkdir. Vaxtı ilə Rusiyada ağac kötüyündən (parçasından) qab-qacaq, qaşıq və başqa məmulatlar kəsilib düzəldilirdi. Bu ağac parçasına
баклуши deyirdilər. Bakluşini yarmaq (parçalamaq, döymək), asan iş sayılırdı. Buna görə də onun icrası zəif adamlara həvalə edilirdi.
Бить bakluşi ifadəsi də bax, buradan əmələ gəlmişdir.
Попасть впросак—«pis vəziyyətə düşmək», «dolaşıb qalmaq», «biabır olmaq», «işləri korlamaq», «yanılmaq», «səhv etmək», «yanlış nəticə çıxarmaq» mənasını verir. Просак— dişli barabandır. Onun köməyi ilə yun daranır. Bəzən yun dişlərə dolaşır, iş ənkəlləşir. Попасть впросак ifadəsi də elə «şikəst olmaq», «xarab olmaq», «əldən məhrum olmaq» deməkdir.
На воре шапка горит—Azərbaycan dilində qorxudan özünü ifşa etmək deməkdir. Bu ifadə bir qədim lətifə ilə əlaqədardır: bir gün bazarda oğrunu axtarırlarmış. Onu tapmadıqda ağıllı bir qocaya müraciət edirlər. Böyük izdiham içərisində qoca birdən uca səslə qışqırır: «Baxın, oğrunun başında papağı yanır». Adamlardan biri qeyri-ixtiyari olaraq əli ilə başını tutur. Bununla da o, özünü ifşa edir.
Не солоно хлебавши—«Ümidi boşa çıxmaq», «ağzı boşa keçmək», «suyu süzülə-süzülə qayıtmaq» mənalarında işlənir. Qədimdə xörəyi süfrə başında oturarkən duzlayarlarmış. Əksər hallarda isə ev sahibi qonaqların yeməyinə öz əli ilə duz səpərmiş. Adlı-sanlı qonağın xörəyinə səpilən duz çox (elə «перосолил» sözü də bundan əmələ gəlmişdir), süfrənin lap aşağı tərəfindən oturmuş qonağa isə ya az duz çatar, ya da heç çatmazdı. Ona görə arzuedilməz adam haqqında qəbuldan sonra belə deyirlər: «Ушел не солоно хлебавши».
Восьмое чудо света—«Dünyanın səkkizinci möcüzəsi». Çox vaxt nəhəng bir tikintini, qurğunu «dünyanın səkkizinci möcüzəsi» adlandırırlar. Bəs nə üçün ona doqquzuncu, onuncu yox, yalnız «səkkizinci möcüzə» deyirlər? Məsələ burasındadır ki, ən qədim zamanlardan insanlar «dünyanın möcüzələri» hesab edilən yeddi tikili tanıyırdılar. Bunlara aşağıdakılar aid edilirdi:
1.Misir ehramları (piramidaları).
2.Semiramidianın (qədim Babilistanda) asma bağları. 3.Efesdə yunan allahı Artemidanın məbədi.
4.Olimp dağında Zevsin məşhur heykəli.
5.Qədim Qalikarnasda tikilmiş təmtəraqlı sərdabə.
6.Heliosun (günəş allahı) Rodos limanının girəcəyində ucaldılmış mis heykəli.
7.Iskəndəriyyədə Faros mayakı.
Bu yeddi möcüzə yer kürəsi xalqları arasında elə geniş şöhrət tapmış, onların düşüncəsinə elə möhkəm daxil olmuşdur ki, hər hansı yeni «möcuzə» səkkizinci sayılır.
Долгий ящик. Коломенск kəndində, çar Aleksey Mixayloviçin sarayının qabağında divara uzun bir yeşik (qutu) vurulmuşdu, buraya adamlar öz ərizə və şikayət məktublarını atırmışlar. Ərizələr boyarların əllərindən keçdiyi üçün çox vaxt yubanardı, cavabları süründürülərdi. Ifadənin mənası «süründürməyə salmaq, uzatmaq, get-gələ salmaq»dır.
Дело—табак. Yedəkçilər suya girəndə öz boyunlarına tənbəkisi (tütünü) olan kisə sarıyarmışlar ki, islanmasın. Elə ki, dərinə düşdülər, su boğaza çatdı, qışqırarmışlar. «Табак! Дело—табак», yəni vəziyyət xarabdır, iş xarabdır».
Загнуть за пояс. Qədim rus adətinə görə, həm kişi, həm də qadın paltarlarında hökmən kəmər (toqqa) olmalıymış. Üst köynəklərinin ətəyini toqqanın altına keçirərmişlər ki, bu, işdə maneçilik törətməsin. Bunu yalnız fəhlələr, usta işçilər edərmişlər. Ifadənin mənası «çaya susuz aparıb susuz gətirmək» və ya «cibinə qoymaq, üstün gəlmək» deməkdir.
Где раки зимуют. Qədim zamanlarda mövhumatçı adamlar xərçəngi sirli heyvan sayırmışlar. Xərçəngin qışlamasını bilmək çox çətin bir iş hesab edilirdi. «Я ему покажу, где раки зимуют» ifadəsi hədə, təhdid kimi işlədilirdi: «elə bir şey göstərərəm ki, onu heç kim bilmir» və ya ifadə «dünyanın altını da bilmək, üstünü də» mənasıцı verir.
Гол, как сокол. Bu zərb-məsəldə «sokol» qartal (quş) mənasında deyil, hamar palıd tirdir, divarı deşmək üçün bir alətdir ki, qədimdə düşmənin qala divarlarını sındırardılar. «Сокол» həqiqətən də çılpaq olub, hamar səthində heç bir artıq şey yoxdur. hazırda həmin ifadə «dilənçi kimi lütdür, yolunmuş cücə kimidir» mənasını verir.
Во всю Ивановскую. Moskvada Ivan Velikinin zəng qülləsi (kilsədə) var ki, bayramlarda onun bütün otuz zənginin hamısını səsləndirərdilər. «Во всю Ивановскую кричать» (звонить) dedikdə «çar çzkmək, aləmə yaymaq, uça səslə, var gücü ilə qışqırmaq» nəzərdə tutulur.