Rus dilində sözlərin yazılışı bir çox hallarda onların tələffüzündə fərqlənir. Başqa sözlə desək, sözün yazılışı (orfoqrafiyası) və tələffüzü müxtəlif qaydalarla izah olunur. Bəs sözləri düzgün tələffüz etmək üçün hansı ümumi qaydaları bilmək lazımdır?
Bu dərsdə rus sözlərinin tələffüzünün yalnız ən başlıca qaydalarından bəhs edəcəyik.
- О səsi vurğu altında о (воды), vurğuqabağı hecada isə а kimi (вада) tələffüz olunur. Ikinci vurğuqabağı hecada isə bu səs karlaşır (въдавос—водовоз).
- Lakin вода sözünün birinci hecasında həmişə o yazılır.
- Rus dilində işlədilən və bu dilə başqa dillərdən keçmiş sözlərdə о səsi vurğusuz belə о kimi tələffüz olunur (отель, поэт, поэзия, фонетика, Золя, Шопен və s).
- Ikinci təsrif fellərinin (глаголы второго спряжения) vurğusuz sonluqları ат, ят (üçüncü şəxsin cəmi), birinci təsrifə daxil olan fel sonluqları ут, ют (üçüncü şəxsin çəmi) kimi tələffüz olunur. Məsələn, дышат, гонят, любят yazıldığı halda, дышут, гонют, любють, kimi tələffüz olunur.
- Гий (строгий), кий, (горкий), хий (тихий)sonluqları ilə bшtən sözlərdəki г, к, X səsi qalın, bunlardan sonra gələn səs isə kar tələffüz olunur: строгъй, горькъй, тихъй. Eləcə dəЧајковскии сөзү Чайковскъй, Горький sözü Горькъй kimi tələffüz olunur.
- Fel sonluqları тся, ться, тца (uzun tələffüz olunan ц) şəklində tələffüz olunur: умываться—умыватца, боится— боитца.
- Что, чтобы, sözləri што, штобы kimi tələffüz edilir.
- Жужжать (vızıldamaq), дожди tipli sözlərdə uzun ж incə (yumşaq) tələffüz olunur: жужжять, дажжи.
- Семь, восемь və s. sözlərindəki м səsi incə tələffüz edilir.
- жч və зч samit səs qrupları uzun ş şəklində tələffцz edilir:мужчина, грузчик, расказчик—мущина, грущик, расскащик.
- Братский, советский, городской və belə tipli başqa sözlərdə те və де samit qrupları ц kimi deyilməlidir: бра-цкъкий,совецкъй, гърацкой.
- Гц və дц qrupları ikiləşmiş (двойное) uzun (долгое) ц şəklində tələffüz edilməlidir: дватцать—дваццать, молодца—мьлацца.
- Гк və гч qrupları хк və хч şəklində tələffüz olunur: легко, мягко, легче, мягче, лехко, лехче, мяхче.
- Марксисткин, большевисткий və s. sözlərdəki стек səs birləşməsi adətən т-sız tələffüz edilir: марксисский, болшевисский.
- Стн, здн və стл qrupları сн, зн, сл (yəni т və д olmadan) şəklində deyilməlidir: лестница, честный, известный, властый, поздно, праздник—лесница, чесиый, извесный, власный, позно, праздник kimi tələffüz edilir.
- Ого, его ilə bitən sifətlər yiyəlik və təsirlik hallarında ово, ево şəklində tələffüz edilir: большого—большово, свежего—свежево.
- Vurğulu saitlər daha aydın səslənirlər. Vurğusuz vəziyyətdə isə sait səslər zəif tələffüz olunurlar. Məsələn, (а), (о) vurğulu hecadan qabaqkı birinci hecada qalın samitlərdən sonra fərqlənmirlər və zəif səslə (а) tələffüz edilirlər: вдали belə tələffüz edilir (вдали); стола (стала) və s. Qalan vurğusuz hecalarda isə bu iki sait daha zəif olunur.
- Г səsi rus ədəbi dilində partlayan samitdir və sözlərin sonunda gəldikdə karlaşaraq к kimi tələffüz olunur; Misal üçün, от испуга—испу (к); у моего друга—дру(к) və s.
- Cingiltili samitlər (sonor səslər-л, м, н, р, -dan başqa) sözlərin axırında və kar samitlərdən qabaq karlaşırlar, kar samitlər isə cingiltili samitlərdən əvvəl gəldikdə cingiltili tələffüz edilirlər, məsələn столбы—стол (п); дрова—дро (ф); низок—ни (с) ко; просили—про (з) ба.
- Bütün samitlər (yalnız həmişə qalın olanlardan başqa),и və с saitlərindən qabaq incə tələffüz olunurlar. Məsələn: белые, низкие, низина. Başqa dillərdən keçmiş bir sıra samit səslər e-dən qabaq yenə də qalın tələffüz edilir. Məsələn: тема, партнер və s.
- Скучно, конечно, нарочно və s. чн tərkibli sözlərdə həmin чн (шн) kimi tələffüz olunur, yəni скушно, кокешно, нарошно və i. a.
- Üçüncü şəxs fellərinin sonundakı т samiti həmişə qalın tələffüz olunmalıdır. Məsələn: пишет, читает, говорит, смотрит.
- Изм suffiksli isimlərdə з qalın tələffüz edilir: капитализм, марксизм və s.
- Sifətlərin adlıq halının cəmində ые və ие sonluqları ыи və ии səs birləşmələri kimi tələffüz olunmalıdır: голубые (yazılır)—голубыи (tələffüz olunur); синие (yazılır)—синий (tələffüz edilir)...
- Ф axırı ов-la qurtaran sözlərdə, yəni домов—домо(ф); слов—сло(ф); ров (хәндәк)—ро(ф) kimi tələffüz olunmalıdır.
Qeyd etdiyimiz bu qaydaları yaxşı mənimsəyin və onlara riayət etməklə sözlərin düzgün tələffüzünə çalışın. Aşağıdakı sözləri dəftərinizə yazın və onları düzgün tələffüz edin. Əgər çətinliklə rastlaşmalı olsanız, müraciət etməyi unutmayın.
Город, галка (dolaşa, zağca),
гора, выгода, ограда, вагой, семга (somqa balıq),
вперед, подвиг, рассказывает, сугроб, темп, теннис, террор, девиз, бесшумное (море), одеколон, компресс, облегченно, рассказывание, отдых.