tək və cəm hallar

tək və cəm hallar

Tək-cəm qrammatik kateqoriyası rus dilində, hər şeydən əvvəl, əşyalara aid olub onların miqdarını bildirir. Bu kateqoriya isimlərə, habelə, sifət, say, əvəzlik və fel kimi nitq hissələrinə də aid edilə bilər. Biz burada əsasən isimlərin tək və cəmindən bəhs edəcəyik. Isimlərin tək və cəmləriiin forma və mənaları müvafiq sonluqlarla ifadə olunur. Bu cəhətdən isimlər aşağıdakı qruplara ayrılır:
1) həm tək və həm də cəm şəkli olan isimlər;
2) yalnız tək halı (şəkli) olan isimlər;
3) yalnız cəm halı (şəkli) olan isimlər.
Birinci qrupa konkret əşya mənalı, sayılması mümkün olan isimlər daxil edilir: город—города; москвич—москвичи; улица—улицы. Bundan başqa həm tək, həm də cəm forması olan isimlər təkdə bir cəmdə isə iki və daha çox eyni əşya bildirir: ручка—ручки; карандаш—карандаши. Tək və cəm hallar bir-birindən sonluqlar vasitəsi ilə ayırd edilir: дом—дома; стол—столы. Bəzi sözlərdə tək və cəm forması suffiks (şəkilçi) və sonluqlarla fərqlənir: крестьянин—крестьяне; теленок—телята; брат—братья; сын—сыновья; чудо—чудеса. Cəm halında çox zaman sözdə vurğunun yeri dəyişir: нос—носа (р. п.)-носы (мн. число); сад—сада—сады; пекарь—пекаря—пекари; доктор—доктора; волна—волны; сестра—сестры; село— сёла və s.
Bəzi isimlərin tək və cəmi müxtəlif əsaslardan düzəlir: человек (ед. ч.)—люди (мн. ч.); курица (ед. ч.)—куры (мн. ч.); судно—суда və s.

Yalnız tək hal formasında aşağıdakı isimlər işlənir:
a) toplu isimlər (собирательные существительные), yəni tək halda əşyaların məcmusunun bütünlüyünü, vahidliyini bildirən sözlər: крестьянство, родня (qohum-qardaş, qohum-əqrə-bə); молодёжь, сырьё (xammal);
b) maddə, maddilik, cisimlik mənalı isimlər (вещественные существительные), азот, керосин (aq neft): рожь, перец, воск (mum); мука, серебро, молоко, сметана, солома, медь, железо və s. Bu isimlərdən bəziləri cəm halda işlənərkən əşyanın (həmin maddənin) müxtəlif çeşidini, növünü bildirir: чай (первый и второй сорт); жиры, масла;
v) mücərrədlik, yəni keyfiyyət, xassə (xüsusiyyət), hərəkət, hal bildirən isimlər: ширина, темнота, упорство (inad, səbat, mətanət); грусть, бегство; лежание və s. Bu isimlərdən bəziləri konkret məna kəsb edərək cəm halda işlənə bilər: радости жизни (т. е. радостное событие); красоты природы, морские глубины, горные высоты;
q) xüsusi isimlər: Москва, Баку, Ленинград, Пушкино. Bu qrup isimlərin bəziləri cəm hal əmələ gətirə və işlənə bilir: братья Карамазовы, семья Чеховых, дело Артамоновых (familiya, nəsil bildirənlər); Хлестаковы, Маниловы, Обломовы, Наполеоны (ədəbi tip, cərəyan və s. bildirənlər).
Yalnız cəm halda işlənən isimlər miqdar deyil, müxtəlif leksik-qrammatik məna ifadə edirlər. Cəm hal formasında olmalarına baxmayaraq, bu isimlər bir və ya çox əşyanı bildirir: одни сани поехали—все сани поехали.

Təkcə cəm halı olan isimlərə aşağıdakılar aiddir:
a) iki və daha artıq hissədən ibarət olan bəzi əşya adları: ножницы, щипцы, весы, счеты, сани, ворота, гусли (barmaqla çalınan qədim musiqi aləti).
b) bəzi maddə adları: чернила, духи, дрожжи (maya, acıtma), сливки (qaymaq), отруби (kəpək). щи (şi—kələm şorbası),
помои (çirkab, çirkli su).
v) vaxt, hadisə, oyun adları bildirən isimlər: каникулы, будни (iş günləri, adi günlər); сутки, похороны, именины, жмурки (gözübağlıca), прятки (gizlənpaç),горелки (qaçdı-tutdu oyunu);
q) bəzi dağ, şəhər, kənd, yer, coğrafi adlar:  Холмогоры, Горки, Сокольники, Альпы, Пиренеи, Чебоксары və s. Yalnız cəm halda işlənən isimlər cinslərə görə bölünmürlər.

Qeyd:
qədim rus dilində tək və cəm haldan başqa təsniyə, ikilik hal da (двойственное число) var idi. Bu hal iki və ya cüt əşya haqqında danışılarkən işlədilirdi.
Məsələn: рыба (ед. ч.)—рыбы (мн. ч.)—две рыбы (двойств, число); плечо (ед. ҹ.)—плечи (мн. ч.) XIX əsrin axırlarından başlayaraq cəm hal təsniyəni, yəni ikilik halı (двойственное число) sıxışdırıb aradan çıxarmışdır. Lakin ikilik hal formasının izləri müasir rus dilində qalmışdır.
Top