Şəkilçilər (Suffiks) haqda

Şəkilçilər (Suffiks) haqda

Rus dilində sözün tərkibi əsas və sonluqdan ibarət ola bilər; bəzən isə söz yalnız əsasdan ibarət olur, sonluq isə olmur. Sözün əsas hissəsi də, öz növbəsində, kökdən, önşəkilçidən (pristavkadan) və kökdən sonra gələn şəkilçidən (suffiksdən) ibarət tərkibdən düzəlir. Lakin bəzi hallarda sözün əsası yalnız kökə bərabər olur, yəni əsasda pristavka və suffikslər iştirak etmir.
Suffiks kökdən sonra gələrək ya yeni söz əmələ gətirir, ya da həmin söz yeni məna o cümlədən də qrammatik məna çaları verir. Başqa sözlə desək, bəzi suffikslər qohum sözlərin yaranmasına səbəb olur ki, onlar sözdüzəldici suffikslər adlanır. Məsələn: рыба—рыбак, вода—водник və s. Digər qrup suffikslər isə sözün qrammatik formalarını fərqləndirmək üçün işlədilir. Qrammatik formanı əmələ gətirən suffikslər sözün leksik mənasını deyil, yalnız onun qrammatik mənasını dəyişdirirlər. Qrammatik məna (və ya forma) əmələ gətirən suffikslərə aşağıdakılar daxil edilir:
  • sifət və zərflərin müqayisə dərəcələrini bildirən suffikslər: красивее, низко, ниже və s.
  • felin bu və ya digər tərzini, yəni bitmiş və bitməmiş növünü əmələ gətirən suffikslər: рассказывает, решит və s.
  • keçmiş zaman formasını əmələ gətirən л suffiksi: играл, прочитал, увидел və s.
  • felin məsdər formasını əmələ gətirən suffikslər: идти, нести və s.
Suffikslər isimlərin həm qrammatik formasını (mənasını), həm də leksik mənasını, yəni sözün məna çalarını dəyişdirə bilir. Məsələn: комната—комнатка; газета—газетка—газетчик.
Göründüyü kimi, suffikslər təkcə isimlərin deyil, başqa nitq hissələrinin, o cümlədən sifətlərin, fellərin, sayların və zərflərin əmələ gəlməsində də iştirak edir. Onu da qeyd etmək lazımdır ki, suffikslərin mənaları vardır. Onların bəziləri insanların vəzifəsini, sənətini, ixtisasını, məşğuliyyətini və s. bildirir. Bunlara ник,-чик,-ист və başqalarını misal göstərə bilərik: ударник, летчик, тракторист. Başqa qrup suffikslər (məsələn: нн, енн) mücərrəd məhfum anlayışlarını göstərir (məsələn: желание, решение və s.).

«Чик» suffiksi
Hələ çox qədim zamanlarda dünyada sözlər yaşayırmış. Lakin bu sözlər indikilər kimi olmayıbmış. Onlar bir-birindən xüsusi sərbəstlikləri ilə seçilmiş, biri digərindən təkidli olmuş və heç vaxt naz satmayıblarmış. Барабан (təbil), ключ (açar), стул, колокол (zəng), огурец və başqa sözlər belə xasiyyətdə olubmuşlar.
Budur, gözlənilmədən «чик» suffiksi peyda olunmuşdur. O, öz səmimiliyi ilə bütün sözləri bir-birinə istətmişdir.
«Çik» suffiksinin bir mühüm xasiyyəti də var idi: elə ki, o sözlərin tərkibinə daxil olurdu, həmin sözlər o saat kiçilirdi, balacalaşırdı. Böyük ключ əvəzində kiçiçik ключик, küclü колокол əvəzinə çox qəribə cingiltili колокольчик, hətta iri огурец (xiyar) əvəzinə xırdaca огурчик sözləri alınırdı. «Чик» sufiksi bu qayda ilə səyahət edir və onun iradəsi nəticəsində sözlər kiçilirdi.
On illərlə vaxt keçdi. «Чик». suffiksi böyük və zəngin təcrübə qazandı. Indi də sənət, peşə bildirən yeni sözlər əmələ gətirirdi: лёт kökündən «çik» suffiksi ilə ixtisas, peşə bildirən «лётчик» (təyyarəçi), пулемёт-пулемётчик (pulemyotçu), грузчик (yükvuran fəhlə) və s. kimi yeni sözlər beləcə yarandı. hazırda «чик» suffiksi artıq cavan deyildir, lakin əvvəlki kimi yenə yaxşı «işləyir» və adamlara «xidmət» edir. həqiqətən də, adam bu suffiksiz keçinə bilmir!

Top