Hər hansı bir dilin, o cümlədən də böyük rus dilinin öyrənilməsində lüğətlər müstəsna rol oynayır. Indi dil öyrənmək istəyən elə bir adam tapmaq çətindir ki, lüğətsiz keçinə bilsin. Rus dilinin leksik (söz) zənginliyi ilk dəfə Rus Akademiyası lüğətində
(«Словарь академии Российской») əks etdirilmişdir. Bu lüğət XVIII əsrin axırlarında nəşr edilmişdir.
V. I. Dalin lüğəti. Vladimir Ivanoviç Dal (1801—1872) «Canlı velikorus dilinin izahlı lüğəti»ni
(Толковый словарь живого великорусского языка») tərtib etmişdir. Bu lüğətdə iki yüz mindən çox söz var.
1934—1940-çı illərdə prof. D. N. Uşakovun redaktəsi ilə dördcildli «Rus dilinin izahlı lüğəti»
(«Толковый словарь русского языка») çapdan buraxılmışdır. Bu lüğətdə 90 min söz vardır.
Görkəmli dilçi alim və leksikoqraf S. I. Ojeqovun tərtib etdiyi izahlı lüğət də
(«Словарь русского языка») mühüm əhəmiyyətli və dil eyrənmək üçün ən vacib vəsaitdir. Bu lüğətə 57 min söz daxil edilmişdir.
1948—1950-ci illərdə SSRI EA
Müasir rus ədəbi dilinin lüğətini çap etdirmişdir. 17 cilddən ibarət olan bu lüğət
(«Словарь современного русского литературного языка») əsas lüğət sayılır.
Sizə rus dilini öyrənmək üçün «Elm» nəşriyyatı tərəfindən buraxılmış «Rusca-azərbaycanca lüğət»dən istifadə etməyi də məsləhət görürük.
Müasir dövrdə isə,əlbəttə ki,kompüter proqramlarını da qeyd etmək lazımdır.Onlar daha rahat və tez nəticə verir. Xüsusilə ABBYY şirkətinin məhsulu olan
Lingvo proqramını məsləhət görürük