Sözlər, məlum olduğu kimi, hecalara ayrılır. Sözdəki hecaların sayı onun tərkibindəki saitlərin miqdarından asılıdır, başqa cür desək, sözdə neçə sait varsa hecaların da sayı o qədər olur. heca bir qayda olaraq sait və samitdən (və ya samitlərdən) ibarətdir;
до-ли-на, до-мна, се-стра. hecada bir səs də ola bilər, lakin bu səs hökmən sait olmalıdır;
о-ке-ан, бе-лы-е. Rus dilində hansı sözlərdə ki, saitlər və samitlər bir-birini ardıcıllıqla əvəz edir, yəni samitdən sonra sait və əksinə, saitdən sonra samit gəlirsə, orada hecalara ayırmaq asandır. Məsələn;
до-ро-га, ра-бо-та, мо-ло-ко, мо-ло-ток,
Bəs iki və ya üç (bəzən də hətta dörd) samit bir yerdə gələn, yəni biri digərindən sonra gələn sözlər hecaya necə bölünürlər? Misal üçün,
подбор, просмотр, точка, актёр, земля, производство, распределение və s. kimi sözləri hecaya neçə ayırmaq lazımdır? Bu suallara belə cavab vermək olar: rus dilində hecaya ayırmanın əsasında yüksək gurluq prinsipi (hecada səslərin elə yerləşməsi ki, əvvəlcə gur səs, getdikcə isə zəif səs) durur. Ən gur səslər saitlərdir, nisbətən az gurlu səslər küylü samitlərdir, sonor samitlər isə (
л, м, н, р) orta səviyyəli gurluğa malikdirlər. Deməli, yuxarıdakı sözlər hecalara belə bölünməlidir:
по-дбор, про-смотр, то-чка, а-ктер, зе-мля və s.
Hecaların quruluşu müxtəlifdir. Əgər heca sait səsdən başlayırsa ona açıq heca (
неприкрытый слог) deyilir, əksinə samitdən başlayırsa, deməli, bu qapalı (
прикрытый слог) hecadır. Məsələn;
о-са, о-дин, sözlərindəki birinci heca açıq hecadır.
Во-круг, до-ло-то (iskənə, balta) sözlərindəki hecalar qapalıdır. Əgər heca saitlə bitirsə onda yenə də bu açıq hecadır, samitsiz bitirsə qapalı hecadır. Rus dilində sözün daxilində (ortasında) hecalar, bir qayda olaraq, açıqdır. Sözün axırında isə heca açıq da ola bilər, qapalı da. Rus dilində açıq hecalar qapalı hecalardan çoxdur.
Rus dilindəki bir çox sözlərin xüsusiyyətləri budur ki, onlarda samit yığımına, toplusuna (yəni üç-dörd samitin bir-birinin dalınca düzülüşü) təsadüf edilir. Məsələn;
вдруг, расспрос, və s. Bu da aydındır həmin sözləri hecalara ayırmaq çətinlik törədir. Bəs necə etmək lazımdır ki, yazıda səhvə yol verilməsin, sözlər hecalara düzgün ayrılsın, bir sətirdən başqa sətrə düzgün keçirilsin? Bax, bu məqsədlə aşağıdakı qaydaları bilmək lazımdır:
Sözlər bir sətirdən digər sətrə yalnız hecalara görə keçirilir. Məsələn
стра-на, музы-ка вә ја му-зыка, бу-мага və ya
бума-га.
Bir hecadan ibarət olan sözlər hecaya bölünmür;
дом, класс, кросс, кран, взрыв.
Bir hərfi sətirdə saxlamaq və ya başqa sətrə keçirmək olmaz. Misal üçün:
о-зеро, о-кно, хороше-е sözləriidəki tək hecalı hərfləri başqa sətrə keçirmək və ya həmin sətirdə saxlamaq düz deyil.
ь, ъ, й hərfləri özlərindən əvvəl gələn hərflərdən ayrılmamalıdır. Məsələn:
боль-шой, борь-ба, объ-ем, подъем, вой-на, май-ка, чай-ник və s
Bir hecadan ibarət olan pristavkalar (söz önləri) hecalara bölünmür;
под-ход, рас-стрел, про-пуск, və s.
Əgər sözün ortasında iki eyni hərf bir-birinin ardınca gələrsə, onların birini saxlamaq, digərini isə başqa sətrə keçirmək olar:
прес-са, програм-ма, суб-бота və s.