Hər iki dildə əlamət və keyfiyyətin dərəcəsini bildirməsi məqsədilə sifətlər müxtəlif şəkildə dəyişə bilər. Buna sifətin dərəcələri deyilir (
степени сравнения прилагательных). Rus dilində yalnız keyfiyyət sifətlərinin dərəcəsi vardır və bunlar üçdür: adi dərəcə (
положительная степень); müqayisə dərəcəsi (
сравнительная степень) və bir də çoxaltma, üstünlük və ya şiddətləndirmə dərəcəsi (
превосходная степень).
Adi dərəcədə sifətlər yalnız keyfiyyətin (əlamətin) adını bildirirlər: «adi dərəcə» başqa sözlə «sıfır dərəcə» də adlana bilər. Çünki sifətin digər dərəcələri onunla müqayisədə aşkar edilir. Sifətin müqayisə dərəcəsi bir əşyaya məxsus keyfiyyətin başqa əşyadakı keyfiyyət dərəcəsinin az və ya çoxluğu ilə müqayisəsini bildirir. Məsələn:
Волга длиннее Днепра;
Запах фиалки слабее запаха ландыша (inciçiçəyi).
Müqayisə dərəcəsinin iki forması vardır: sadə və mürəkkəb. Sadə müqayisə dərəcəsi sifət əsasından
ее (-ей) və
-е suffiksləri vasitəsilə düzəlir:
красивый—красивее (красивей); высокий—више; широкий—шире və s;
ее suffiksi ilə sifətin müqayisə dərəcəsi yazılı nitqdə daha çox işlənir. Müqayisə dərəcəsi e ilə əmələ gələn sifətlərdə bəzən səslər bir-birini əvəz edir;
дорогой—дороже; громкий—громче; тихий—тише; молодой—моложе və s. Bəzi sifətlərin müqayisə dərəcəsini əmələ gətirəndə
к və
ок suffiksləri düşür:
низкий—ниже; широкий-шире; высокий—выше. Bir sıra sifətlərin müqayisə dərəcəsi başqa sözlərdən düzəlir:
хороший—лучше; плохой—хуже və s.
Sifətlərin müqayisə dərəcəsində
по pristavkası (səzönü) də ola bilər:
покрасивее; посильнее;
подороже. Bu sözönü olan sifətlər keyfiyyətinin yalnız bir qədər az və ya çox olmasını bildirir. Məsələn;
посильнее (bir qədər, nisbətən güclü
); послабее (bir qədər, nisbətən zəif).
По sözönlü sifətlərin müqayisə dərəcəsi danışıq nitqinə daha çox xasdır. Sifətin müqayisə dərəcəsinin sadə şəkli nə cinsə, nə tək-cəmə, nə də hallara görə dəyişmir. Bu sifətlər cümlədə ismin yanında gəlir, xəbər və təyin rolunda çıxış edirlər. Məsələn:
Сегодня солнце ласкозее (xəbər),
чем вчера.
Дайте мне книгу поинтереснее (təyin).
Müqayisə dərəcəsinin mürəkkəb forması sifətə
более və ya
менее sözlərini artırmaqla düzəlir:
высокий—более высокий; менее высокий; сильный—более сильный; менее сильный və s.
Çoxaltma (üstünlük, şiddətləndirmə) dərəcəsi isə bir əşyada başqa əşyaya nisbətən və ya onunla müqayisədə keyfiyyətin ən yüksək və ya ən aşağı dərəcəsini bildirir. Məsələn:
Волга длинейшая и широчайшая из рек Европы.
Элданиз самый молодой студент техникума.
Bu dərəcənin də iki forması (sadə və mürəkkəb) vardır. Sadə forma
ейш və
айш suffiksləri vasitəsilə düzəlir:
добрейший; грубейший; высочайший. Bir qayda olaraq üstünlük dərəcəsinin müqayisəli xarakteri yalnız (
ейш, -айш suffiksləri ilə deyil, həm də
из predloqu ilə ifadə olunur. Misal üçün:
Маяковский—талантливейший из советских поэтов. Bir sıra hallarda çoxaltma dərəcəsi
ш suffiksi ilə düzəlir:
высший, худший, низший. Çoxaltma dərəcəsini gücləndirmək üçün bəzən
наи pristavkası da əlavə olunur:
наисильнейший; наидостойнейший və s.
Çoxaltma dərəcəsinin mürəkkəb forması iki yolla yaranır:
Sifətə
самый,
наиболее, наименеe sözləri əlavə olunur. Məsələn:
самый добрый; самый глубокий; наиболее важный, наименее приемлемый
Sifətin müqayisə dərəcəsinə
всех və ya
всего sözü əlavə edilir:
всех милее; всех румяней и белее; дороже всего. Qeyd etmək lazımdır ki, bir çox sifətlərin, xüsusilə
аст və
ист suffiksləri ilə düzəlmiş sifətlərin, habelə
еск, -ов, -ев suffiksli sifətlərin çoxaltma dərəcəsi yoxdur:
зубастый; голосистый; дружеский; дёлоТвой; боевой və s.
Indi də
sifətlərin hallanması haqqında.
Keyfiyyət və nisbi sifətlər eyni tipdə hallanırlar. Lakin hallanmanın qalın, incə və qarışıq formaları vardır:
новый (qalın),
синий (incə);
широкий, хороший (qarışıq). Nümunə üçün kişi cinsində bu sifətlərin hallanmasına diqqət yetirək:
И. Новый синий хороший (галстук)
Р. Нового синего хорошего (галстука)
Д. Новому синему хорошему (галстуку)
В. Новый синий хороший (галстук)"
Т. Новым синим хорошим (галстуком)
П. О новом синем хорошем (галстуке)
Sonu
-ий, -ья, -ье, -ьи ilə bitən sifətlər hallanarkən şəkilçilərdən əlavə (kişi cins sifətlərin adlıq və təsirlik hallarından başqa)
ь (мягкий знак) yazılır. Məsələn:
И. Лисий хвост;
Р. Лисьего хвоста;
Д. Лисьему хвосту;
В. Лисий хвост;
Т. Лисьим хвостом;
П. О лисьем хвосте.