Say (числительное)

Say (числительное)

Rus dilindəki müstəqil nitq hissələrindən biri də saydır.
Saylarda (имя числительное) çoxlu «qohum» sözlər vardır. Məsələn, один (един) miqdar sayından müxtəlif nitq hissələrinə aid olan 30-a qədər söz yaranmışdır: isimlər (одиночка, одиночество, единство, объединение və s), sifətlər (одинаковый, одинарный, одиночный, единичный, единственный və s), fellər (соединять, объединять, воссоединять və s), zərflər (одинажды, воедино) və hətta bağlayıcılardan da bəziləri (однако) dediklərimizə misal ola bilər.

Полтора
(bir yarım) sayı qədim пол втора, yəni birincidən sonra ikincinin yarısı mənasını verir. Полтора sayı hallara görə dəyişərkən a sonluğu ilə qurtarır.
Miqdar saylarından (количественные числительные): один, одна, одно; два, две; обе cinsə görə dəyişirlər. Belə ki, один, два, оба kişi cinsi isimləri ilə, одно sayı orta cins isimlərlə, две, обе sayları isə qadın cinsi isimləri ilə işlədilir.
Üç (три) sayından düzəlmnş mürəkkəb sözlərin birin-ci hissəsi dörd növdə işlənərək müxtəlif məna çalarları yaradır:
a) трёх—трёхдневный, трёхколёсный,   трёхъярусный—üçyaruslu, üçmərtəbəli;
b) трое, троеборье—üçnövçülük, троекратный—üç dəfə;
v) три—триединый—üçcəhətli, vəhdət təşkil edən üç hissədən, üç ünsurdən ibarət olan; трилистник—üçyarpaqlı yonca,bitki;
q) тре—bu halda mürəkkəb sözlərin birinci hissəsi hər hansı bir şeyin nəinki üç qat çoxluğunu, həm də keyfiyyəti şiddətləndirmə dərəcəsini bildirir. Məsələn: трезвон—zəng səsləri, arasıkəsilməz zəng səsi, səs-küy, haray, dedi-qodu; треволнение—həyəcan, təşviş, iztirab, narahatlıq; треклятый—lənətə gəlmiş, lənətlənmiş.
Трио—üçlük; трилогия—trilogiya, bir müəllifin məzmunu bir-bir ilə əlaqədar olan üç əsəri; тристих—üç misralı beyt sözlərində три tərkib elementinin mənşəyi rus dili deyil Bu kimi sözlər rus dilinə italyan, yunan və latın dillərindən keçmişdir. Məsələ orasındadır ki, bu dillər Hind-Avropa dilləri qrupuna daxildir. Bu dillər qrupu lap qədim zamanlarda Hind-Avropa ulu dialektlərinin tarixi inkişafı nəticəsində təşəkkül tapmışdır. Müasir rus, fransız, italyan, latın, ingilis, alman və başqa dillərdə bəzi sözlərin oxşarlığı da bununla izah edilir.
Одинадцать sayı один (bir sayı) ilə десять sayının qovuşması və sonrakı fonetik dəyişmələri nəticəsində yaranmışdır«один на десяте», yəni «один сверх (свыше) десяти». Bu sayın iki н ilə yazılışı onunla izah olunur ki, один sayı н pərfi ilə qurtarır, sonra isə на elementi n ilə başlanır; söz yazılarkən hər iki hərf saxlanılır.
Девяносто (doxsan) sayı çox ehtimal ki, «девять до ста» söz birləşməsindən əmələ gəlmişdir.

Двести
sayı nə üçün sonu о ilə deyil, и ilə yazılır?
Bu onunla izah edilir ki, əvvəllər təsniyə, yəni ikilik halı var idi: сто-две сьтъ. ъ (ять) səsi sonralar müasir и səsinə çevrildi. Indi Ukrayna dilində də belədir: лес—лис, дед—дид və s.
Сорок, девяносто, сто sayları hallara görə dəyişərkən, adlıq və təsirlik hallarından başqa qalan bütün hallarda a sonluğu qzbul edir.
Пятьдесят, шестьдесят, семьдесят восемьдесят mürəkkəb sayları hallanarkən sözün hər iki hissəsi eyni sonluq qəbul edir. Məsələn,пятидесяти—пятьюдесятью; шестидесяти—шестью-Десятью və s. Восьмьюдесятью sayı (творительный  падеж) birgəlik yerlik halda üç ь (мягкий знак) ilə yazılır.
Тысяча (min) sayı qadın cinsli isim kimi hallanır.
Rus dilində miqdar (количественные) və toplu (собирательные) saylarının adlıq halda təki və cəmi olmur; пять, Десять, пятеро, семеро və s.
Sıra sayları (порядковые числительные) cinslərə görə (işləndiyi sözdən asılı olaraq) dəyişir və sifətlər kimi hallanır:
шестой урок—шестого урока,
девятая встреча—девятой встречей,
пятое звено—пятым—звеном
və s. 

Народные загадки с числительными

  1. У семерых братьев по одной сестрице. Много ли сестер?
  2. Шли столбцом: сын с отцом да дед с внуком. Сколько их?
  3. Шли две матери с дочерью  да бабушка с внучкой; нашли полтора пирога. Помногу ли досталось?
  4. Сто один брат, все в один ряд вместе связаны стоят.
  5. Четыре братца под одним шатром стоят.
Top