Müqayisə üsulu haqqında

Müqayisə üsulu haqqında

Aparılan təcrübə və dəqiq müşahidələr göstərir ki, öyrəncilər öyrəndikləri hər hansı bir dilin tapşırıqlarını (şifahi və yazılı) yerinə yetirərkən, onları ilk növbədə ana dilində dərk. edir, qavrayır, daxilən öz ana dillərinə tərcümə edirlər. Deməli, dil öyrəncilərinin nitq bacarıq və vərdişlərinin düşüncəli şəkildə qazanılması üçün-rus dilinin qayda-qanunlarının ana dili ilə müqayisəli şəkildə öyrənilməsi məqsədə daha uyğundur.
Bax bu söhbətimizdə sizə məhz bu haqda danışacaq, rus dilinin Azərbaycan dili ilə müqayisədə bəzi çətin məsələləri üzərində dayanacağıq.

Rus dilində vurğulu saitlər (bunlar yazıda incə samitlərdən sonrakı və onların arasındakı vəziyyətdə е, ё, ю, я hərfləri ilə ifadə olunur) özlərinin artikulyasiya-akustik keyfiyyətlərinə görə Azərbaycan dilində on sıra—incə saitlər olan ə, o, ü-yə uyğun gəlir. Belə ki, incə samitlər arasındakı vəziyyətdə а, о, у, sait səslərinin əmələ gəlməsi hadisəsi Azərbaycan dilindəki, həm özündən əvvəlki, həm də özündən sonrakı samitlərə, necə tələffüz etməklə təsir edən ə, e, ü saitlərinə yaxındır; eyni zamanda bu saitlərin təsiri ilə incə tələffüz olunan samitlər də tələffüz — akustik cəhətdən rus dilindəki incə samitləri xatırladır.

Bildiyiniz kimi, ayrı-ayrı pristavkalar (önşəkilçilər) rus dilində eyni sözün kökünə əlavə edilərkən əksər hallarda yeni məna çalarları olan sözlər yaranır, Azərbaycanca bu sözlərin müqabili müxtəlif sözlərdir.
Aşağıdakı sözlərə diqqət etsəniz, görəcəksiniz ki, rus dilində ход sözünün kökündən müxtəlif önşəkilçilərinin (pristavkaların) köməyi ilə çoxlu yeni söz əmələ gələ bilmişdir. Bunların mənalarını ana dilimizin köməyi olmadan başa düşmək çox çətindir və bəlkə də qeyri-mümkündür.
вход (giriş, qapı, yol; girmə, daxil olmaq);
выход
(çıxış, qapı, yol; dəmir yolunda), (çarə, hasil);
доход
(gəlir, mədaxil);
обход (dolanma, ötmə; kəzmə, dəymə, baş çəkmə);
переход
(keçid, keçmə; mənzil, məsafə);
поход (yürüş, səfər, hərbi əməliyyat; bir az artıq);
приход (gəlmə, gəliş; gəlir, mədaxil);
подход
(yaxınlaşma, giriş; başlanma, yol, üsul);
расход (xərc, çıxar, məxaric, işləmə, sərf edilmə; satış);
сход (düşmə, enmə; toplaşma, toplanmış, yarma);
уход (getmə, gediş; qulluq etmə, baxma). Yenə bir misal:
Azərbaycan dilindən fərqli olaraq rus dilində canlı və cansız (одушевленный и неодушевленный) anlayışı bu dilin qrammatik quruluşuna xas olan kateqoriyadır. Ona görə də ruscadakı кто? что? sual əvəzlikləri azərbaycancada kim? nə? sualları ilə heç də eyni deyil. Məsələn: 
Rus dilində
Azərbaycan dilində
Кто? (одушевленные — canlılar)Kim? (canlılar — одушевленные)
разумные (şüurlular)yalnız şüurlular (только разумные)
человекadam
братqardaş
сестраbacı
Кто? (одушевленныеcanlılar)
Nə? (canlılar — одушевленные)
неразумные (şuursuzlar)şuursuzlar (неразумные)
собака it
кошкаpişik
воронаqarqa
Что? (неодушевленныеcansızlar)
Nə? (cansızlar—неодушевленные)
столstol
деревоağac
странаölkə

Gördüyünüz kimi rus dilinin bir sıra qrammatik kateqoriyalarının mənimsənilməsində ana dilinin son dərəcə böyük əhəmiyyəti var və belə hallarda müqayisə metodundan istifadə etmək nəinki lazım, həm də vacibdir.
Top