Təsirlik halın günahı nədir? (О «вине» винительного падежа)
Yəqin ki, sizi heç vaxt belə bir sual düşündürməyib: nə üçün təsirlik hal (
винительный падеж) məhz başqa cür deyil, yalnız bu adla adlanıb? Amma bu haqda düşünməyə dəyər.
Вина (təqsir, günah) sözünün mənasını təsirlik halın «amplua»sı (rolu) ilə müqayisə etsək, görərik ki, günahla, təqsirlə bu sözün heç bir əlaqəsi yoxdur. Bəs onda bu halın öz adı ilə qalan beş haldan seçilməsi nə ilə əlaqədardır? Doğrudan da, sözlərin rusca hallanmasında hər hal (
падеж) tərkibi ilə kəsb etdiyi mənaya uyğun gəlir. Məsələn: adlıq hal (
именительный падеж) sadəcə olaraq nəyisə və ya kiminsə adını çəkir; yiyəlik yal (
родительный падеж) hər şeydən əvvəl mənsubiyyət bildirir; yönlük hal (
дательный падеж) istiqaməti müəyyənləşdirir. Rus dilindən
предложный падеж (Azərbaycan dilihdə ona çox zaman yiyəlik hal müqabil gəlir) həmişə predloqla işləndiyi üçün belə adlanmışdır.
Bəs
вина sözü ilə
винительный надеж arasında ümumi bir şey varmı? Bunlar arasında səhv əlaqə yoxdurmu? Bu barədə M. Fasmerin tərtib etdiyi «Rus dilinin etimoloji lüğəti»ndə (Moskva, «Prosveşenie» nəşriyyatı, 1964-cü il, 1-çi cild, səh. 316) məlumat verilmişdir. Lüğətdə göstərilir ki,
винительный падеж latın dilindən, ona isə yunan dilindən keçmədir, mənası—«hərəkətin nəticəsini bildirən hal» (
падеж, обозначающий результат действия) deməkdir. M. Fasmerin fikrincə, bu birləşmənin latın dilindən tərcüməsi rus dilinə yanlış verilmişdir:
винительный, т. e падеж обвинения».
винительный падеж birləşməsi ilk dəfə olaraq hələ L. Zizaniyanın qrammatikasında özünə yer tapmışdır və
виновный падеж kimi də işlənə bilirdi. Bəs bu birləşmə neçə əmələ gəlmişdir?
Виновный падеж birləşməsi əvvəlcə
виновное падение kimi işlənib, sonralar
падение sözü
падеж ilə əvəz olunub.
Вина sözünə gəldikdə isə, demək lazımdır ki, bu söz qədim slavyan və qədim rus dillərində, müasir mənada başqa səbəb (
причина) mənasında da işlədilirdi.
Nəticə etibarilə deyə bilərik:
винительный падеж terminin yaranmasında dil səhvi olmamışdır. həmin birləşmənin meydana gəlməsi tərcüməçinin səhvi yox, onun tərcümə zamanı seçdiyi sözün o vaxtkı mənasının indi olmamasıdır.