İntonasiya və məqsədə görə cümlənin növləri
Məlum olduğu kimi, qrammatika iki bölmədən ibarətdir: morfologiya və sintaksis. Morfologiya müxtəlif nitq hissələrinə aid olan sözlərin əmələ gəlməsi üsulları, onların formaları (cins forması tək-cəm, hallanma, şəxs, ölçü, dəyişmə və s.) və bu formaların mənaları ilə məşğul olur; Sintaksisdə isə cümlədə sözlərin birləşməsi, cümlə üzvləri və onların ifadə üsulları, habelə cümlənin növləri öyrədilir.
Qrammatikanın hər iki bölməsi (morfologiya və sintaksis) bir-birilə sıx əlaqədardır, ona görə də sintaksisi öyrənərkən morfologiyanın qanun-qaydalarını mütləq xatırlamaq gərəkdir. Məqsəd və intonasiyaya görə cümləni dörd növə ayırırlar. hər iki dildə işlənən cümlələr bu dörd növdən birinə aid olur: nəqli cümlə
(повествовательное предложение), sual cümləsi
(вопросительное предложение), əmr cümləsi
(побудительное предложение), nida cümləsi
(восклицательное предложение). Deməli, nitqdə işlətdiyimiz cümlələrdə ya müəyyən bir şey, əşya, hadisə, əhvalat haqqında məlumat verilir, ya soruşulur, ya əmr edilir (buraya xahiş, nəsihət də daxildir), ya da ki, həmin cümlələrdə yüksək hiss-həyəcan ifadə edilir.
Nəqli cümlədə adından bəlli olduğu kimi, müəyyən bir hadisə, əşya, əhvalat, iş və sair haqqında nəql edilir, məlumat verilir. Məsələn:
Труд создал человека.
Переправы мы осуществляли только ночью.
С моря дул свежий ветер, было зябко.
Nəqli cümlənin sonunda nöqtə qoyulur.
Sual məqsədi ilə işlədilən cümlələrə sual cümləsi deyilir. Məsələn:
Серебристая дорога, ты зовешь меня куда?
Что ты делал вчера в школе после уроков?
Кто знает этого человека? Sual cümləsinin sonunda sual işarəsi qoyulur.
Əmr cümlələrində əmr, xahiş, nəsihət, çağırış, arzu və s. bildirilir. Əmr cümlələrində adətən felin başqa şəkilləri də (xəbər, şərt və qeyri-müəyyən forma) istifadə edilə bilər. Bu növ cümlələrdə bəzən:
давать, давайте, да, пусть və başqa ədatlar (hissəciklər) da işlədilir. Məsələn:
Заходите, мальчики, в класс.
Давайте, навсегда дружить!
Споемте, друзья, ведь завтра в поход уйдем в предрассветный туман!
Göründüyü kimi, deyiliş intonasiyalardan asılı olaraq əmr cümlələrinin sonunda nida işarəsi və ya nöqtə qoyulur.
Yüksək hiss, həyəcan, şadlıq, təəccüb, qorxu və s. ilə deyilən cümlələr nida cümlələridir. Məsələn:
Да здравствует мир на всем мире!
Знамя народное пусть от победы к победе ведет!
Да здраствует солнце, да скроется тьма!