Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat 8:30 radələrində 80 yaşında nurani bir qoca baş barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki, o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin olduğunu bildirdi.
Mən təəssüf hissi ilə ondan gözləməyini xahiş etdim, çünki bütün həkimlər məşğul idilər və onu 1 saata ancaq qəbul edə bilərdilər. Ağsaqqal kədərli halda tez-tez saata baxırdı və bu məni təsirləndirdi. İşim olmadığı üçün onun barmağına baxmağı qərara aldım. Barmağını müayinə edən zaman biz onunla bir az söhbət etdik. Mən marağımı gizlədə bilmədim və soruşdum:
- Yəqin siz başqa bir həkimə də getməlisiniz, ona görə belə tələsirsiniz?
- Xeyr, belə deyil. Mən saat 9-da xəstəxanada olmalıyam. Yoldaşımın səhər yeməyini verməliyəm.
Bu zaman mən ondan yoldaşına nə olduğunu soruşdum
Yaşlı kişi cavab verdi:- Onda Alçqeymer xəstəliyi tapıblar...
Mən saata baxıb soruşdum: -Bəs siz geciksəniz o narahat olmaz ki?
Qocanın sözləri məni təəccübləndirdi: Yoldaşım məni artıq 5 ildir ki, tanımır, hətta mənim onun nəyi olduğumu da xatırlamır. O yaddaşını itirib.
- Buna baxmayaraq siz hər səhər ora gedir, ona qulluq edirsiniz? Axı o sizi tanımır? Niyə bu qədər əziyyət çəkirsiniz?
Qoca gülümsünərək cavab verdi: - O məni xatırlamır, mən ki, onu xatırlayıram.
Mən göz yaşlarımı güclə saxladım, qoca gedəndən sonra uzun müddət özümə gələ bilmədim: Bu ki, mənim daim axtardığım sevgidir”
Hətta elə ağır xəstəliyinə baxmayaraq o qadın xoşbəxtdir, çünki onu sevən belə insan var.
Həqiqi sevgi – nə fiziki ehtiras, nə də romantikadır. Əsl sevgi hər şeyi olduğu kimi qəbul edə bilməkdir- necə olub, necə var və necə də olacaq...
Tərcümə: Rzayeva Nailə