Cümləyə baş üzvlərdən başqa ikinci dərəcəli üzvlər (
второстепенные члены предложения) də daxil ola bilər. Ikinci dərəcəli üzvlər mübtədanı, xəbəri və başqa cümlə üzvlərini izah edir, aydınlaşdırır. Rus dilində üç ikinci dərəcəli cümlə üzvü vardır: tamamlıq (
дополнение), təyin(
определение), zərflik (
обстоятельство).
Tamamlıq—ikinci dərəcəli cümlə üzvü olub, hərəkətin istiqamətini, obyekt bildirir. Tamamlıq çox hallarda felə aid olur, onu dəqiqləşdirir. Adlıq haldan başqa yerdə qalan bütün halların suallarına cavab verən tamamlıq isim, əvəzlik və s. nitq hissələri ilə ifadə olunur. Məsələn:
Школьники читают книгу о космонавтике.
Никогда еще невежество (nadanlıq)
никому не помогало (К. Маркс).
Искусство помогает человечеству в его движении от прошлого к будущему.
Rus dilində, Azərbaycan dilində olduğu kimi, tamamlığın iki növü vardır; vasitəsiz tamamlıq (
прямое дополнение) və vasitəli tamamlıq (
косвенное дополнение). Vasitəsiz tamamlıq cümlənin təsirlik halında (predloqsuz) olur və həm də təsirli fellərdən sonra işlənir. (Məlumdur ki, əşyaya təsiri keçən fellərə təsirli fel—
переходный глагол deyilir). Vasitəsiz tamamlıq təsirlik halında
кого? və
что? suallarına cavab olur. Məsələn
:
Мы сегодня встретили космонавта.
Учитель объясняет новую тему.
Vasitəsiz tamamlıq yiyəlik hallarda (predloqsuz) ifadə oluna bilər. Bu halda hərəkət bütün əşyaya deyil, onun bir hissəsinə aid olur və ya feldəki hərəkət inkar edilir, daha doğrusu, feldən əvvəl nə ədatı (
отрицание) işlənir ki, bu da onun inkar etdiyi sözün çox zaman yiyəlik halda olmasını tələb edir. Məsələn:
дайте воды! Сразу я не заметил оленя. Qalan tamamlıqlar vasitəli tamamlıqlardır. Onlar həm predloqla, həm də predloqsuz işlənə bilər. Məsələn:
Молодая липовая аллея посажена учениками седьмого класса.
С барабаном, с красным флагом мы по улице идем.
Təyin—əşyanın keyfiyyətini bildirir və
какой? чей? который? suallarına cavab olub, adətən ismə aid edilir. Rus dilində təyin iki cürdür: uzlaşan təyin (
согласованное определение) və uzlaşmayan təyin (
несогласованное определение). Uzlaşan təyin əsasən sifətlə, sıra sayı ilə, əvəzliklərlə (cinsə, tək-cəmə və hala görə dəyişən əvəzliklərlə), habelə feli sifət (
причастие) və feli sifət tərkibləri (
причастные обороты) ilə ifadə olunur. Məsələn:
Наш колхоз выстроил школу.
Мудростью партии путь озаренный нас к коммунизму ведет.
Uzlaşmayan təyin ismin vasitəli halları ilə, sifətin müqayisəli dərəcəsi ilə, üçüncü şəxsin yiyəlik halı ilə, felin məsdər forması ilə və hətta bütöv bir söz birləşməsi ilə ifadə oluna bilər. Məsələn:
Изба лесника состояла-из одной комнаты.
Одна из волн посмелее подползла ближе к нам.
Чтение вслух продолжалось.
Zərflik—hərəkətin və ya əşyanın əlamətini, zamanını, yerini, səbəbini, məqsədini, dərəcəsini və s. bildirir. Məhz mənasından asılı olaraq zərfliklər yer (
место), zaman (
время), səbəb (
причина), məqsəd (
цель), tərzi-hərəkət (
образа действия), ölçü və ya dərəcə (
меры или степени) kimi növlərə ayrılır. Misallar:
Каждый день противник вводил пополнение (когда?—обет, времени).
Атаковали фашисты самоуверенно (как?—обет, образа действия).
Повсюду стали слышны речи (где?—обет, места).
У домиков скворцы от радости запели (от чего?—обет, причины) və s.