Kimə və nəyə müraciət məqsədi ilə deyilmiş söz və ya söz birləşməsinə
xitab (обращение) deyilir. Məsələn:
Москва! Твоя слава всегда перед нами.
Это кто, друзья, идет с песней молодой?
Xitab ismin adlıq halı və habelə isim mənasında işlənən başqa nitq hissələri ilə ifadə olunur:
Отпусти меня, родная, на простор широкий. Xitabın tərkibində aydınlaşdırıcı sözlər də ola bilər.
Наш край, ты как труд величавый, на заводах, на стройках, в полях! Xitablar cümlənin əvvəlində, ortasında və axırında gələ bilər. Cümlənin əvvəlində gələn xitabdan sonra yazıda bir qayda olaraq vergül qoyulur. Əgər xitab xüsusi intonasiya və ya güclü hisslə tələffüz olunarsa nida işarəsi qoymaq lazımdır:
Сибирь, принимай новоселов! О годы детства! Вновь встает передо м^ой приход весны!
Cümlənin ortasında işlədilən xitab hər iki tərəfdən vergüllə ayrılır
. Спасибо, Родина, за счастье с тобс)юсбыть в пути твоем! Əgər xitab cümlənin sonunda gələrsə ondan əvvəl vergül, sonra isə cümlədəki fikrə, məzmuna müvafiq işarə qoyulur (nöqtə, sual və ya nida işarəsi). Misallar
:
Расти в труде, страна весны.
Широко легла ты, сельская дорога!
Куда ты скачешь, гордый конь?
Bəzən xitabdan əvvəl o gücləndirici ədatı (
усилительная частица) da gələ bilər. Lakin bu ədatdan sonra heç bir işarə qoyulmaz
: Опять я ваш, о юные друзья!
«Xitab» mövzusu öyrənilərkən aşağıdakı cəhətlər nəzərə alınmalıdır. Qeyd olundu ki, xitab ismin adlıq halı ilə ifadə olunur. Ona görə də bunlar qarışdırılmamalıdır: ismin adlıq halı ilə ifadə olunmuş xitab xüsusi, çağırış intonasiyası ilə tələffüz edilir. Xitab heç bir cümlə üzvü ilə qrammatik əlaqəyə girmir və deməli, cümlə üzvü də olmur. Xitabın nitqimizdəki rolu bambaşqadır. Bütün cümlə üzvləri müəyyən fikir ifadə edirlər, xitabın əsas vəzifəsi isə müsahibi nitqi dinləməyə çağırmaqdır. Buna görə də xitab məqsədi ilə tez-tez adlardan, ata adı və familiyalarından istifadə edilir.
Xitab mehribanlıq, mərhəmətlik, habelə məzəmmət, ittiham və s. bildirən ifadələrlə də müşayiət oluna bilər. Xitabın bu xüsusiyyəti Intonasiya, müxtəlif affikslər, təyin edən sözlər və əlavələrin işlədilməsi ilə səciyyələnir. Qeyd etdiyimiz kimi, xitablar əsasən canlı aləmə—hər şeydən əvvəl, insana müraciətlə deyilir, onlar cansız əşyalara—təbiətə müraciətlə də işlədilir. Bütün bu deyilənlərdən aydın olur ki, xitabdan nitqdə istifadə olunması danışığımıza, işlətdiyimiz cümlələrə müxtəlif hisslər, məna çalarları verilməsi baxımından sərfəlidir. Başlıcası isə, bundan əvvəl qeyd olunduğu kimi, mübtəda ilə cümlə üzvü sayılmayan xitabı qarışdırmaq olmaz. Gəlin müqayisə edək:
Наша школа вырастила не одно поколение передовых людей (школа—подлежащее). Горжусь тобой, школа (школа— обращение).
Bunları bilmək və nitqdə düzgün işlətmək lazımdır.
Azərbaycan dilindən fərqli olaraq, rus dilində canlı və cansız əşyaları bildirən sözlərin hamısı (cəmi bir neçə söz istisna olunmaqla) bu və ya digər cinsə (kişi, qadın və orta cins) aid edilir. Bəs kişi, qadın və orta cins isimləri başqa nitq hissələri əvəzlik, sifət, say (sıra sayları və
один, одна, одно, два, две) felin keçmiş zaman forması ilə neçə işlədilir? hallanmayan isimləri hansı cinsə aid etməli və başqa nitq hissələri ilə neçə işlətməli? Qısaldılmış və mürəkkəb sözlər hansı cinsə aid olmalı və nitqdə onlardan neçə istifadə edilməlidir? Müxtəlif cinsli isimlərin yazılı və şifahi (danışıq) nitqimizdə düzgün işlədilməsinə neçə nail olmaq mümkündür? Bütün bu suallara cavab vermək üçün aşağıdakıları bilmək lazımdır.
Kişi cinsli isimlər
он, qadın cinsli isimlər
она, orta cins isimlər isə
оно sözləri ilə nitqdə əvəz edilə bilər.
Məsələn:
человек—он; спутник—он; дом—он; бабушка—она; страна—она; Родина—она; озеро—оно; зеркало—оно; ведро—оно; və s.
Наш дом большой—он светлый; наша школа большая— она светлая. Kişi cinsli isimlərə
мой, твой, наш, ваш, свой, весь, всякий, каждый, самый, сам, любой, другой, некий sözləri əlavə oluna bilər (
каждый школьник; мой друг; наш товарищ; сам пионер və s.) və həmin əvəz edilən sözlər isimlərlə uzlaşaraq hallanır. Qadın cinsli isimlərə əlavə olunan həmin sözlər adlıq halda belə yazılmalı və işlədilmə-lidir:
моя, твоя, наша, ваша, своя, вся, всякая, каждая, самая, любая, другая, иная. Məsələn:
наша аптека; каждая ученица; любая задача və s.
Yuxarıda qeyd etdiyimiz əvəzliklər orta cinsli isimlərlə işləndikdə adlıq halda belə sonluqlara malik olurlar:
моё, твоё, наше, ваше, своё, всё, всякое, каждое, самое, само, любое, другое, иное( моё отечество, любое дело, все поле).
Yadda saxlamaq lazımdır ki, sifətlər də eynilə əvəzliklər kimi müvafiq cinsli isimlərlə uzlaşır və hallara görə dəyişir (
весенний день; весенняя погода; весеннее солнце). Isimlərin keçmiş zaman felləri ilə neçə əlaqələndiklərini bilmək vacibdir. Belə ki, kişi cinsli isimlərdən sonra gələn felin keçmiş zamanı sonluq qəbul etmir:
Полад читал книгу. Qadın cinsli isimlərdən sonra gələn fellərin keçmiş zamanı
а sonluqu ilə bitir:
Хумар читала роман. Orta cinsli isimlərdən sonra işlənən keçmiş zaman felləri
о sonluğu ilə deyilir və yazılır:
Море синело. Лето наступило. Kişi cinsli isimlərlə
один, два (isim yiyəlik halda), qadın cinsli isimlərlə
одна, две, orta cinsli isimlərlə isə
одно, два (yenə də isim yiyəlik halda) sayları işlədilir. Rus dilində hallanmayan isimlər də vardır. Bunların bəziləri kişi, bəziləri qadın, digərləri isə orta cins isimlərinə aid edilir.
Rusca düzgün danışmaq üçün isimlərin hansı cinsə aid olmalarını bilmək ən vacib şərtdir. Bu məqsədlə çox çalışmaq, ev tapşırıqlarını müntəzəm yerinə yetirmək lazımdır.