«ПРЕДЛОГ» NƏDIR?
Rus dilində düzgün danışmaq üçün təkcə sözlərin mənasını bilib, onları bir-biri ilə əlaqələndirməklə kifayətlənmək olmaz. Şübhəsiz, cümlədə fikir əmələ gətirən yalnız o sözlərdir ki, onların hər biri müəyyən bir əşyanı, hadisəni, varlığı və s. ifadə edir. Qrammatik nöqteyi-nəzərdən belə sözlər, yəni mənası və məna çalarlıqları olan sözlər əsas nitq hissələrini təşkil edir, cümlənin hər hansı bir üzvü olur və müəyyən suala cavab verir. həmin sözlər hər iki dildə, qeyd etdiyimiz kimi, əsas (və ya müstəqil) nitq hissələrinə (yəni: ismə, sifətə, saya, əvəzliyə, felə, zərfə) aid edilir. Lakin rus dilində elə bir nitq hissələri də var ki, bura aid edilən sözlərin leksik mənası yoxdur. Buna baxmayaraq belə sözlərin, cümlənin tələbinə müvafiq olaraq, digər məna kəsb edən sözlər arasında əlaqə yaratmaq məqsədi ilə işlədilməsi nəinki lazımdır, hətta vacibdir.Predloq (önlük, sözönü) belə nitq hissəsidir. Azərbaycan dilində predloq yoxdur, bu məfhuma dilimizdə bəzi hallarda qoşmalar (posleloq) uyğun gəlir. Predloqlar hallanmaya məruz qalan nitq hissələrinin sonluqları ilə birlikdə cümlədə sözlər arasında əlaqə yaradır. Məsələn: deyək ki, bizdən rus dilində aşağıdakı cümləni işlətmək tələb olunur: Fərhad Təranə ilə məktəbli dostlarının yanında qonaq olmuş, sonra isə maşınla evə qayıtmışlar.
Əgər bu cümlədəki sözləri rus dilində aşağıdakı qayda üzrə düzsək, fikir düzgün ifadə edilməmiş olar: Фархад Тараной были гости около друзей, а потом вернулись дому машина. Burada predloqlar düzgün və yerində işlədilmədiyindən, rusca da fikir yanlışdır. Predloqlar yerli-yerində işlədildikdə cümlə belə şəkil alır:
Фархад с Тараной были в гостях у друзей, а петом на машине вернулись домой
Diqqət edin. Cümlənin düzgün qurulması və nitqdə işlədilməsində predloqlar nə qədər mühüm əhəmiyyət kəsb edir! Rus dilində именительный падеж (adlıq hal) heç vaxt predloqla işlədilə bilməz. Родительный падеж (yiyəlik hal) predloqsuz işlənir. Lakin çox hallarda predloq da olur. həmin predloqlar bunlardır: с, без, у, до, из, от, около, возле, между (меж); ради, из-за, из-под. Дательный падеж (yönlük hal) к və по predloqları ilə işlənə bilir. Винительный падеж (təsirlik pal) predloqları bunlardır: в, на (bu halda predloqla söz куда? və когда? sualına cavab verir). через, про, сквозь. Творительный падеж (birgəlik pal) əsas etibarı ilə bu predloqlar işlədilir: за, перед, под, над, с. Предложный падеж (исходный падеж—çıxışlıq pal) adından bəlli olduğu kimi, həmişə yalnız predloqla işlədilir. На və в (во)—predloqları ilə işlədilən Предложный падеж где? sualına cavab verir. Bundan başqa предложный падеж о (об), при predloqları ilə də işlədilir. Burada sözün hallanmaya əsasən hansı şəkilçini (sonluğu) qəbul etməsi əsasdır. Məsələn: без школы (I скл.), без карандаша (2 скл.), без лощади (3 скл.).
Predloqun aid olduğu sözdə düzgün deyilməsi və yazılması üçün həmin sözü hallara görə dəyişmək (işlətmək) məqsədə uyğundur. Müxtəlif hallarda müxtəlif predloqlarla işlənən sözlərlə cümlə qurulması və rabitəli nitqdə istifadə edilməsi predloqlara aid biliklərin nəinki mənimsənilməsinin, həm də onların möhkəmlənməsinin əsasını təşkil edir.Чем кончаются день и ночь?
Что стоит посередине земли?
Чем кончается лето и начинается осень?
Что находится в начале книги?
Что мы слышим в начале урока?
Что в человеке есть одно, а у вороны двое, в лисе не встретятся оно, а в огороде трое?
2. В каких двух словах пишется три e подряд?